“Artım” Lab layihəsi çərçivəsində növbəti sərgi - “Başqa şeydən danış”

21/01/2020 [14:40] - Mədəniyyət (753)



“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” Lab layihəsi çərçivəsində “Başqa şeydən danış” adlı 24 saatlıq studiya sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, “YARAT” emalatxanalarında reallaşan layihənin üçüncü studiya təqdimatının başlanğıc nöqtəsi iştirakçıların üç ay müddətində apardıqları intensiv araşdırmalara əsaslanır. Maraq dairələri ilə bir-birindən kəskin surətdə seçilən iştirakçılar – faktlar, müsahibələr, ədəbiyyat, hekayələr və KİV məlumatları toplayaraq müasir incəsənətdə araşdırmanın yollarını, üsullarını və nəticələrinin təqdimatı üzrə işləmiş, həmçinin hər birinin individuallığını əks etdirən fərqli mövzuları bir araya gətiriblər. “Başqa şeydən danış” sərgisi, öncə qrup şəklində müzakirə olunan və təkmilləşən, transformasiyaya uğramış araşdırmaların vizual təqdimatıdır. Hər bir əsər, müraciət olunmuş mövzuya yeni və çoxlaylı nöqteyi-nəzərdən baxmağa və “başqa şeydən” danışmağa təşviq edir.

Əhməd Nəbiyev öz araşdırmasını Banin adı ilə tanınan azərbaycanlı milyonçu M.Əsədullayevin qızı, Parisdə mühacirət həyatı yaşamış Ümm əl-Banu Əsədullayevaya həsr edib. Rəssam Baninin xatirələr toplusu əsasında onun həyat və yaradıcılığını, eləcə də dövrün məişəti, ənənələri haqda informasiya toplayıb.

“Metamorfozlar” mövzusunu özünə yaxın bilən Murad Əkbərli avtobioqrafik eksperimentə çevrilmiş instalyasiyasında özündə və cəmiyyətdə baş verən dəyişiklikləri vurğulayır.

Ruslan Abbasov öz instalyasiyasını dünyaca məşhur şirkət və brendlərin hərbi müdafiə sənayesinə göstərdikləri dəstək mənbələrini araşdırmasına həsr edib.

Ağababa Bağırovun səs instalyasiyası sosial araşdırmanın nəticəsidir. Bu əsərdə Azərbaycanda mövcud ənənə, qayda və qadağalardan bəhs edilir. Rəssam real hadisələrə əsaslanaraq, lokal xarakterli əşyaların simvolikaları vasitəsilə öz fikirləri ilə bölüşür.

Rəna Bəşirova araşdırma mövzusunu Skandinav mifologiyası və zərdüştlükdə rast gəlinən “həyat ağacı” simvolunun etimologiyası və təcəssümü, eləcə də bu iki mədəniyyətlər arasında bu simvolun paralellərini əks etdirir.

Umay Abdullayeva əsərinin mövzusunu Azərbaycanda müxtəlif zorakılıqlarla əlaqələndirir. Bu mövzunun psixoloji momentlərini açıqlamaq üçün son zaman heyvanlara qarşı şiddətlənən zorakılıq üzərində fokuslaşır. Rəssamın fikrincə, heyvana xələl yetirə biləcək gənc/yeniyetmələrin psixoloji durumuna görə onlar gələcəkdə insan qətli də törədə bilər.

Nurseli Məmmədli öz araşdırmasını qədim dövrlərdən müxtəlif mədəniyyətlərdə mövcud olan magik ayin və tilsimlərə həsr edərək, Azərbaycanda bu deyimlərin folklora keçid etməsini və hətta bu gün həyatın ayrılmaz hissəsi olmasını bildirir.

Günel Axundlu studiya təqdimatı üçün yuxu ilə reallığın əlaqəsindən bəhs edən psixodelik film hazırlayıb. Onun tamaşaçıya verdiyi yeganə sual isə çox subyektiv olaraq, kimin üçün əsl reallığın nə olduğunu araşdırmaqdır.
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Vəziyyət pisdir və daha da pis olacaq - nə etməli?
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Xəbər lenti
07/08/2020 [16:52]:
"Çelsi"nin futbolçusu "Arsenal"la anlaşdı
07/08/2020 [16:50]:
Beyrutdakı partlayışda ölənlərin sayı 154 nəfərə çatıb
07/08/2020 [16:44]:
Daha 129 nəfər koronavirusa yoluxub
07/08/2020 [15:36]:
Afrikada COVID-19-a yoluxanların sayı 1 milyona yaxınlaşıb
07/08/2020 [14:22]:
Dünyada ərzaq məhsullarının qiyməti bahalaşır
07/08/2020 [13:20]:
Nazirlik: Son 2 ildə pensiya xərcləri üzrə qənaətin həcmi 238 mln. manat təşkil edib
07/08/2020 [12:55]:
SOCAR-ın zavodunda yanğın - Yaralılar var
07/08/2020 [12:50]:
Qazaxıstanda epidemioloji vəziyyət yaxşılaşır
07/08/2020 [12:37]:
98 yaşlı klub müflis olub dağıldı
07/08/2020 [12:17]:
Koronavirusdan sonra daha bir ölümcül virus yayılmağa başladı
07/08/2020 [11:48]:
Azərbaycan koronavirus səbəbindən avrokuboklardan imtina edib
07/08/2020 [11:15]:
Belarusu qarışdırmaq istəyən “vaqnerçilər” Ukraynaya verilə bilər
07/08/2020 [10:35]:
Sosial təminat növləri üzrə 2 milyon 300 min şəxsə ödəniş edilib
07/08/2020 [10:00]:
COVID-19-a yoluxanların sayı 19 milyonu keçib
06/08/2020 [23:58]:
DYP hüquqi və fiziki şəxslərə müraciət edib
06/08/2020 [21:31]:
ABŞ və Avropa ölkələrinin birgə təlimlərində Yaponiya da iştirak edəcək
06/08/2020 [20:52]:
Yarış zamanı qəzaya uğrayan idmançı komaya düşüb
06/08/2020 [20:10]:
Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi ilə görüşüb
06/08/2020 [18:26]:
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər
06/08/2020 [17:53]:
Baş Nazirdən yumşalma anonsu
06/08/2020 [17:23]:
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 59,1 milyon dollar olub
06/08/2020 [17:02]:
Yoluxanların sayı 150-dən aşağı düşdü
06/08/2020 [16:43]:
"Roma” klubu 591 milyona satılıb
06/08/2020 [16:41]:
Prezident karantin rejiminin yumşaldılmasından danışdı
06/08/2020 [16:40]:
“Sərt karantinin tətbiq edildiyi şəhər və rayonlarda avqust ayında 190 manat ödənilsin”- PREZİDENT
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olunub
Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi 10% artıb
“Yol əhvalatı”nın “Mustafa”sı: “90-cı illərdən filmlərə çəkilmirəm, parkda nəzarətçi işləyirəm”
"Moody's" beş Azərbaycan bankının reytinqinə yenidən baxıb
Söz azadlığına qarşı olan səfirin məhkəməsi başlayır
Azərbaycanda karantin rejimi yumşaldılır - Avqustun 5-dən bu dəyişikliklər olacaq
Yubilyar kino xadimləri təbrik edilib
Azərbaycanın qızıl ixracından gəlirləri 22% artıb
Baş nazirdən sərt karantinlə bağlı əlavə tədbirlər barədə QƏRAR
2000 il əvvəl zeytun yağı haqda bunlar yazılıb - İNANILMAZ FAKTLAR
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin