Şəxsi obyektlərin qarşısında parklama qadağası - sürücülər nə etməlidir?

07/01/2020 [16:40] - Gündəm (268)



Bu gün qadağan işarəsi altında avtomobili saxlamaq ən çox yayılan qanun pozuntularından biridir, qeyri-qanuni yerdə parklamaya görə cərimə mövzusu isə hər zamankından daha aktualdır. Bakı Nəqliyyat Agentliyi (BNA) bu məsələni diqqətlə izləyir və yol qaydalarının bu formada pozulmasına operativ şəkildə reaksiya göstərir. Bir çox hallarda iş cərimə yazılması ilə bitmir, hətta avtonəqliyyat vasitəsinin cərimə meydançasına aparılması ilə nəticələnir.

Parklamanı qadağan edən işarələr altında nəqliyyat vasitəsini saxlamaq birmənalı şəkildə olmaz və heç kim bununla mübahisə etmir. Bəs “parkovka” yerinin qanuni olduğu halda bu ərazinin yaxınlığında yerləşən obyektin sahibi onu "özəlləşdirib”sə, nə etmək lazımdır?

Son vaxtlarda dost-tanışdan tez-tez eşidirəm, hətta özüm də dəfələrlə şahidi olmuşam ki, avtomobili park edərkən yaxınlıqdakı obyektdən mühafizəçi çıxaraq “Bizim mağazamıza, gözəllik salonumuza, restoranımıza gəlmisiniz” sualı ilə müraciət edir. Cavabınız mənfidirsə, sizdən bu parklama yerini boşaltmağınız xahiş olunur, oranın guya obyektə məxsus olduğu bildirilir və imtina edəcəyiniz təqdirdə evakuator çağırılacağı, geri dönəcəyiniz ana qədər avtomobilin artıq olmayacağı ilə bağlı təhdidlər başlayır.
Bu cür halların nə qədər qanuni olduğunu və belə hallarda kimə müraciət edilməli olduğunu müəyyənləşdirmək üçün “Report” İnformasiya Agentliyi müvafiq strukturlarla əlaqə saxlayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov ötən ilin aprel ayından bəri avtomobillərin parklanması ilə ilə bağlı bütün məsələlər BNA-nın öhdəliyinə verildiyini vurğulayaraq bildirib ki, şəxsi obyektin sahibi kiməsə avtomobilinin obyekti qarşısında park etməyi qadağan etmək və ya ərazinin rəsmi ona aid olmadığı təqdirdə parklama üçün ödəniş etməyinizi tələb etmək hüququna malik deyil.

Öz növbəsində, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, şəxsi obyektlər tərəfindən dayanacaq yerlərinin “özəlləşdirilməsi” qanunsuzdur: "Əgər bu ərazi parklanma üçün nəzərdə tutulubsa, o zaman şəxsi obyektin hansısa nümayəndəsinin avtomobilinizi orada saxlamağınıza qadağa qoymaq hüququ yoxdur. Yəni heç kimdən icazə istəmədən avtomobilinizi rahat şəkildə park edə bilərsiniz”.

Şəxsi obyektin nümayəndəsinin avtomobil sahibinin yoxluğunda evakuator çağırıb avtomobili cərimə meydançasına göndərməsinin mümkün olub-olmaması barədə suala cavabında M.Ağayev qeyd edib ki, evakuator yalnız qanunsuz yerdə saxlama olduğu halda maşını cərimə meydançasına apara bilər: “Ancaq bu ərazidə parklanmaya icazə verilirsə və bu yalnız obyekt sahibinin şıltaqlığıdırsa, heç kim avtomobilinizə toxunmayacaq”.
Öz növbəsində, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, sürücü avtomobilini parklanmaya icazə verilən ərazidə düzgün park edibsə, kim şəkil çəkib, evakuator çağırmasından asılı olmayaraq, bu sürücüyə heç bir inzibati cərimə tətbiq edilməyəcək. “Təəssüf ki, obyekt nümayəndələrinin bu cür davranışı şəxsi maraqları ilə əlaqədardır, lakin icazə verilən ərazidə düzgün park edilmiş avtomobil sürücülərinin çəkinəcəyi bir şey yoxdur”, - deyə o əlavə edib.

“Belə hallarla qarşılaşdıqda hara şikayət etmək lazımdır” sualına isə "Report"a açıqlamasında vəkil Səməd Vəkilov cavab verib.

Onun sözlərinə görə, obyekt sahibi məkan qarşısındakı park yerinin ona aid olduğunu bəyan edirsə, müvafiq sənədləri təqdim etməlidir: “Əgər obyektin bu əraziyə sahib olması ilə bağlı rəsmi sənədləri yoxdursa, o zaman obyektin sahibi vətəndaşın hüquqlarını pozaraq ərazini qanunsuz zəbt edir. Belə hallarla qarşılaşdıqda polisə, Bakı Nəqliyyat Agentliyinə, eləcə də icra hakimiyyəti orqanlarına müraciət edə bilərsiniz”. 
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı
Azərbaycanda son sutkada 403 nəfər COVID-19-a yoluxub - 3 nəfər vəfat edib
Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salınıb
Liviyalı diplomat: "Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur"
Xəbər lenti
07/03/2021 [23:28]:
Səmərqənddə Türkiyənin baş konsulluğu açıldı
07/03/2021 [22:34]:
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
07/03/2021 [21:43]:
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - rəsmi
07/03/2021 [20:58]:
Bakı yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
07/03/2021 [20:09]:
Vilayət Eyvazov rəisi işdən çıxartdı
07/03/2021 [19:41]:
ABŞ-da COVİD-19-dan ölənlərin sayı 525 min nəfərə çatır
07/03/2021 [18:26]:
DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı
07/03/2021 [17:33]:
İsraildə yumşalmanın üçüncü mərhələsi başlayır
07/03/2021 [16:18]:
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanları başa çatıb
07/03/2021 [15:41]:
Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı
07/03/2021 [14:57]:
Azərbaycanda son sutkada 403 nəfər COVID-19-a yoluxub - 3 nəfər vəfat edib
07/03/2021 [14:03]:
SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü olub
07/03/2021 [13:12]:
Rəssam qazi gözündən əməliyyat olunacaq
07/03/2021 [12:28]:
Tvitterin qurucusu ilk tvitini hərraca çıxardı
07/03/2021 [11:37]:
“Diriliş Ərtuğrul”un ssenaristi: "Azərbaycan türk dünyasının sənət mərkəzidir"
07/03/2021 [10:55]:
Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
07/03/2021 [10:46]:
“Qalatasaray” yenidən İtaliya millisinin sabiq hücumçusunu istəyir
07/03/2021 [10:09]:
Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salınıb
07/03/2021 [09:44]:
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə zirvə görüşü keçiriləcək
07/03/2021 [08:33]:
Bu gün 3254 şagird üçün buraxılış imtahanı keçirilir
06/03/2021 [23:28]:
ÜST: Bir gündə 353 mindən çox şəxsdə COVID-19 aşkarlanıb
06/03/2021 [22:37]:
"Buta Airways" Kiyevə uçuşları bərpa edəcək
06/03/2021 [21:42]:
Ermənistan müxalifəti yenidən ölkə prezidenti ilə görüşəcək
06/03/2021 [20:01]:
Əcnəbi diplomatlar işğaldan azad olunmuş torpaqlara növbəti dəfə səfər ediblər
06/03/2021 [19:16]:
Hava şəraitinə görə gəmilərin hərəkət təhlükəsizliyi gücləndirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
Matviyenko: “Qarabağa dair sazişə zidd hər hansı hərəkət böyük faciəyə gətirib çıxara bilər”
Həlak olmuş və yaralanmış hərbçilərə görə 40 milyon manatdan çox ödəniş edilib - "Azərsığorta"
DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
Paşinyan ermənilərdən xalqından üzr istədi
Dövlət xətti ilə ipoteka kreditləri 2 dəfədən çox artıb
Mübariz Mənsimov azadlığa buraxılıb
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
BƏƏ qadınları uğurlu iş qadınlarıdır
“Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin