İranlı generalı öldürülməsinə niyə yas saxlamalıyıq?

07/01/2020 [19:04] - Gündəm (1296)



ABŞ-ın keçirdiyi əməliyyat nəticəsində İraqda öldürülən iranlı general Qasım Süleymani ilə bağlı Azərbaycan cəmiyyətinin reaksiyası adekvat olmadı. Başqa bir ölkə generalının başqa bir ölkədə öldürülməsi sanki cəmiyyəti 2 yerə böldü. Kimisi onu "şəhid", kimisi də "qatil" adlandırdı. Ancaq təbii ki, bu yanaşmaların heç biri real situasiyaya adekvat deyil.

Birincisi, şəhid öz vətəni, torpağı, dini və namusu uğrunda canını fəda edənlərə deyilir. Süleymani bu kateqoriyaların heç birinə daxil deyil. Eyni zamanda "Süleymani gəbərdildi" ifadəsi də etik deyil. Başqa bir ölkənin güneralı başqa bir dövlətlə münaqişədə qətlə yetirilib. Öldürülməsəydi o öldürəcəkdi. Söhbət siyasi və iqtisadi maraqlar mübarizəsindən gedir.

 Şiəçiliyə gəldikdə isə, Qarabağda da əsasən şiə əhalisi idi, ancaq İran Azərbaycanın yanında  olmadı, əksinə, Erməistana dəstək oldu. Elə bu gün bəzilərinin "şəhid" adlandırdığı general Ermənistanın dostları siyahısında olub (şəkillərə bax).  Dövlət maraqları baxımından yanaşdıqda İranı anlamaq olar - bəlli səbəblərdən İrana güclü və müstəqil Azərbaycan lazım deyil. Ona görə də əhalisi əsasən şiələrdən ibarət olan Azərbaycana yox, xristian Ermənistana dəstək verdi - dövlət maraqlarının hətta dini maraqları belə üstələməsi müasir dünyada geniş yayılıb və istənilən qədər misallar gətirmək olar.



Ancaq bu da Süleymaninin öldürülməsinə sevinməyə əsas vermir. İran bizim qonşumuzdur və Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır. Qətllə bağlı Azərbaycanın xarici işlər nazirliyi rəsmi qaydada İrana başsağlığı verdi və bununla kifayətlənmək olardı. Ancaq Süleymanini az qala "Milli qəhrəman" səviyyəsinə qaldırmaq nə deməkdir? Azərbaycan 20 yanvar faciəsində 147, Qarabağ savaşında isə 12 minə yaxın şəhid verib, xeyli Milli Qəhrəmanımız, könüllü şəhidliyə yollanan insanlarımız olub. Onları kənara qoyub, başqa bir ölkənin generalını "qəhrəman" elan etmək nə dərəcədə düzgün və məntiqlidir? Bəs milli və dövlət maraqları harda qaldı? Başqa bir ölkənin öz dövlətinin siyasi və iqtisadi maraqlarına görə öldürülən generalına yox, öz şəhidlərimiz yas saxlamalıyıq, onların adlarını yaşatmalıyıq - bunu bizdən həm də öz dövlətimizin maraqları tələb edir.

İstiqlal.az

DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
14/08/2020 [21:40]:
Bu ilin ilk yarısında BTC kəməri ilə 462 mln. tondan çox xam neft nəql edilib
14/08/2020 [20:46]:
Qalata qülləsində aparılan bərpa işləri mütəxəssislərin nəzarətindədir
14/08/2020 [18:28]:
PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq"
14/08/2020 [17:55]:
COVID-19 virusuna yoluxma ehtimalı qan qrupundan asılıdır
14/08/2020 [17:22]:
Tovuz hadisələri Ermənilərin yaratdığı hərbi təxribatdır…
14/08/2020 [16:50]:
Ermənistan silah istehsalçılarının poliqonudur
14/08/2020 [16:47]:
Azərbaycanda ÜDM-in həcmi 3%-ə yaxın azalıb
14/08/2020 [16:19]:
Serbiya hökumətinin addımı Azərbaycan tərəfindən birməmalı qarşılanmadı
14/08/2020 [16:00]:
Mənfur qonşularımızın necə və nə yollarla silahlanması
14/08/2020 [15:49]:
Ermənistanın silahlanmasında digər dövlətlərin dəstəyi
14/08/2020 [15:24]:
Fransa Aralıq dənizinə qırıcı təyyarələr göndərəcək
14/08/2020 [15:14]:
Ermənistanın digər ölkələrdən aldığı hərbi köməklər
14/08/2020 [15:03]:
Dostumuz kim, düşmənimiz kim?
14/08/2020 [15:00]:
Paşinyan BBC-də biabır oldu - Video
14/08/2020 [14:37]:
İranlı rəsmi: “Rusiyanın COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb”
14/08/2020 [13:22]:
Çin Mayk Pompeonu “siyasi virus” yaymaqda ittiham edib
14/08/2020 [12:49]:
Ərdoğandan sərt mesaj: "Makron kimilər..."
14/08/2020 [12:18]:
Rusiyanın hazırladığı peyvənd ən azı iki il koronavirusdan qoruyacaq
14/08/2020 [11:55]:
Təcavüzkar və terrorist ölkə Ermənistana hərbi yardım edən dövlətlər
14/08/2020 [11:44]:
Ağacların dibinin betonlanması ilə bağlı yayılan məlumatlara Nəsimi RİH CAVAB VERDİ
14/08/2020 [11:39]:
Ermənistanın silahlanması
14/08/2020 [11:36]:
Neymar Messinin rekordunu yeniləyib
14/08/2020 [11:22]:
Ermənistana satılan silahlar...
14/08/2020 [11:16]:
ABŞ mediası: "Tramp artıq Pentaqon rəhbərini dəyişdirməyi beyninə qoyub"
14/08/2020 [11:10]:
Başqa dövlətlərin kölgəsində yaşayan ermənilər
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avqustun 10-dan bu qadağalar ləğv olunur - Rəsmi
Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır
“Azərişıq” Almaniya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
Balıq və balıq məhsullarının insan orqanizmində törətdiyi fəsadlar
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
Kitabların saxlancı – qeyri-adi kitab rəfləri
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Yardım kampaniyası davam edir
Qubad İbadoğlu: SOCAR hər il öz hesabatlarını auditor yoxlamasından keçirir və açıqlayır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin