İraq "S-400" sistemləri almaq üçün Rusiya ilə məsləhətləşmələr aparır

12/01/2020 [17:41] - Siyasət (150)



İraq hakimiyyəti Rusiya Federasiyasından “S-400” zenit-raket sistemləri almaq imkanını nəzərdən keçirir və Rusiya tərəfi ilə məsləhətləşmələr aparır.

Bu barədə “The Wall Street Journal” iraqlı millət vəkillərinə istinadən məlumat yayıb.

Materialda İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Kərim Ələvinin sözlərindən sitat gətirilib: “Rusiya ilə “S-400” raket sistemlərini müzakirə edirik, amma hələ heç bir müqavilə imzalamamışıq. Bu raketləri almalıyıq, xüsusən də amerikalıların lazımi silahları almağa kömək etmədikləri, bizi dəfələrlə məyus etdikləri üçün”.
Parlament üzvünün sözlərinə görə, üç ay əvvəl İraq nümayəndəsi bu məsələ ilə bağlı məsləhətləşmələr aparmaq üçün Rusiyaya səfər edib. Sonra bu ölkənin Baş Naziri Adel Abdul Mehdi 30 noyabr 2019-cu ildə İraqdakı siyasi böhran səbəbindən istefa verdiyi üçün müzakirə təxirə salınıb. Hazırda o, baş nazir vəzifəsini icra edir. Millət vəkillərinin fikrincə, İraq hakimiyyəti Amerika qoşunlarının ölkədən çıxarılması ehtimalı ilə əlaqədar məsləhətləşmələri intensivləşdirməyə qərar verib.

Nəşr bildirir ki, rusiyalı bir rəsmi daha əvvəl İraqa bu kompleksləri almağı təklif edib: “Ancaq “S-400” sistemi alacağı təqdirdə Vaşinqton Bağdada qarşı sanksiyalar tətbiq edə bilər”.

Qəzet İraq Müdafiə Nazirliyinin nümayəndələrinin bu iddialara münasibət bildirmədiyini qeyd edir. Həmçinin Pentaqon, Ağ Ev və Dövlət Departamentinin nümayəndələri də İraqın “S-400” almaq ehtimalına dair suallara cavab verməyib.
DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Xəbər lenti
22/02/2020 [00:52]:
DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
21/02/2020 [23:58]:
BMT-dən Türkiyəyə çağırış: “Daha çox qaçqın qəbul edin”
21/02/2020 [22:22]:
Koronavirusa məhəl qoymadan azərbaycanlılar İrana axışır
21/02/2020 [21:32]:
"Putinlə telefon danışığımızın nəticələri mövqeyimizi müəyyənləşdirəcək" - Ərdoğandan İdlib açıqlaması
21/02/2020 [20:55]:
“Facebook” külli miqdarda vergidən yayınıb
21/02/2020 [19:41]:
“Google” yeni "Android" versiyasını təqdim etdi
21/02/2020 [18:38]:
Pantomima Teatrı “Underground”u yenindən göstərəcək
21/02/2020 [17:55]:
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
21/02/2020 [17:28]:
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
21/02/2020 [17:24]:
Rusiya XİN: Türkiyə hakimiyyəti ilə daimi əlaqədəyik
21/02/2020 [16:52]:
Kitabxanada Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb
21/02/2020 [15:49]:
Asmir Beqoviç: "Qarabağ"da hər şey əla idi"
21/02/2020 [14:40]:
Ali Komissar çağırış etdi
21/02/2020 [14:16]:
Azərbaycanda daşınmaz əmlak sığortasında kəskin artım
21/02/2020 [13:47]:
ABŞ İrana yeni sanksiya tətbiq etdi
21/02/2020 [13:22]:
Hendrik Ekşteyn: "Sabah"la oyuna xüsusi münasibət bəsləmirəm"
21/02/2020 [12:44]:
Ukraynalılar koronaviruslu vətəndaşların ölkəyə gətirilməsinə etiraz etdilər
21/02/2020 [12:16]:
“Facebook”da bir status prezidentin rəsmi səfərini ləğv etdirdi
21/02/2020 [10:51]:
Əsgər anaları yenidən etiraza qalxdılar
21/02/2020 [10:00]:
"Sevilya"dan koronavirusun ən çox yayıldığı şəhərin komandasına keçdi
20/02/2020 [23:55]:
"Neftçi"nin keçmiş futbolçusu dünyasını dəyişdi
20/02/2020 [22:27]:
Azərbaycana gətirilən qida əlavələrində nöqsanlar aşkarlandı
20/02/2020 [21:35]:
Yaponiyada yeni koronavirusla əlaqədar fövqəladə tədqiqata başlanılır
20/02/2020 [20:53]:
Böyük Britaniya krallıq ailəsi ard-arda boşanma xəbərləri ilə sarsılır
20/02/2020 [19:52]:
Bakıda ilk dəfə gimnastika üzrə "1-ci AGF Junior Trophy" keçiriləcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Elmira Axundovaya "pul daşıyan" şəxsin fotosu yayılıb?
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
MSK sədri seçki məntəqələrində baş verən pozuntulardan danışdı
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Qlobal istiləşmə Rusiya və Kanadanı dünyada qida məhsullarının əsas istehsalçılarına çevriləcək
İlham Əliyev və Nikol Paşinyanın görüşü olub
Azərbaycanın bank sektorunun aktivlərinin gəlirliliyi artıb
Zəngilan və Qubadlıdan olan xanımlar Mehiban Əliyevaya müraciət etdi
Bakıda daha bir marşrut xəttində yeni avtobuslar
Faydalı hesab etdiyimiz bu qida XƏRÇƏNGƏ SƏBƏB OLUR
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin