Əlillərə imtahanlarda əlavə vaxt və nəzarət altında fasilə veriləcək

22/01/2020 [18:41] - Cəmiyyət (350)



 Buraxılış və qəbul imtahanlarında əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək namizədlərin iştirakının təmin edilməsi məqsədilə nəzarət altında tənəffüs və ya zəruri ehtiyaclarını ödəmək üçün fasilə imkanı yaradılacaq.

İstiqlal.az xəbər verir ki, bu, DİM Direktorlar Şurası tərəfindən buraxılış və qəbul imtahanlarında əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək namizədlərin iştirakının təmin edilməsi məqsədilə əlverişli şəraitin yaradılmasına dair təlimatda əksini tapıb.

Bu halda imtahan müddəti dayandırılır və namizəd özünü hazır hiss etdikdə imtahana davam edir. Tənəffüs zamanı namizədin sual kitabçasına və cavab vərəqinə (kartına) baxmasına icazə verilmir. Namizəd imtahan zalından çıxmaq istədikdə nəzarətçi onu müşaiyət etməlidir. Tənəffüsün müddəti namizədin vəziyyətinə və sağlamlıq qabiliyyətinə dair öncədən verilmiş rəyə əsasən müəyyən olunur. Rəydə imtahan zamanı namizədə neçə dəfə və hansı müddətə tənəffüs lazım olacağını əvvəlcədən təyin etmək lazımdır.  

Təlimatda həmin şəxslər üçün əlavə vaxt da nəzərdə tutulub. Qeyd olunub ki, əlavə vaxtın verilməsi və nəzarət altında tənəffüs ayrı-ayrı anlayışlardır. Namizədə oxucu və ya cavabları qeyd edən şəxs lazım olduqda imtahan müddətinin ən çoxu 25%-i qədər əlavə vaxt verilir. 25%-dən çox əlavə vaxt tələb edildikdə onu dəstəkləyən və tibbi baxımdan əsaslandırılmış səbəb göstərilməlidir. 25%-dən 50%-dək əlavə vaxt üçün edilən müraciət qavrama qabiliyyəti çox zəif olduqda, oxuma və yazma sürəti, oxuma və dərketmə sürəti, yazma və dərketmə sürəti, duyğu orqanları və fiziki ehtiyacla bağlı sağlamlıq imkanlarında kəskin məhdudiyyətləri olduqda nəzərə alına bilər.

Namizədlər Brayl əlifbası və böyük formatda kağızlarla və ya oxucu ilə təmin edildikdə 50%-dən çox əlavə vaxtın verilməsinə ehtiyac qalmır. Namizədin kəskin görmə pozğunluğu olduqda, yəni namizəd hətta Brayl əlifbasından oxumaqda belə çətinlik çəkdikdə istisna hal kimi 50%-dən çox əlavə vaxt verilə bilər.  

Təlimata əsasən, eyni kateqoriyaya aid bir və bir neçə namizəd sağlamlıq vəziyyətindən asılı olaraq imtahan mərtəbəsində və ya imtahan binasının birinci mərtəbəsində ayrıca zalda əyləşdirilə bilər.  

Bundan başqa, yalnız cavabları qeyd edən nəzarətçi (scriber) - namizədin diktə etdiyi imtahan suallarının cavablarını cavab vərəqinə (cavab kartına) yazmağa, kodlaşdırmağa məsul olan şəxsdir. Yalnız cavabları qeyd edən şəxsin köməyindən namizəd yaza bilmədikdə və ya ona ayrılmış əlavə vaxt ərzində belə cavabları çatdırıb qeyd edə bilmədikdə istifadə edə bilər.  

Namizədin düzgün yazı keyfiyyətinin, orfoqrafiya, durğu işarələrinin və qrammatika üzrə biliyinin yoxlandığı fənlər üzrə keçirilən imtahanlarda cavabları qeyd edən şəxsin köməyindən istifadə edilməyə və 50%-dək əlavə vaxtın təyin olunmasına icazə verilə bilər.  

Oxucu və cavabları qeyd edən nəzarətçi – bu məsul şəxs qaydaları və sual kitabçasında verilən tapşırıqları namizəd üçün oxuyan və onun cavab kartında və ya cavab vərəqində qeyd edən, kodlaşdıran şəxsdir. Namizədlə ünsiyyətdə olarkən adi, özünə xas səslə, sakit, aydın və tələsmədən danışır. Yüksək səs tonlarından istifadə etmir. Namizədin istədiyi fəndən başlamaqla tapşırıqları və varsa həmin tapşırıqlara aid cavab variantlarını (əgər varsa) intonasiya ilə, tələsmədən, zərurət olduqda təkrar-təkrar, digər namizədlərə mane olmadan oxuyur. Namizədin seçdiyi cavab variantını sual kitabçasında diqqətlə işarələyir və qeydlər aparır. Termin, düstur və işarələrin oxunması zamanı çətinlik çəkdikdə imtahan rəhbərinə müraciət edir. Vaxt bölgüsünü doğru aparır və nəzərdə tutulan müddət ərzində bütün test tapşırıqlarını namizəd üçün oxuyur və cavablarını cavab kartında kodlaşdırır və ya cavab vərəqinə yazır. Oxucu və cavabları qeyd edən nəzarətçi akkreditasiyadan keçmiş və təlimi müvəffəqiyyətlə başa vurmuş şəxs olmalıdır, imtahan keçirilən fənnə aid lüğət və terminlərə bələd olması üçün fənn üzrə biliyə malik olmalıdır,  xarici dil üzrə keçirilən imtahanda həmin dilin qrammatik qaydalarını yaxşı bilməlidir.  

İmtahanda vaxt itkisinin fərqinə vara bilməyən, diqqət yayğınlığı olan, davamlı diqqətini toplaya bilməyən diqqət çatışmazlığı, hiperaktivlik və diqqət yayğınlığı sindromundan əziyyət çəkən namizədlər işarə verən şəxsin (prompter) köməyindən istifadə edə bilərlər. Həmin şəxs namizədə hansı səhifədə və ya hansı tapşırıqda qaldığını fiziki şəkildə (işarə ilə) göstərə bilər. Məsələn, Arif adlı Asperger sindromlu (autizmli) namizəd vaxt itkisinin fərqinə vara bilmir, bu zaman işarə verən şəxs namizədə adı ilə müraciət edərək “suala bax, imtahanın bitməsinə 15 dəqiqə vaxt qalıb” deyir. Növbəti nümunə: Diqqət pozğunluğu olan namizəd bir neçə dəqiqə işlədikdən sonra diqqəti yayınır, məsələn, pəncərədən çölə baxır, bu halda işarə verən şəxs namizədin adını çəkərək diqqətini sual kitabçasına yönəldir.

Təlimatda sağlamlıq imkanları məhdud şəxslər üçün səsli oxuma, surdopedaqoq dəstəyi, praktik köməkçi də nəzərdə tutulur.  

Namizədin sağlamlıq vəziyyəti imtahan zalında iştirak üçün qənaətbəxş olmadıqda, psixi və emosional pozğunluqdan əziyyət çəkdikdə namizədə imtahan binasında deyil, öz ünvanında və ya xəstəxanada imtahan keçirilməsinə icazə verilə bilər.  

Görmə qüsuru olan namizədlər üçün yuxarıda sadalanan üsullar əlverişsiz olduqda hər namizəd üçün fərdi kağızlar hazırlana bilər. Standart formatda olan kağızlar aşağıdakılardır:

- A4 formatda 18 şrift ölçüdə;

- A3 formatda 24 şrift ölçüdə;

- A4 formatda 24 şrift ölçüdə;

- A3 formatda 36 şrift ölçüdə;

- brayl əlifbası ilə çap edilən kağızlar.
Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Xəbər lenti
17/01/2021 [00:32]:
Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
16/01/2021 [23:26]:
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
16/01/2021 [22:45]:
Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb
16/01/2021 [21:57]:
Hirkan Milli Parkının dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb
16/01/2021 [21:04]:
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub - yenilənib
16/01/2021 [20:16]:
Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir
16/01/2021 [19:28]:
"Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır" - Hikmət Hacıyev
16/01/2021 [18:33]:
Azərbaycan-Belarus əlaqələrinin inkişafı müzakirə olunub
16/01/2021 [17:46]:
Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Azərbaycanda bu gündən transfer pəncərəsi açılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin