Nəsimi rayonu 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ötən ilin yekunlarını müzakirə edib

22/01/2020 [12:06] - Cəmiyyət (408)



Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğı nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmişdir. Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Bakı Biznes Mərkəzində  keçirilən  2019-cu ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

İstiqlal.az hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vaqif Zeynalov bildirmşdir ki, ötən il Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində 3 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində də bir sıra  abadlıq işləri aparılmış, çoxsaylı yüksəkmərtəbəli binaların fasadları əsaslı təmir olunmuş, «Abad həyət» və "Bizim Həyət" layihələri  çərçivəsində geniş işlər görülmüş, yeni yaşıllıq zolaqları salınmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda və binaların həyətlərində  yeni skamyalar, yeni söhbətgahlar qoyulmuş, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılmışdır. 

3 saylı SİƏD rayonda keçirilən mədəni-kütləvi tədbirlərin təşkil olunub keçirilməsində yaxından iştirak etmişdir. Həmçinin, ərazinin sanitar vəziyyəti, küçələrin süpürülməsi, məişət tullantılarının vaxtlı vaxtında daşınması daim nəzarətdə saxlanılmış, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində operativ işlər görülmüşdür. 

İnzibati ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatların uçotu, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısı dəqiqləşdirilmiş, ev təsərrüfatlarının uçotu kitablarında müvafiq qeydlər aparılmışdır. Bundan əlavə ev təsərrüfatlarının uçotu kitablarındakı məlumatlar elektron sistemə daxil edilmişdir. 
 Natiq çıxışına davam edərək bildirmişdir ki, Ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq 2019-cu il fevral ayında respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi ərazisində yerləşən poliklinikada da əhalinin tibbi müayinədən keçirilməsi həyata keçrilmişdir.

Hesabat dövrü ərzində nümayəndəliyin ərazisində ayrı-ayrı ünvanlarda Rayon İcra Hakimiyyətinin başçısı 15-dən çox səyyar qəbul  və görüşlər keçirmiş, qəbullarda  sakinlər tərəfindən qaldırılmış problemlər rayon İcra Hakimiyyəti Başçısının verdiyi tapşırıqlara əsasən həll edilmiş, bəzi məsələlərə isə aydınlıq gətirilməsi üçün müvafiq izahatlar verilmişdir. 

Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  bildirmişdir ki, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf konsepsiyasında ölkə paytaxtının və regionların sosial-iqtisadi inkişafı, şəhər və rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrinin davamlı olaraq icra edilməsi əsas istiqamətlər kimi qarşıya qoyulmuşdur.

Bakı şəhərində müasir infrastrukturun yaradılması sahəsində aparılan çoxşaxəli işlər, hərtərəfli bərpa və yenidənqurma, yeni, müasir tikililər, gözoxşayan parklar və xiyabanlar, şəhərimizin arxitektura  simasının günü-gündən gözəlləşməsi və müasirləşməsi  burada yaşayan əhalinin mədəni-mənəvi həyat səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Məhz bu nəhəng quruculuq işlərinin nəticəsidir ki, müasir Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevirilmişdir. 2019-cu ildə Nəsimi rayonunda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcəkdir.

Uşaqların yay tətilinin səmərəli keçirilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən respublikamızın gözəl guşələrindən olan Qusar rayonunda  rayonumuzun ərazisində yerləşən orta ümumtəhsil məktəblərindən 200-dən çox şagirdin istirahəti təşkil olunmuşdur. Eləcə də "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Nəsimi rayon məktəbliləri respublikamızın bir sıra rayonlarına səfər etmişlər. Məktəblilərin yay tətili gunlərində onların asudə vaxtlarının daha maraqlı və yaddaqalan olması üçün Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən onlar üçün müxtəlif ekskursiyalar və tədbirlər təşkil edilib keçirilmişdir. 

Hesabat  yığıncağında  Mehriban İbrahimova, Esmira Məmmədova, Həsənxan Mədətov  və başqaları çıxış edərək   respublikada, o cümlədən Nəsimi rayonunda  aparılan quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrin, aparılan islahatların xalqın rifahının yüksəldilməsinə yönəldiyini bildirərək görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan  Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
 
Hesabat yığıncağında  sakinləri maraqlandıran suallar cavablandırılmışdır.     

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
Azərbaycanda pensiyalar artacaq
"Qarabağın status məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb" - Lavrov
Dünyada vaksinasiya genişlənir - Yoluxmalar 95 milyonu, ölü sayı isə 2 milyonu keçib
Oqtay Şirəliyev vaksinasiyadan sonra danışdı
20 Yanvar günü Bakıda bir sıra yollar bağlanacaq
Xəbər lenti
18/01/2021 [17:02]:
Azərbaycanda pensiyalar artacaq
18/01/2021 [16:22]:
"Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı məndə fikirlər var" - İlham Əliyev
18/01/2021 [15:23]:
“UEFA-nın qərarı əsl dəlilikdir” – Berti Foqt
18/01/2021 [14:36]:
"Qarabağın status məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb" - Lavrov
18/01/2021 [13:45]:
Dünyada vaksinasiya genişlənir - Yoluxmalar 95 milyonu, ölü sayı isə 2 milyonu keçib
18/01/2021 [12:59]:
Neft bazarında canlanma ehtimalı
18/01/2021 [12:04]:
Qarabağda Mədəniyyət Muzeyi yaradılacaq
18/01/2021 [11:13]:
Oqtay Şirəliyev vaksinasiyadan sonra danışdı
18/01/2021 [10:37]:
20 Yanvar günü Bakıda bir sıra yollar bağlanacaq
18/01/2021 [09:34]:
DMX Azərbaycandakı əcnəbilərə müraciət edib
17/01/2021 [23:46]:
Budapeştdə Azərbaycan qazı ilə bağlı bəyanat verdilər
17/01/2021 [21:34]:
Azərbaycanlı rejissor vəfat edib
17/01/2021 [20:13]:
Murovdağın məşhur Ömər aşırımında yenidən azan səsləndirilir
17/01/2021 [18:52]:
Rusiyada mədən çöküb - ölən var
17/01/2021 [17:02]:
Azərbaycanda son sutkada 322 nəfər yoluxub- 11 nəfər vəfat edib
17/01/2021 [16:51]:
Türkiyə və Azərbaycan birgə hərbi təlimləri keçiriləcək
17/01/2021 [15:26]:
Təhsil nazirinin iştirakı ilə brifinq təşkil ediləcək
17/01/2021 [15:17]:
Dünyanın ən geniş vaksinasiya proqramına bu ölkədə başladı
17/01/2021 [14:44]:
TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib
17/01/2021 [13:51]:
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
17/01/2021 [12:37]:
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
17/01/2021 [11:27]:
Dələduzlar kart məlumatlarını necə ələ keçirirlər? - təfsilat
17/01/2021 [10:34]:
Dünyada koronavirus qurbanlarının sayı 2 milyonu ötdü
17/01/2021 [09:48]:
Rusiya Müdafiə Nazirliyi Qarabağda son vəziyyət haqda
17/01/2021 [00:32]:
Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Şamaxıda zəlzələ oldu
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Vətən müharibəsində 2841 nəfər şəhid olub, 64 nəfər itkin düşüb - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin