Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi “texniki nasazlıq” səbəbindən Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb.
APA xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, baş vermiş qəza nəticəsində təyyarənin göyərtəsində olan 167 sərnişinin hamısı həyatını itirib. Hadisə barədə xəbəri hava limanının rəhbərliyi də təsdiqləyib və bildirilib ki, təyyarə uçuşdan sonra qəzaya uğrayıb.