2019-cu ilin yekunları müzakirə edilib

10/01/2020 [15:13] - Cəmiyyət (447)



Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğı nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmişdir. 

Nəsimi RİH-dən verilən məlumata görə, ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Holiday Inn otelində  keçirilən  2019-cu ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bəybala Quliyev bildirmşdir ki, ötən il Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində də bir sıra  abadlıq işləri aparılmış, çoxsaylı yüksəkmərtəbəli binaların fasadları əsaslı təmir olunmuş, «Abad həyət» və "Bizim Həyət" layihələri  çərçivəsində geniş işlər görülmüş, yeni yaşıllıq zolaqları salınmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda və binaların həyətlərində  yeni skamyalar, yeni söhbətgahlar qoyulmuş, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılmışdır. 

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən  təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində  Nəsimi rayonu Rəşid Məmmədov küçəsi 23, 25 və 27 nömrəli binaların , Hüseyn Seyidzadə 20, 22, 24, 26, 28 nömrəli  binaların,  Asif Məhərrəmov küçəsi 34, 38,42 və 46  nömrəli binaların, Moskva prospekti 46, 48, Cavadxan küçəsi 1 ünvanlardakı  həyətləri abadlaşdırılaraq yenidən qurulmuşdur. Bu ünvanlardakı binaların fasadları təmir olunub, pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib yenisi ilə əvəz olunub, giriş qapıları yeni dəmir qapılarla əvəz olunmuşdur. Burada müxtəlif oyun elementləri quraşdırılıb, idman meydançaları salınmış, söhbətgahlar  quraşdırılmışdır.  Abadlaşdırılan həyətlərdə yaşıllaşdırma işləri aparılmış və həyətlərə həmişəyaşıl ağaclar və gül kolları  əkilmişdir. 

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi ərəfəsində  rayonun müxtəlif  ərazilərində, mövcud parklarda və yaşıllıq zolaqlarında  ağac və  gül əkmə  kompaniyası keçirilmişdir. Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri tərəfindən  rayonun küçələrində, mikrorayonlar ərazisində, 4-cü mikrorayon ərazisində yerləşən Mir Cəlal parkında, Asif Məhərrəmov küçəsindəki parkda  və digər mövcud park və bağlarda, yaşıllıq zolaqlarında ağaclar və   gül kolları  əkilmişdir.
Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  bildirmişdir ki, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf konsepsiyasında ölkə paytaxtının və regionların sosial-iqtisadi inkişafı, şəhər və rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrinin davamlı olaraq icra edilməsi əsas istiqamətlər kimi qarşıya qoyulmuşdur.

Bakı şəhərində müasir infrastrukturun yaradılması sahəsində aparılan çoxşaxəli işlər, hərtərəfli bərpa və yenidənqurma, yeni, müasir tikililər, gözoxşayan parklar və xiyabanlar, şəhərimizin arxitektura  simasının günü-gündən gözəlləşməsi və müasirləşməsi  burada yaşayan əhalinin mədəni-mənəvi həyat səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Məhz bu nəhəng quruculuq işlərinin nəticəsidir ki, müasir Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevirilmişdir. 2019-cu ildə Nəsimi rayonunda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcəkdir.

Natiq çıxışına davam edərək bildirmişdir ki, Ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq 2019-cu il fevral ayında respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi ərazisində yerləşən 20 saylı poliklinikada da əhalinin tibbi müayinədən keçirilməsi həyata keçrilmişdir.
Uşaqların yay tətilinin səmərəli keçirilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən respublikamızın gözəl guşələrindən olan Qusar rayonunda  rayonumuzun ərazisində yerləşən orta ümumtəhsil məktəblərindən 200-dən çox şagirdin istirahəti təşkil olunmuşdur. Eləcə də "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Nəsimi rayon məktəbliləri respublikamızın bir sıra rayonlarına səfər etmişlər. Məktəblilərin yay tətili gunlərində onların asudə vaxtlarının daha maraqlı və yaddaqalan olması üçün Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən onlar üçün müxtəlif ekskursiyalar və tədbirlər təşkil edilib keçirilmişdir. 

Hesabat  yığıncağında təqaüdçü Mahmudov  İbrahim,  20 yanvar əlili Rayi Rza, 20 nömrəli şəhər poliklinikasının müalicə işləri üzrə müavini Həsənova Nəzakət və başqaları çıxış edərək   respublikada, o cümlədən Nəsimi rayonunda  aparılan quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrin, aparılan islahatların xalqın rifahının yüksəldilməsinə yönəldiyini bildirərək görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan  Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər. Hesabat yığıncağında  sakinləri maraqlandıran suallar cavablandırılmışdır.   
  
Tədbirin sonunda ərazinin təmizliyi ilə məşğul olan Nəsimi rayon MKTB-nin bir qrup  əməkdaşı mükafatlandırılmışdır.

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Xəbər lenti
22/02/2020 [10:47]:
Serj Sarkisyanı onun təyin etdiyi hakim mühakimə edəcək…
22/02/2020 [10:00]:
İranda koronavirus yayıldı: İraq sərhədlərini bağladı
22/02/2020 [00:52]:
DTX-nin Neftçala əməliyyatından hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır - Qüdrət Həsənquliyev
21/02/2020 [23:58]:
BMT-dən Türkiyəyə çağırış: “Daha çox qaçqın qəbul edin”
21/02/2020 [22:22]:
Koronavirusa məhəl qoymadan azərbaycanlılar İrana axışır
21/02/2020 [21:32]:
"Putinlə telefon danışığımızın nəticələri mövqeyimizi müəyyənləşdirəcək" - Ərdoğandan İdlib açıqlaması
21/02/2020 [20:55]:
“Facebook” külli miqdarda vergidən yayınıb
21/02/2020 [19:41]:
“Google” yeni "Android" versiyasını təqdim etdi
21/02/2020 [18:38]:
Pantomima Teatrı “Underground”u yenindən göstərəcək
21/02/2020 [17:55]:
DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı - 6 nəfər həbs edilib
21/02/2020 [17:28]:
Xocalı soyqırımı bağlı Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
21/02/2020 [17:24]:
Rusiya XİN: Türkiyə hakimiyyəti ilə daimi əlaqədəyik
21/02/2020 [16:52]:
Kitabxanada Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb
21/02/2020 [15:49]:
Asmir Beqoviç: "Qarabağ"da hər şey əla idi"
21/02/2020 [14:40]:
Ali Komissar çağırış etdi
21/02/2020 [14:16]:
Azərbaycanda daşınmaz əmlak sığortasında kəskin artım
21/02/2020 [13:47]:
ABŞ İrana yeni sanksiya tətbiq etdi
21/02/2020 [13:22]:
Hendrik Ekşteyn: "Sabah"la oyuna xüsusi münasibət bəsləmirəm"
21/02/2020 [12:44]:
Ukraynalılar koronaviruslu vətəndaşların ölkəyə gətirilməsinə etiraz etdilər
21/02/2020 [12:16]:
“Facebook”da bir status prezidentin rəsmi səfərini ləğv etdirdi
21/02/2020 [10:51]:
Əsgər anaları yenidən etiraza qalxdılar
21/02/2020 [10:00]:
"Sevilya"dan koronavirusun ən çox yayıldığı şəhərin komandasına keçdi
20/02/2020 [23:55]:
"Neftçi"nin keçmiş futbolçusu dünyasını dəyişdi
20/02/2020 [22:27]:
Azərbaycana gətirilən qida əlavələrində nöqsanlar aşkarlandı
20/02/2020 [21:35]:
Yaponiyada yeni koronavirusla əlaqədar fövqəladə tədqiqata başlanılır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Elmira Axundovaya "pul daşıyan" şəxsin fotosu yayılıb?
Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir- Mehdiyev və Axundova yola salınır
MSK sədri seçki məntəqələrində baş verən pozuntulardan danışdı
28-ci saylı Sabunçu seçki dairəsindən 6 namizədin birgə bəyanatı
Qlobal istiləşmə Rusiya və Kanadanı dünyada qida məhsullarının əsas istehsalçılarına çevriləcək
İlham Əliyev və Nikol Paşinyanın görüşü olub
Azərbaycanın bank sektorunun aktivlərinin gəlirliliyi artıb
Zəngilan və Qubadlıdan olan xanımlar Mehiban Əliyevaya müraciət etdi
Bakıda daha bir marşrut xəttində yeni avtobuslar
Faydalı hesab etdiyimiz bu qida XƏRÇƏNGƏ SƏBƏB OLUR
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin