28 dairənin “dövlət kimi” deputatı

22/01/2020 [00:14] - Gündəm (507)



İndiki deputat, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı - "Azərittifaq"ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, 28 saylı Sabunçu seçki dairəsindən yenidən namizədliyini irəli sürmüş Eldar Quliyev müəmmalı bioqrafiyaya sahibdir. 

2015-ci ilin parlament seçkisində rektor-deputatlar qarşısında şərt qoyuldu ki, ya mandat, ya da rektor kürsüsü. Rektorlar da seçim etdilər- Bakı Dövlət Universitetinin o vaxtkı rektoru Abel Məhərrəmov, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev rektor kürsüsünü, Dövlət Dillər Universitetinin rektoru Səməd Seyidov, Müəllimlər İnstitutunun rektoru Aqiyyə Naxçıvanlı və  Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyev deputat mandatını seçdi. Yalnız  Eldar Quliyev bu şərtdən yan keçərək həm deputat mandatını, həm də rektor kürsüsünü qorudu. "Gözəgörünməz əl" onu xilas etdi. 

Özünü görkəmli iqtisadçı-alm sayan E.Quliyevin hələ bir iqtisadi tədqiqatı da ortada yoxdur. Bioqrafiyasında sadalanan elmi titullar da yəqin elə daşıdığı mandat qədər saxtadır. 

Adam seçicilərinə deyir ki, Bakının kanalzasiya sisteminin modernləşdirilməsi üçün dövlət proqramını hökumət qarşısında o qaldırıb və proqrama 25 milyard pul ayrılıb. Əvvəla, o proqrama 25 milyard ayrıla bilməz. O sadə səbəbə görə ki, Azərbaycanın dövlət büdcəsi elə 25 milyard manatdır. Ən azı büdcə parlamentdə təsdiq olunur və ona səs verən "görkəmli alim" ən azı büdcənin məbləğindən xəbərdar olmalıydı.

İkincisi, dövlət proqramları Milli Məclisdə müzakirə olunmur, aidiyyatı nazirliklər tərəfindən hazırlanır. Təşəbbüslər də Milli Məclisdən yox, hökumətin özündən gəlir.

Nəhayət, Eldar Quliyev bu məsələni hökumət qarşısında nə vaxt qaldırıb ki, media bundan xəbərsiz olub? Adam reallıq hissini itirərək hökumətin layihələrini öz adına çıxmağa çalışır. 

Ümumiyyətlə, seçicilərlə görüşdən yayılan videodan bəlli olur ki, tədbiri icra hakimiyəti təşkil edib. Çünki danışanlar E.Quliyevi yalnız tərifləməklə məşğul idilər. Bu artıq inzibati resurslardan istifadə deməkdir. Sadə məntiqlə götürsək, niyə Maştağa, Nardaran kimi böyük kəndlərin seçiciləri namizədlə eyni gündə, eyni saatda görüşməlidir?

Təkcə Maştağada rəsmi statistikaya görə, 42 min əhali yaşayır. Bunun da 70 faizi - 30 minə yaxını seçicidir. Təkcə Maştağa seçicilərini əhatə etmək üçün ən azı 10 gün vaxt lazımdır ki, gündə 16 saat görüş keçirəsən. E.Quliyev isə bu 2 böyük kəndə cəmi 15 dəqiqə vaxt ayırıb. MSK bu məsələyə müdxailə etməlidir.

E.Hüseynov
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
21/09/2020 [10:35]:
Donald Tramp: “Elə fərman imzalayaram ki, Bayden prezident ola bilməz”
21/09/2020 [10:00]:
İran ABŞ-ı öhdəliklərinə əməl etməyə çağırıb
21/09/2020 [00:19]:
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
20/09/2020 [23:59]:
Vyanada bal mövsümü ləğv edilib
20/09/2020 [21:24]:
Azərbaycan bu il 68 mln. dollarlıq gübrə idxal edib
20/09/2020 [20:58]:
İkinci dəfə virusa yoluxmaq mümkündürmü?
20/09/2020 [18:43]:
Ekzoplanetlərdə almaz tapıla bilər
20/09/2020 [17:24]:
Yunanıstan Yanoş qasırğası ilə mübarizə aparır
20/09/2020 [17:12]:
"Bakcell" neftçiləri təbrik etdi
20/09/2020 [17:00]:
İlham Əliyev: "Ölkəmizin uğurlu inkişafında neftçilərin çox boyük rolu vardır"
20/09/2020 [16:52]:
ABŞ Kanada ilə sərhədləri açmağa hazırlaşır
20/09/2020 [15:43]:
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
20/09/2020 [15:25]:
Daha 154 nəfər COVİD-19-dan sağalıb
20/09/2020 [14:40]:
Gəzinti cavan qalmağa kömək edirmi? - Gündə 10 min addım...
20/09/2020 [13:36]:
BMT Belarusa dair qətnamə qəbul etdi - Rusiyanın bütün təklifləri rədd edilib
20/09/2020 [12:34]:
Azərbaycan tütün məmulatlarının idxalını azaldıb
20/09/2020 [12:10]:
İnsanların yarısında COVID-19-a qarşı anadangəlmə immunitet ola bilər
20/09/2020 [11:41]:
Nazir: "İranda virusdan ölənlərin sayı 45 minə yüksələcək"
20/09/2020 [11:14]:
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
20/09/2020 [10:27]:
Bağlanmış 4 bankın əmanətçilərinə 532 milyon manata yaxın vəsait ödənilib
20/09/2020 [10:00]:
Yenidən koronavirusla bağlı məhdudiyyətlər tətbiq olunacaq
20/09/2020 [09:51]:
"Əsrin müqaviləsi"nin imzalanmasından 26 il ötür
19/09/2020 [23:59]:
Rusiya 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcək
19/09/2020 [21:40]:
Hansı bədən temperaturu normal hesab edilməlidir?
19/09/2020 [20:45]:
Tural Gəncəliyev: "Ermənistan qəsdən regionda gərginliyi artırmaqda maraqlıdır"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
“Qalatasaray” klubu Bakıya gəlib
DÇ-2022-nin 3 stadionunda Çempionlar Liqasının oyunları keçiriləcək
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Messi "Barselona"nın 3 oyununu buraxa bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin