UFAZ-da Anlaşma Memorandumu imzalanacaq

14/01/2020 [13:05] - Cəmiyyət (173)



Azərbaycan-Fransız Universitetində (UFAZ) Total E&P Absheron şirkəti– Strasburq Universiteti (Unistra)- UFAZ və Paşa Bank ASC- Strasburq Universiteti (Unistra)- UFAZ arasında akademik və təhsil sahələrində peşəkar əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirməsi çərçivəsində yanvarın 15-də rəsmi Anlaşma Memorandumu imzalanacaq.
 
Fransanın Azərbaycandakı Səfirliyindən İstiqlal.az saytına bildiriblər ki, görüşdə həmçinin, Total E&P Absheron şirkəti ilə Fransa səfirliyi arasında da rəsmi Anlaşma Memorandumu imzalanacaq.  Bu anlaşma Total E&P Absheron, eləcə də UNISTRA-UFAZ arasındakı əməkdaşlıq fəaliyyətlərini daha da möhkəmləndirəcək
 
Sənədləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, Strasburq Universitetinin rektoru Mişel Deneken, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Total E&P Absheron şirkətinin prezidenti Regis Agut və PAŞA Bank ASC-nin İdarə heyətinin sədri Taleh Kazımov imzalayacaq.
 
Qeyd edək ki, 2019-cu il iyulun 17-də Total Fransa ofisinin Ümumi Təhsil İnkişafı üzrə direktoru Jan-Klod Heidmann və Beynəlxalq Proqramlar üzrə koordinatoru Christelle Lavalou UFAZ-da olub. UFAZ rəhbərliyi ilə görüşən nümayəndələr Total şirkətinin hər il Fransadakı magistr proqramları üçün nəzərdə tutduğu təqaüd imkanları haqqında danışıb. Hazırda UFAZ tələbələri də təqaüd üçün keçirilən müsabiqədə öz iştirakını aktiv şəkildə davam etdirir. Total təqaüdünü qazanacaq tələbələrin bir neçəsi səfirlik tərəfindən Fransa hökümətinin təqaüdçüsü adına layiq görüləcək və bu onlara Fransada qəbul şərtləri baxımından müəyyən üstünlüklər verəcəkdir.
 
UFAZ ilə Paşa Bank arasında da tələbələrin bankın təcrübə proqramında iştirak etmələri və məzun olduqdan sonra öz karyeralarını burada davam etdirmələri üçün müxtəlif görüşlər keçirilib. Belə ki, 2019-cu il sentyabrın 17-də UFAZ-ın Kompüter elmləri ixtisasının dördüncü kurs tələbələri “UFAZ Karyera Günləri” çərçivəsində ilk dəfə Paşa Bankın Rəqəmsal laboratoriyasında olub. Mütəmadi olaraq UFAZ-da qonaq olan Paşa Bankın “Digital Lab” komandası tələbələrlə yüksək rəqabət qabiliyyətli IT əmək bazarında davranış bacarıqlarının əhəmiyyəti və bugünün tendensiyaları kimi mövzularda interaktiv görüşlər keçirib.
 
Azərbaycan-Fransız Universiteti (UFAZ) 2014-cü ildə Azərbaycan və Fransa Prezidentlərinin təşəbbüsü ilə yaradılan və uğurla davam edən layihədir. 2016-cı ilin sentyabr ayından etibarən fəaliyyət göstərən bu universitetdə 4 texniki ixtisas üzrə tələbə qəbulu həyata keçirilir.
Layihəyə Fransa tərəfindən Strasburq Universitetinin (Unistra) rəhbərlik etdiyi Fransa universitetləri konsorsiumu daxildir. Azərbaycan tərəfindən isə layihəyə Azərbaycan Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) rəhbərlik edir. Fransız səfirliyi də həmçinin Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin uğur simvoluna çevrilmiş UFAZ-ı dəstəkləyir.


Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib
Cəhalət və dini ekstremizmə qarşı mübarizə gücləndirilməlidir- Qüdrət Həsənquliyev
İlyas Hüseynovun deputatlığa namizədliyi qeydə alındı
Zahir Əzəmət: "DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir"
Xəbər lenti
20/01/2020 [22:26]:
Ərdoğan: "Hazırda Liviyaya yalnız hərbi məsləhətçiləri göndərmişik"
20/01/2020 [21:36]:
"Fitch" Azərbaycan üzrə reytinqi təsdiqləyib
20/01/2020 [20:50]:
Türkiyə telekanalında 20 Yanvar faciəsinə həsr olunmuş veriliş yayımlanıb
20/01/2020 [19:55]:
Biləsuvarda avtomobildən külli miqdarda narkotik aşkarlanıb
20/01/2020 [18:48]:
“Faciənin fotosu” sənədli filminin təqdimatı keçirilib
20/01/2020 [17:35]:
Kirayə mənzillərlə bağlı elektron müraciətlərin tarixi açıqlanıb
20/01/2020 [16:57]:
Fransa səfiri 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib
20/01/2020 [16:51]:
"Liviya hərbi komitəsinin yaxın günlərdə Cenevrədə iclası keçiriləcək"
20/01/2020 [15:23]:
Suriyada gedən döyüşlərdə təxminən 100 nəfər öldürülüb
20/01/2020 [14:48]:
Boris Conson: "Rusiyanın təhdidlərinin davam etdiyi müddətdə ikitərəfli münasibətlər normallaşa bilməz"
20/01/2020 [14:30]:
ABŞ səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb
20/01/2020 [14:17]:
Quba sakinindən qanunsuz silah götürülüb
20/01/2020 [13:45]:
Hoteldə su borusu partlayıb - Ölənlər var
20/01/2020 [13:20]:
Beyləqanda yanğın olub
20/01/2020 [13:16]:
ABŞ konqresmenləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı
20/01/2020 [12:40]:
Qvardiola: "İstefaya göndərilməyincə heç yerə getməyəcəyəm"
20/01/2020 [12:17]:
Aeroport fəaliyyətini dayandırdı
20/01/2020 [12:01]:
İqbal Ağazadənin Gəncə Prospektində növbəti görüşü olub
20/01/2020 [11:50]:
Neftçi Bordinin köməkçisini də yola saldı
20/01/2020 [11:21]:
Almaniya XİN rəhbəri ABŞ-ın İran siyasətini tənqid edib
20/01/2020 [10:48]:
Beyrutda aksiya zamanı 220 nəfər xəsarət alıb
20/01/2020 [10:00]:
Suriyaya İordaniya və Livandan minə yaxın qaçqın qayıdıb
20/01/2020 [09:56]:
İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
20/01/2020 [09:22]:
Mehriban Əliyeva "Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm"
20/01/2020 [09:00]:
20 Yanvar faciəsindən 30 il ötür
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İrəvanın iddiaları gülüş hədəfinə çevrildi - “Rusiya olmasaydı...”
Tbilisidə Azərbaycandakı Gürcü Dram Teatrının 40 illiyi qeyd olunub
“Səbail” klubu futbolçusu İgor Korotetski ilə yollarını ayırıb
Təbii fəlakət 57 nəfərin həyatına son qoyub
Latviyanın Azərbaycandakı səfiri AZPROMO-da olub
Dünyanın ən qədim şəkilli kitabı tapılıb
32 cinayətin üstü “isti izlər”lə açılıb
Saxta spirtli içkilər satan dəstə üzvləri saxlanılıb
Paşinyan mətbuatı qarabağlıların nəzarətindən çıxarmaq istəyir
Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması qaydası təsdiqlənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin