İrəvanın iddiaları gülüş hədəfinə çevrildi - “Rusiya olmasaydı...”

15/01/2020 [15:36] - Siyasət (1090)



Ermənistanın “məxməri” hakimiyyəti də öz xalqına yalan və “pripiska” yedizdirir; yerli media: “Azərbaycana münasibətdə bunu eləmək böyük axmaqlıq idi...”

Təzə il girəndən Ermənistanın baş naziri Nikol Paşinyanın ekzotik bəyanatları ara vermir. Ötən həftə o, özünün facebook səhifəsində belə bir şey yazmışdı ki, guya 2019-cu ildə adambaşına düşən ÜDM göstəricisi üzrə işğalçı ölkə Gürcüstan və Azərbaycanı qabaqlayıb. Ancaq elə həmin gün o, öz statusuna düzəliş elədi: məlum oldu ki, Ermənistan Azərbaycanı yox, Gürcüstanı keçib. Bir qədər sonra bəlli oldu ki, Ermənistan heç Gürcüstanı da üstələməyib. Yəni yenə ənənəvi erməni yalanı və “pripiska” məsələsi.

Srağagün isə “məxməri” baş nazir növbəti dəfə “parlayıb” və özünü yenə gülməli, absurd duruma salıb - həmçinin öz soydaşları qarşısında. Bu dəfə o, ABŞ-la İran arasında konfliktin çözülməsində vasitəçi olmağa hazır olduğunu bildirib. Rusiya və NATO qərargah rəislərinin mütəmadi   görüş yeri kimi şeçdikləri Azərbaycandan fərqli olaraq dünya siyasətində heç bir çəkisi olmayan, Rusiyanın vassalı olan forpost ölkənin, qısası, faktiki, müstəqilliyini itirmiş bir ölkənin rəhbəri Vaşinqtonla Tehranı barışdıracaqmış.

Yeri gəlmişkən, bir daha yada salaq ki, Ermənistan öz müstəqilliyini elan elədiyi gündən onun xarici sərhədlərini (Türkiyə, İran) rus əsgərləri qoruyur. Gümrüdəki 5 minlik Rusiya hərbi bazası da öz yerində. Beləcə, SSRİ 28 ildir dağılsa da, Ermənistanda Rusiya hərbi mövcudluğu zəifləmək əvəzinə güclənib. Halbuki qonşu Azərbaycan və Gürcüstandan rus qoşunları çoxdan çıxarılıb. Ermənistan əlbəttə ki, Azərbaycana qarşı işğalçı siyasətini təkbaşına davam etdirə bilməz, heç Ermənistan adlı dövlət mövcud olmazdı.

Bu arada erməni deputat Mqer Sedrakyanın Rusiya ilə bağlı 2014-cü ildə səsləndirdiyi fikirlər Ermənistan ictimaiyyətində müzakirə mövzusuna çevrilib (Axar). Belə ki, sosial şəbəkələrdə erməni istifadəçilər Sedrakyanın hələ 2014-cü ildə Rusiya ilə baglı sensasion fikirlərini bölüşməyə başlayıb. AzadlıqRadiosunun erməni bölümünə videomüsahibə verən erməni deputat İrəvanın Kremldən nə dərəcə asılı vəziyyətdə olduğunu dilə gətirib.

Sitat: “Ruslar olmasaydı, bizi çoxdan yoxa çıxarardılar. Məgər rusların əli altında olmaq bizim üçün pisdir? Yadınıza 1991-ci ili gətirin. Məgər Qarabağda biz qələbə qazandıq? Əgər Moskvanın dəstəyi olmasaydı, biz bu günə qədər Qarabağı əlimizdə saxlaya bilərdik? Ümumiyyətlə, sizcə, bizim ordu ruslarsız Qarabağa girə bilərdi? Əlbəttə ki, bunların hamısı Rusiyanın köməyi ilə başa gəlib”.
Bu məqamda Moskvanın və bütün Rusiyanın patriarxı Kirilin ötən il İrəvanda anti-Rusiya aksiyaları keçirən nankor ermənilər barədə dediyi sözləri xatırlatmaq da pis olmaz. Kiril demişdi: “Erməni dövləti yaranan andan biz bu xalqı müdafiə edirik - hansı ki, hətta heç pravoslav da deyil. Biz Ermənistanı həmişə rus dövlətinin bir hissəsi hesab eləmişik və katolik erməniləri göz bəbəyimiz kimi qorumuşuq. Belə qəliz coğrafiyada o, (Ermənistan - ”YM") Rusiyasız heç vaxt mövcud ola bilməzdi. İndi isə diqqət edin, necə də hər şey kəskin dəyişir və yaxşılıq necə də sərt formada və həyasızcasına unudulur. Sən demə, biz erməniləri istismar eləmişik və onların bu gün malik olduqlarını onlara verməmişik. Ancaq onlar bir həqiqəti unutmasınlar: Rusiyasız onlar bu torpaqlarda çox mövcud olmayacaqlar - hansı torpaqlar ki, onların xilaskarlarının, rus pravoslav əsgərlərinin qanı ilə suvarılıb".

İndi belə bir psevdodövlətin başçısı dünyanın ən qüdrətli dövləti ilə, Ermənistanın ağası Rusiyaya rəqib olan dövlətlə - ABŞ-la İran arasında vasitəçi olmaq istəyir - hansı ki, hətta az-çox məntiqini itirməyən erməni siyasi şərhçilərdə də acı kinayə doğurub.    
“Paşinyanın sayəsində Ermənistanda siyasi nitq ən aşağı səviyyəyə - məişət səviyyəsinə düşüb”. Bunu Tert.ama açıqlamasında erməni politoloq Stepan Danielyan deyib. O, İrəvanın İran-ABŞ münasibətlərində vasitəçi olmaq təklifinin tragikomediya olduğunu söyləyib: “Bu, beynəlxalq münasibətlərin tarixinə zarafat üçün bəhanə kimi düşəcək. Ermənistan hakimiyyəti anlamır ki, bu konfliktdə vasitəçi olmaq nə deməkdir və kim özünə bu təklifi etməyə cəsarət edə bilər. Beynəlxalq tərəfdaşları bu hakimiyyət barədə artıq rəy yaranıb və əksər hallarda bu hakimiyyətə ciddi yanaşmırlar”.

*****

“Beləliklə, gəlin açıq olaq. ÜDM məsələsində Ermənistanın Azərbaycan və Gürcüstanı üstələdiyini deyən Paşinyan savadsızlıqda ittiham edildi. Özü də demək olar, dərhal o, özü-özünü redaktə eləməli oldu. Yekunda bizim Azərbaycan üzərində üstünlüyümüz buxarlandı”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu dünən özünün armenianreport.com-dakı məqaləsində şərhçi  Qalust Qriqoryan yazıb.

Müəllifə görə, elə təkcə bu fakt kifayət idi ki, baş nazir üçün mətnləri hazırlayanların həqiqi səviyyəsini bilmək mümkün olsun: “Ona görə ki, Azərbaycan bizə düşmən dövlətdir və onunla statistik müqayisədə asanca təkzib olunan yalan dilə gətirmək böyük axmaqlıqdır. İlk baxışda adi şeydir. Amma ötən il biz baş nazirin komandasının Azərbaycan rəhbərliyi ilə birbaşa və qiyabi söz savaşına hazır olmadığına dəfələrlə şahidlik elədik. İlham Əliyevi antierməni ritorikası və hədələrinə görə nə qədər istəsən tənqid eləmək olar, fəqət qəmli fakt odur ki, o, Qaregin Njde ətrafında polemikada Paşinyanı məğlubiyyətə uğratdı. İstənilən rusiyalı keçmiş SSRİ-nin tərkibindən çıxan başqa dövlətin sakinləri kimi bu məsələdə qonşu ölkənin sözünə inandılar, nəinki bizim baş nazirin. Bizim məxməri hakimiyyət göründüyü kimi, yalnız yalan danışa bilir. Mahiyyət etibarilə biz görürük ki, təzə il hamımız üçün artıq təzə olmayan ənənəndən - Ermənistanın baş naziri olan bir şəxsin sözlərinə və hərəkətlərinə görə xəcalət hissi keçirməkdən başlayıb. Özü də bu adam pozitiv dəyişikliklər həsrətində olan Ermənistan vətəndaşlarının əksəriyyətinin demokratik seçimidir. Bunun əvəzində isə biz olduqca primitiv yalan və axmaqlıqlar görürük - nələrə görə ki, şəxsən Nikol Paşinyan deyil, bizim hamımız xəcalət hissi keçiririk”.

Bu, ermənilərin Paşinyan haqda düşündükləri idi. Belə bir şəxslə Azərbaycan konstruktiv Qarabağ danışıqları aparmalıdır...  

Siyasət şöbəsi,
“Yeni Müsavat”
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
"Alverçi deputat" kimdir? - təfsilat
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Xəbər lenti
29/09/2020 [21:39]:
İsveçrə iqtisadiyyatı 40 illik minimuma enib
29/09/2020 [20:30]:
Qətlə yetirilmiş 100-ə yaxın insanın meyiti aşkarlandı
29/09/2020 [19:59]:
İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu
29/09/2020 [19:32]:
27 sentyabr
29/09/2020 [19:05]:
Hikmət Hacıyev: “Ermənistana məxsus Su-25 təyyarəsinin vurulduğu barədə xəbərlər cəfəngiyyatdır”
29/09/2020 [18:45]:
Erməni ordusu yaşayış məntəqələrini hədəfə aldı, yaralılar var
29/09/2020 [18:32]:
Misir 2023-cü ilədək benzin idxalından imtina edəcək
29/09/2020 [17:59]:
Hərbi vəziyyət milli birliyə çağırışdır
29/09/2020 [17:35]:
Xalq, dövlət, ordu birliyi
29/09/2020 [17:26]:
"Qarabağ"ın legioneri "Legiya" ilə matçdan danışdı
29/09/2020 [17:20]:
Bütün xalqın birliyi!
29/09/2020 [17:00]:
Dövlət, Xalq, Ordu Birliyi
29/09/2020 [16:49]:
“Srvena Zvezda” Ermənistana getmək istəmir
29/09/2020 [16:41]:
Siyasi həmrəyliyin nümunəsi
29/09/2020 [16:24]:
Ölkənin siyasi partiyaları Prezidentin yanındadır
29/09/2020 [15:44]:
Çin yuanı ABŞ dollarına qarşı son 10 ilin ən yüksək dinamikasını nümayiş etdirib
29/09/2020 [15:33]:
Hərbi vəziyyət elan edilməsi haqqında Fərman tarixi ədalətin bərpa olunması qərarıdır
29/09/2020 [15:17]:
SİYASİ PARTİYALAR AZƏRBAYCAN HÖKÜMƏTİNIN YANINDADIR
29/09/2020 [15:00]:
Xalqı birləşdirən siyasət
29/09/2020 [14:40]:
AZƏRBAYCAN XALQI HAQQ UĞRUNDA MÜBARİZƏYƏ DƏSTƏKDİR
29/09/2020 [14:39]:
Qış hazırlığını edərkən bunlara DİQQƏT EDİN
29/09/2020 [14:12]:
Azərbaycan Respublikası Prezidentinin Hərbi Vəziyyət elan edilməsi haqqında fərmanı.
29/09/2020 [13:50]:
Azərbaycan siyasi partiyaları dövlətin yanındadır
29/09/2020 [13:41]:
Cəmi bir dollara başa gələcək eşitmə cihazı hazırlanır
29/09/2020 [13:02]:
Siyasi Partiyalarımız bizi dəstəkləyir!
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
“Qırmızı papaq” tamaşası onlayn nümayiş ediləcək
Azərbaycan və Misir arasında turizm əlaqələri genişləndirilir
"Barselona"nın futbolçusu İngiltərə klubunda
Türkiyə Azərbaycandan qaz idxalını 21 faizdən çox artırıb
Qulamhüseyn Əlibəyli: Tofiq bəyin tezliklə tam azadlıqda olmasını arzu edirəm
"Alverçi deputat" kimdir? - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin