Rusiyada hökumət dəyişikliyi - Bakı ilə münasibətlərə təsiri olacaqmı?

18/01/2020 [17:34] - Gündəm (176)



“Hökumət dəyişikliyindən sonra Rusiyanın xarici siyasəti dəyişməz olaraq qalacaq”. Bunu RİA “Novosti”yə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. Onun sözlərinə görə, Rusiyanın xarici siyasətini prezident müəyyənləşdirir, hökumət dəyişdikdən sonra mövcud xətt qorunub saxlanacaq.

XİN başçısının müavini həmçinin qeyd edib ki, Rusiyanın xarici siyasəti ölkənin dünyadakı mövqeyini gücləndirməyə yönəlib və dünya arenasında böyük nüfuza malikdir.

Aydın Mirzəzadə: “Rusiyanın içərisindəki dəyişikliklər  əlaqələrimizə təsir etməyəcək”

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, V çağırış üzrə hakim partiyanın deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədə qurulub.

Onun sözlərinə görə, bu münasibətlərə ölkənin daxili siyasətindəki dəyişikliklər heç bir təsirini göstərmir.
İqtidar partiyasının funksioneri qeyd etdi ki, Azərbaycan-Rusiya əlaqələri mehriban qonşuluq çərçivəsindədir və qarşılıqlı siyasi-iqtisadi münasibətləri yüksəltmək baza prinsipi kimi qəbul edilib: “Rusiyanın içərisindəki dəyişikliklər öz daxili işidir və hökumətdə kimlərin gəlməsindən asılı olmayaraq, münasibətləri yüksək səviyyədə qoruyub saxlamağa üstünlük veririk. Bunu Rusiyada da bilirlər və hesab edirəm ki, yeni hökumət qurulması ilə iki ölkə arasında münasibətlər daha da inkişaf edəcək”.

Politoloq Hikmət Hacızadənin fikrincə, Rusiyadakı dəyişikliklər Azərbaycan siyasətinə ciddi mənada təsir etməyəcək. Onun sözlərinə görə, Bakı-Moskva əlaqələrində “status-kvo” qalacaq. “Biz çoxdan bu dəyişikliklərə başlamışıq. Konstitusiya dəyişikliyi olub, struktur və kadrlar təzələnib. Eyni proses Rusiyada gedir. Görüntü budur ki, Putin kənara çəkilir, ölkəni onun sədaqətli qrupu idarə edəcək. Onun hansı planlar cızdığını proqnozlaşdırmaq çətin olur, amma ehtimal edirəm ki, Dövlət Şurasının sədri postuna hazırlaşır.

Əslində, Qazaxıstan da oxşar ssenarini həyata keçirdi. Putin isə absurd bir teatr təşkil edib. Onun ilin axırında erkən seçki qərarı verəcəyini, prezidentlikdən gedəcəyini də istisna etmək olmaz".
Hikmət Hacızadə: “Putini hökuməti istefaya göndərməyə məcbur edən səbəblər vardı”

H.Hacızadə hesab edir ki, Putini hökuməti istefaya göndərməyə məcbur edən səbəblər vardı: “Əvvəla, Rusiyada populyarlığı azalır, keçirilən sorğular da bunu təsdiqləyir. İkincisi, ölkədə iqtisadi şərait pisdir. Üstəgəl, Moskva özünü dünya ilə düşmən edib. Ona görə Putin yerindən kənara çəkiləcək, komandası ölkəni idarə edəcək, özü də arxa planda təhlükəsiz həyatını təmin etmiş olacaq”.

Analitik istisna etmir ki, baş nazir vəzifəsindən gedən Dimitri Medvedyevə Milli Təhlükəsizlik Şurasının rəhbər müavini postunun təklif olunmasının ardınca, bu quruma Putin özü də sədr gedə bilər.
Politoloq İlqar Vəlizadə axar.az-a deyib ki, köhnə simalar - 2000-ci illərin əvvəlində hakimiyyətə gələn şəxslərin yerinə yeni nəslin nümayəndələri gəlir: “Bu, bir çox ölkələrdə baş verən proseslərdir. İndiki məqamda Putinin hökuməti istefaya göndərmək qərarı isə düşünürəm ki, Medveydevin onun siyasi düşüncələrinə, hədəflərinə cavab verməməsi ilə bağlı oldu. Düşünmürəm ki, Mixal Mişustinin baş nazir olmasından sonra Rusiyanın xarici siyasətində elə də böyük dəyişiklik olacaq. Çünki Rusiyada baş nazir texniki fiqur sayılır”.

“Hakimiyyət tranziti nəticəsində prezident daha nominal fiqur olacaq, ölkəni isə Putin, amma başqa vəzifədən idarə edəcək”. Rus politoloq Dmitri Oreşkin belə deyib. Oreşkin Medvedyevin hazırda ağır məğlubiyyətə düçar olduğunu söyləyib. Politoloq yeni baş nazir Mixail Mişustinin təyinatı məsələsinin əvvəlcədən hazırlandığını da qeyd edib: “Mişustin iqtisadçı deyil və bu sferadakı xüsusi nailiyyəti ilə seçilməyib. O, sadəcə, icraçıdır.

Zamanında o gömrüyə, vergilərə cavabdeh olub və ona tapşırılan əmrləri dəqiq yerinə yetirib. O, Putindən asılı olan effektiv menecer olacaq". Bu arada “Foreign Policy” nəşrinin təhlilçiləri qeyd edirlər ki, prezidentə quyu qazmayacaq şəxsi  - Mixail Mişustini yüksəltmək istəyi, yəni Baş nazir təyin etməsi Putinin 2024-cü il yolundakı maneələri aradan qaldırmaq üçün etdiyi digər hərəkətlərə tam uyğundur.

“Mişustin baş nazir vəzifəsinə Medvedyevin uğursuz olduğu dövrdə, xüsusən də Kremlin qondarma milli layihələrini - Putinin 2018-ci ildə yenidən seçildikdən sonra irəli sürdüyü 400 milyard dollarlıq kütləvi dövlət xərcləmələri və infrastruktur planlarını həyata keçirmək baxımından yaxşı namizəddir. Yoxsulluq, iqtisadi genişlənmə və əhali artımı onun son prezidentlik kampaniyasının əsas hissəsi idi və hökumət indiyə qədər bu tədbirləri lazımi səviyyədə həyata keçirə bilməyib.

Mişustini təyin etməklə Putin yeni baş nazirin nüfuzunu qoruya biləcəyinə və milli layihələrin nəticələr verməsi üçün Rusiya bürokratiyasını ram edəcəyinə ümidlidir", - deyə Qərb KİV-i analiz edib.

Bundan əlavə, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova isə Rusiya rəhbərliyində yeni vəzifə təklif edilib. R.Kadırov Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi ola bilər. Daha əvvəl Çeçenistan rəhbəri müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi səbəbi ilə səlahiyyətlərini respublika hökumətinin sədri Müslüm Xuçiyevə verib.

“Yeni Müsavat”
DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Xəbər lenti
22/02/2020 [11:17]:
Tuhelin əvəzinə iki namizəd var: Alleqri və ya Sarri
22/02/2020 [10:47]:
Serj Sarkisyanı onun təyin etdiyi hakim mühakimə edəcək…
22/02/2020 [10:00]:
İranda koronavirus yayıldı: İraq sərhədlərini bağladı
22/02/2020 [00:52]:
DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
21/02/2020 [23:58]:
BMT-dən Türkiyəyə çağırış: “Daha çox qaçqın qəbul edin”
21/02/2020 [22:22]:
Koronavirusa məhəl qoymadan azərbaycanlılar İrana axışır
21/02/2020 [21:32]:
"Putinlə telefon danışığımızın nəticələri mövqeyimizi müəyyənləşdirəcək" - Ərdoğandan İdlib açıqlaması
21/02/2020 [20:55]:
“Facebook” külli miqdarda vergidən yayınıb
21/02/2020 [19:41]:
“Google” yeni "Android" versiyasını təqdim etdi
21/02/2020 [18:38]:
Pantomima Teatrı “Underground”u yenindən göstərəcək
21/02/2020 [17:55]:
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
21/02/2020 [17:28]:
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
21/02/2020 [17:24]:
Rusiya XİN: Türkiyə hakimiyyəti ilə daimi əlaqədəyik
21/02/2020 [16:52]:
Kitabxanada Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb
21/02/2020 [15:49]:
Asmir Beqoviç: "Qarabağ"da hər şey əla idi"
21/02/2020 [14:40]:
Ali Komissar çağırış etdi
21/02/2020 [14:16]:
Azərbaycanda daşınmaz əmlak sığortasında kəskin artım
21/02/2020 [13:47]:
ABŞ İrana yeni sanksiya tətbiq etdi
21/02/2020 [13:22]:
Hendrik Ekşteyn: "Sabah"la oyuna xüsusi münasibət bəsləmirəm"
21/02/2020 [12:44]:
Ukraynalılar koronaviruslu vətəndaşların ölkəyə gətirilməsinə etiraz etdilər
21/02/2020 [12:16]:
“Facebook”da bir status prezidentin rəsmi səfərini ləğv etdirdi
21/02/2020 [10:51]:
Əsgər anaları yenidən etiraza qalxdılar
21/02/2020 [10:00]:
"Sevilya"dan koronavirusun ən çox yayıldığı şəhərin komandasına keçdi
20/02/2020 [23:55]:
"Neftçi"nin keçmiş futbolçusu dünyasını dəyişdi
20/02/2020 [22:27]:
Azərbaycana gətirilən qida əlavələrində nöqsanlar aşkarlandı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Elmira Axundovaya "pul daşıyan" şəxsin fotosu yayılıb?
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
MSK sədri seçki məntəqələrində baş verən pozuntulardan danışdı
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Qlobal istiləşmə Rusiya və Kanadanı dünyada qida məhsullarının əsas istehsalçılarına çevriləcək
İlham Əliyev və Nikol Paşinyanın görüşü olub
Azərbaycanın bank sektorunun aktivlərinin gəlirliliyi artıb
Zəngilan və Qubadlıdan olan xanımlar Mehiban Əliyevaya müraciət etdi
Bakıda daha bir marşrut xəttində yeni avtobuslar
Faydalı hesab etdiyimiz bu qida XƏRÇƏNGƏ SƏBƏB OLUR
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin