Musiqili Teatrda “İstintaq” olacaq

18/01/2020 [10:47] - Mədəniyyət (553)



110-cu mövsümünü yaşayan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti yeni-yeni layihələr üzərində işləyir, bəzi səhnə əsərlərinin  son məşqləri uğurla davam edir. Onlardan biri də Xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovun quruluşunda, bəstəkar Ceyhun Allahverdi və libretto müəllifi Pərviz Seyidlinin “İstintaq” əsəridir.

Məlumata görə, tamaşada xalqımızın vətənpərvər ruhlu aydınları tərəfindən 1906-cı ildə yaradılmış “Difai” təşkilatının fəaliyyətindən və həmin dövrün hadisələri fonunda bolşevizmin zülmünə məruz qalan, mühacirət həyatı yaşayan ən fəal difaiçilərdən biri Nağı bəy Şeyxzamanlının xanımı Səlimə xanımın represiya illərində çəkdiyi iztirablarından bəhs edilir. 

Tamaşada “Şöhrət" ordenli Xalq artisti Afaq Bəşirqızı Səlimə xanım obrazını canlandırmaqla onu sevənlərin qarşısına tam fərqli ampluada çıxacaq, repressiyaya məruz qalan ailələrdə qadınların çəkdiyi əzab-əziyyətləri öz heyrətedici ifası ilə tamaşaçılara çatdıracaq. 

Xalq artisti ilə yanaşı, tamaşada Əməkdar artist Şövqi Hüseynov, Rauf Babayev, Əmrah Dadaşov, Nicat Əli, Səmədzadə Xasiyev,  orkestr, xor və balet artistləri də iştirak edəcəklər.

Əsərin quruluşçu dirijoru Səməd Süleymanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Elməddin Dadaşovdur. Tamaşada plastik hərəkətlərlə qurulan səhnələrin müəllifi beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist Emin Əliyevdir.

“Əsərin qəribə və çox təsirli bir süjet xətti var. Burada ermənilərin dəyirmanına su tökən çar generallarına və onların müşavirlərinə qarşı fərdi mübarizə aparan difaiçilərdən biri olan Nağı bəy Şeyxzamanlının həyat yoldaşı Səlimə xanımın əzab dolu həyatından bəhs olunur. Səlimə xanım Türkiyədə mühacirət həyatı sürən həyat yoldaşından fərqli olaraq Azərbaycanda qaldığı üçün 37-ci ildə həbs olunur və ən dəhşətlisi odur ki, onun istintaq prosesini bolşevik ideologiyasının təsiri altında öz xalqına qarşı manqurtlaşan azərbaycanlı zabit aparır. Verilən işgəncələrə, edilən zülmlərə baxmayaraq müstəqillik ideyalarına sadiq qalan, difaiçilərin siyahısını satqınlara verməyən Səlimə xanım isə əsər boyu bu gənc azərbaycanlı zabitlə mübarizəsini davam etdirir və sonda hadisələrin gedişatını  tam fərqli məcraya yönəldə bilir. Səlimə xanımın sayəsində gənc zabit gec də olsa  öz bağışlanmaz səhvini anlayır və onu bu işə sövq edən erməni cəlladlarından qisasını alır… Vətənpərvərlik mövzusunda hazırlanan bu layihə   ümumilikdə Azərbaycanın mübariz qadınlarının düşmənə qarşı barışmaz mövqeyini sərgiləyir”, –  deyə Xalq artisti F.Məhərrəmov quruluş verdiyi tamaşa  haqqında öz fikrini oxucularla belə bölüşdü.
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Elmira Axundovaya "pul daşıyan" şəxsin fotosu yayılıb?
Tanınmış jurnalist Ləman Ələşrəfqızı İlham Əliyevə məktub yazıb
Qüdrət Həsənquliyev: Bəzi qanun pozuntuları mojaritar seçki sistemindən qaynaqlanır
Səsvermə başa çatıb
Xəbər lenti
17/02/2020 [12:44]:
Aftandil Hacıyev: “Ehtiyatlı olmalı idik”
17/02/2020 [12:32]:
BƏƏ beş il ərzində Yəmənə 5.59 milyard dollar yardım edib
17/02/2020 [12:22]:
Rusiyanın “cəhənnəm silahı” Suriyanın şimal-şərqinə göndərildi
17/02/2020 [11:50]:
Üç postsovet ölkəsi Avropa İttifaqından pul istədi
17/02/2020 [11:20]:
Cavad Zərif Avropaya çağırış edib
17/02/2020 [10:48]:
Suriyada ABŞ-Rusiya qarşıdurması təhlükəli mərhələyə keçə bilər
17/02/2020 [10:00]:
Almaniya müraciət edən uyğurların 96 faizinə sığınacaq verib
16/02/2020 [23:58]:
Daha bir ölkədə koronavirusdan ölüm baş verdi
16/02/2020 [22:14]:
Çində koronavirusa yoluxan ağır xəstələrin sayı azalıb
16/02/2020 [21:53]:
Emmanuel Makron: "Rusiya-Çin ittifaqı əbədi davam edə bilməz"
16/02/2020 [20:45]:
"Messinin də istirahət vaxtı olacaq" - Setyen
16/02/2020 [19:37]:
İsmayıl Şıxlı xatirələrdə
16/02/2020 [18:48]:
Çində koronavirusa yoluxanların və ölənlərin sayı artır
16/02/2020 [17:50]:
Faydalı hesab etdiyimiz bu qida XƏRÇƏNGƏ SƏBƏB OLUR
16/02/2020 [16:38]:
Dərinizi qurudan amillərdən uzaq olun
16/02/2020 [15:48]:
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
16/02/2020 [15:28]:
Çin milli valyutanı da karantinə saldı
16/02/2020 [14:30]:
Suriyalıların ümid qapısı - yenə Türkiyə
16/02/2020 [13:51]:
Muğam Mərkəzində musiqili-ədəbi gecə təşkil edilib
16/02/2020 [13:13]:
"Mançester Siti"nin cəzası ləğv olunmasa, Pep Qvardiola komandadan gedəcək
16/02/2020 [12:48]:
Çin koronavirus simptomlaırnı gizlətməyə görə edam cəzasını tətbiq edəcək
16/02/2020 [12:18]:
Qlobal istiləşmə Rusiya və Kanadanı dünyada qida məhsullarının əsas istehsalçılarına çevriləcək
16/02/2020 [11:53]:
NATO Əfqanıstandan çıxmaq niyyətində deyil
16/02/2020 [11:15]:
Çavuşoğlu: “Türkiyə heyəti İdliblə bağlı Rusiyaya səfər edəcək”
16/02/2020 [10:49]:
Qurban Qurbanov: "Bu qədər qol olacağını düşünmürdük"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səhiyyə Nazirliyi və BMTİP Azərbaycanda bir beçə xəstəliyin müalicəsi üçün dərmanların satınalınması işini davam etdirir
Türkiyəli alimdən koronavirusdan qorunmaq üçün resept
Rusiyada cinayət törədib Azərbaycanda gizlənən 5 nəfər tutuldu
Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayı açıqlandı
Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI
Azərbaycanda 18 208 manat pensiya alan var
Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib
Mərkəzləşdirilmiş karyera portalı yaradılacaq
Tanınmış jurnalist Ləman Ələşrəfqızı İlham Əliyevə məktub yazıb
İlham Əliyev Əlibaba Məmmədova “Şərəf” ordenini təqdim edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin