Yanvar ayının ikinci həftəsində Gürcüstanda qripə yoluxma artıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze keçirdiyi mətbuat konfransında məlumat verib.
O bildirib ki, hazırda ölkədə qrip virusuna yoluxma nisbəti hər 100 000 nəfərə 219 hal təşkil edir.
Onun sözlərinə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı olsa da, mövsümi virus səbəbindən xəstəxanaya yerləşdirilən insanların sayı 3% artıb.
A.Qmakrelidze qeyd edib ki, ölkədə B tipli qrip virusu üstünlük təşkil edir. Bu virusa yoluxanların sayı xəstələrin 76% faizini təşkil edir.