İrəvanın İran təlaşı - ABŞ-la qarşıdurmada “nəfəslik” bağlana bilər

09/01/2020 [13:22] - Siyasət (1190)



Ermənistanın baş naziri Nikol Paşinyan budəfəki Yeni il təbrikində də ermənilərə bol vədlər verib. “2020-ci ilin ölkə üçün iqtisadi, siyasi, sosial və psixolojin yüksəliş ili olacağına ümid etdiyini” söyləyib. Bunu o, Yeni il axşamı İrəvanın mərkəzində qurulmuş yolkanın yanında etdiyi çıxışı zamanı deyib. Ancaq “halva” deməklə ağız şirin olmur. Bunu isə kim bilməsə də, bu gün hakimiyyətə gəlişinin düz 1 il 8 ayı tamam olan Paşinyan yaxşı bilir.

Acı gerçək belədir ki, “məxməri” baş nazirin dövründə də Ermənistanın Azərbaycan və Türkiyə tərəfdən təcrid vəziyyəti davam edib, hətta daha da sərtləşib. Ötən il işğalçı ölkə daha bir iri regional layihədən - “Dəmir İpək Yolu”nun mühüm tərkib hissəsi sayılan Bakı-Tiflis-Qars dəmir yolundan kənarda qalıb. Paşinyanın ac-yalavac ermənilərə söz verdiyi “qızıl dağlar”, çoxsaylı iş yerləri və böyük xarici sərmayələrlə bağlı vədlər də quru vəd olaraq qalmaqdadır.
Bir səbəbini dedik. Digər səbəb Rusiyanın, faktiki, ucqar quberniyası, forpostu rolunda olan Ermənistana xarici sərmayədarların, hətta zəngin ermənilərin belə, maraq göstərməməsidir. Bu reallıqlar, üstəgəl, blokada rejimi və Azərbaycanla müharibə vəziyyəti qaldıqca baş nazirin iqtisadi islahatlarla bağlı səyləri bu il də əlçatmaz olaraq qalacaq. İnqilabdan sonrakı haqq-hesab saatına isə bir şey qalmayıb - cəmi 4 ay. Çünki əksər təhlilçilərə görə, məhz 4 ay sonra - inqilabın 2-ci ilinin tamamında Nikol Paşinyan artıq vədlərdən deyil, gördüyü işlərdən danışıb hesabat verməli olacaq. Vədlər dövrü bitir...            

*****

Ancaq erməni lider növbəti Yeni il təbriki ilə öz xalqının başının altına yenə yastıq qoyar-qoymaz, il təzələnər-təzələnməz, Ermənistan üçün daha bir bəd xəbər gəlib. Söhbət İraqda general Qasim Süleymaninin qətli ilə İran-ABŞ münasibətlərinin ən kritik dönəmə girməsindən gedir.

Məsələ ondadır ki, Rusiya ilə quru sərhədi olmayan Ermənistandan ötrü İran həmişə “nəfəslik” rolundadır. Bu, öz yerində, ermənilər Qarabağ məsələsində həm də cənub qonşumuzdan daim mənəvi güc aldıqlarını bəyan edirlər. Bu da səbəbsiz deyil. Çünki müsəlman Türkiyədən fərqli olaraq, müsəlman İran təcavüzkar Ermənistanla heç vaxt sərhədi bağlamayıb. Bu fikirdə olmayıb. Bağlasaydı, Dağlıq Qarabağ ixtilafının ədalətli həlli də xeyli asanlaşar, hətta reallaşardı.
Bu, əlbəttə ki, ilk növbədə rəsmi Tehranın dövlət maraqları ilə bağlıdır. Amma vəziyyət indi elədir ki, Ermənistan üçün yeganə “nəfəslik” də qapadıla bilər. Sərhədlərin isə həm ABŞ-la hərbi toqquşma variantında, həm də İrandaxili qeyri-sabitlik səbəbindən bağlanması mümkün hesab edilir. ABŞ artıq anons verib. Vaşinqton eyni zamanda İranla sıx əlaqədə olan ölkələrin də sanksiyalardan ziyan görə biləcəyi haqda xəbərdarlıq edib.

*****

Təbii ki, o halda Azərbaycanın da itirəcəkləri olacaq. Amma Ermənistan qat-qat böyük zərərdə olacaq. Çünki yeganə “nəfəsliy”in bağlanması işğalçı ölkəni, faktiki, “astmatik boğulma” halına, ağır “iqtisadi qıcolmalara” gətirəcək. Yeri gəlmişkən, təxminən bir il öncə çıxışların birində N.Paşinyan demişdi ki, Ermənistan İranla sərhədin qapadılmasına hazır olmalı, çıxış yolu haqda düşünməlidir. O, hətta Gürcüstan yolunun da bağlana biləcəyini söyləmişdi.
Həmin sitatı xatırlatmağın yeri var: “ABŞ-İran münasibətlərinə və geosiyasi vəziyyətə görə Ermənistan-İran sərhədi hər an de-fakto bağlana bilər. Erməni-gürcü sərhədləri də, məsələn, geosiyasi şərtlər, pis hava şəraiti səbəbindən de-fakto bağlana bilər. Ermənistan dənizsiz bir ada kimidir. Bu şəraitdə Ermənistan necə hərəkət etməlidir? Erməni-türk münasibətlərinə gəldikdə, həmişə deyiləni gərək deyim. Ermənistan ilkin şərt olmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına hazırdır”.

Qeyd edək ki, ötən il Paşinyan bir neçə dəfə bu tezislə rəsmi Ankaraya müraciət edib. Türkiyə hökuməti də haqlı olaraq bəyan edib ki, sərhədlərin qeyd-şərtsiz yox, iki şərt daxilində açılması mümkündür: 1. Erməni işğalçı qoşunlarının Azərbaycan torpaqlarından geri çəkilməsi; 2. Türkiyəyə qarşı saxta soyqırımı iddialarından imtina.

Aydındır ki, bu şərtlər xaricində iki qardaş ölkə tərəfindən Ermənistanın blokadası davam edəcək və gücləndiriləcək. Demək ki, dünya okeanına çıxışdan məhrum olan düşmən ölkə üçün İran “nəfəsliyi” də öz aktuallığını saxlayacaq - hansı ki, Paşinyanın öz sözü ilə desək, hər an bağlana bilər.

****

Görünür, bu təlaşın diktəsidir ki, cırtdan Ermənistanın rəhbəri Nikol Paşinyan başından böyük hərəkət edərək, ABŞ və İran prezidentlərinə ağıl verməyə çalışıb, Donald Tramp və Həsən Ruhanini müdrikliyə (!) səsləyib. “Mən inanıram ki, hər iki lider yaranmış durumda müdrik olacaq və vəziyyətin daha da ağırlaşmasına imkan verməyəcək”, - deyə o, facebook səhifəsində qeyd edib.

Oxşar panik açıqlamalar və çağırışlar işğal altındakı Dağlıq Qarabağın kriminal-separatçı ünsürlərinin də dilindən eşidilməkdədir. Bu qəbildən panikalara birdəfəlik son qoymağın yolu isə çoxdan bəlli: Qarabağ konfliktinin həllini və bunun nəticəsi olaraq sərhədlərin açılmasını  sürətləndirmək, ədalətli sülh anlaşmasına real töhfə vermək, işğalçı qüvvələri Azərbaycan ərazilərdən çıxarmaq. Qeyd-şərtsiz...

Siyasət şöbəsi,
“Yeni Müsavat”
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Macarıstandakı azərbaycanlılar İlham Əliyevdən yardım istəyir - müraciət
Korrupsiya birbaşa milli təhlükəsizliyimizə təhdiddir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
26/05/2020 [23:58]:
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyevlə bağlı özbək dilində bölmə istifadəyə verilib
26/05/2020 [22:44]:
"Formula 1"lə bağlı qaynar xətt yaradıldı
26/05/2020 [21:35]:
İspaniyada pandemiya qurbanlarının xatirəsinə matəm elan edildi
26/05/2020 [20:34]:
“Azərişıq” ASC-nin üç əməkdaşı güllələnib
26/05/2020 [19:44]:
Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib
26/05/2020 [19:41]:
Emmanuel Makron Prezident İlham Əliyevə məktub göndərib
26/05/2020 [18:52]:
Brazilyada koronavirus kabusu: ilginc faktlar
26/05/2020 [18:02]:
XİN Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirib
26/05/2020 [17:40]:
İspaniya əcnəbilər üçün karantin rejimini ləğv edəcək
26/05/2020 [16:31]:
Ruhani İlham Əliyevə məktub göndərib
26/05/2020 [16:31]:
Azərbaycanda ət, süd və yumurta istehsalı artıb
26/05/2020 [15:37]:
Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb
26/05/2020 [14:44]:
Kaliforniyada dini mərasimlərin keçirilməsinə icazə verilir
26/05/2020 [14:32]:
Zakir Qaralov ittiham olunur, “Akkord” isə susur- Baş redaktorun evini kim zəbt edib?
26/05/2020 [13:34]:
Çempionlar Liqasının ən yaxşı məşqçisi açıqlanıb
26/05/2020 [12:45]:
Rusiya şirkətləri və büdcəsi ucuz neftdən on milyardlarla dollar itirəcək
26/05/2020 [12:23]:
Bəzi ölkələr koronavirusun öyrənilməsi üçün Çinə missiya göndərir
26/05/2020 [11:51]:
Azərbaycanda kartof istehsalı 7%-dən çox artıb
26/05/2020 [11:20]:
“Ər və arvad” tamaşası nümayiş edilib
26/05/2020 [10:46]:
Ermənistanda ağır koronavirus xəstələrinin sayı artır
26/05/2020 [10:00]:
Zidan Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçi seçilib
25/05/2020 [23:57]:
Gürcüstanın səhiyyə naziri erməni həmkarından izahat tələb edəcək
25/05/2020 [22:16]:
“Şollerin arxivi” filimi bu səfər ABŞ-da Qranta laiq görüldü
25/05/2020 [21:42]:
Yaponiyada fövqəladə vəziyyət ləğv edildi
25/05/2020 [20:31]:
Avtomobil sektoru rekord həddə tənəzzülə uğrayıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Çin uyğurları qlobal nəhənglərin fabriklərində işləməyə göndərir
Prezident DTX ilə bağlı fərman imzaladı
Yoga musabiqəsində iştirak etmək istəyənlərin nəzərinə
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
Leyla Əliyevanın şeirləri Gürcüstan mətbuatında
Koronavirus mərkəzini dəyişir: Artıq bu ölkələr daha çox təhlükədədir
Ramin Bayramlı: "Gələn ay iri ticarət mərkəzlərinin açılması gündəmdədir"
Musiqili Teatr həftəsonu maraqlı tamaşalarla çıxış edəcək
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin