Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin saat 12:00-a olan məlumatına əsasən, Badamdar - 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmənin dinamikasında aktivlik qalmaqdadır.
İstiqlal.az xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb. Bildirilir ki, müşahidələr davam etdirilir.
Qeyd edək ki, bu gün səhər saatlarında baş verən sürüşmənin səbəbləri araşdırılır.