Ötən il Azərbaycan teatrları üçün məhsuldar il kimi yadda qalıb

06/01/2020 [17:45] - Mədəniyyət (276)



Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, bəşəri dəyərlərin təbliği, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi, günün tələblərinə uyğun repertuarın formalaşması istiqamətində məqsədyönlü layihələr ötən il də davam etdirilib.

İstiqlal.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin 2019-cu il üçün təsdiq olunmuş repertuar planına əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında V.Şekspirin “On ikinci gecə və yaxud hər nə istəsəniz”, A.Tolstoyun “Buratino”, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında A.S.Ekzüperinin “Balaca Şahzadə”, V.Hüqonun “Paris Notr -Dama ithaf”, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Elçinin “Şeytan əməlləri”, B.Şounun “Millionçu qadın”, C.Cabbarlının “Aydın”, V.Səmədoğlunun “Yayda qar topu oyunu”, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında E.Şmittin “Tanrıya on dörd məktub”, Şərq nağılları əsasında “Sindibad”, C.Cabbarlının “Oqtay Eloğlu”, Azərbaycan Dövlət Pantomima Teatrında B.Xanızadənin “Xocalı-bu olub”, Dövlət “YUĞ” Teatrında V.Şekspirin “III Riçard.Lənət”, Sumqayıt Dövlət Dram Teatrında C.Cabbarlının “Solğun çiçəklər”, Qusar Dövlət Ləzgi Dram Teatrında R.Rəhimlinin “Sönmüş talelər” tamaşalarının premyeraları olub.

Ötən il fevralın 25-26-da Bolqarıstanın paytaxtı Sofiya şəhərində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Dövlət Pantomima Teatrı Bəxtiyar Xanızadənin “Xocalı-bu olub” tamaşası ilə təmsil edib.

Mədəniyyət Nazirliyi Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə martın 10-da Milli Teatr Gününə həsr “Boş məkanın dolğunluğu adlı” II Eksperimental tamaşalar Festivalını gerçəkləşdirib.

Mayın 23-dən 31-dək rejissor Tərlan Rəsulovun təsis etdiyi “dOM” Teatrı Rusiya Federasiyasının Ufa şəhərində keçirilən V Tuqanlıq Beynəlxalq Teatr Festivalında “Limbo” tamaşası ilə çıxış edib.

İyunun 1-dən 5-dək Lənkəran şəhərində I Beynəlxalq Uşaq Teatrları Festivalı reallaşıb. Festivala Böyük Britaniya, Gürcüstan və İran İslam Respublikasından teatr kollektivləri qatılıb.

Bundan başqa, iyunun 1-dən 7-dək Dövlət “Yuğ” Teatrı Rusiyanın Kazan şəhərində keçirilən Navruz Beynəlxalq Teatr Festivalında iştirak edib. Həmçinin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqü Hüseynov ABŞ-ın Boston şəhərində P.Zyuskindin “Kontrabas” tamaşası ilə ölkəmizi təmsil edib.

Oktyabrın 10-15-də Albaniyanın Elbasan şəhərində “Skampa-2019” Modern Teatr Festivalında Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Xalq artisti, professor Fərəc Qarayevin “Gözləmə” və Samuel Bekketin “Qodo həsrətində” əsərləri əsasında hazırlanmış “Qodonun intizarında” tamaşası ilə çıxış edib.

Noyabrın 16-17-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Rusiya Akademik Malıy Teatrı Nikolay Vasilyeviç Qoqolun “Evlənmə” tamaşası təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamın icrasını təmin etmək məqsədilə Akademik Milli Dram Teatrında C.Cabbarlının “Yaşar”, Akademik Rus Dram Teatrında “Aydın”, Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”, Şəki Dövlət Dram Teatrında “Sevil”, Lənkəran Dövlət Dram Teatrında “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”, Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”, Gəncə Dövlət Dram Teatrında “Dönüş” tamaşaları dövlət sifarişi yolu ilə hazırlanmış və həmin tamaşalar 23-30 noyabr tarixində Bakı şəhərində nümayiş olunub.

Eyni zamanda, Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə dekabrın 2-dən 10-dək “2+1” adlı” III Eksperimental tamaşalar Festivalı keçirib. Festivalda Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Kukla, Qax Dövlət Kukla, Gəncə Dövlət Kukla, Qusar Dövlət Ləzgi, Ağdam Dövlət Dram, Qazax Dövlət Dram və Bakı Uşaq Teatrları çıxış ediblər.

Dekabrın 4-də isə Şuşa Dövlət Musiqili Dram Teatrında Qusar Dövlət Ləzgi Dram Teatrının hazırladığı “Sevimli Sədəfim” tamaşası nümayiş olunub.
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
21/09/2020 [10:00]:
İran ABŞ-ı öhdəliklərinə əməl etməyə çağırıb
21/09/2020 [00:19]:
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
20/09/2020 [23:59]:
Vyanada bal mövsümü ləğv edilib
20/09/2020 [21:24]:
Azərbaycan bu il 68 mln. dollarlıq gübrə idxal edib
20/09/2020 [20:58]:
İkinci dəfə virusa yoluxmaq mümkündürmü?
20/09/2020 [18:43]:
Ekzoplanetlərdə almaz tapıla bilər
20/09/2020 [17:24]:
Yunanıstan Yanoş qasırğası ilə mübarizə aparır
20/09/2020 [17:12]:
"Bakcell" neftçiləri təbrik etdi
20/09/2020 [17:00]:
İlham Əliyev: "Ölkəmizin uğurlu inkişafında neftçilərin çox boyük rolu vardır"
20/09/2020 [16:52]:
ABŞ Kanada ilə sərhədləri açmağa hazırlaşır
20/09/2020 [15:43]:
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
20/09/2020 [15:25]:
Daha 154 nəfər COVİD-19-dan sağalıb
20/09/2020 [14:40]:
Gəzinti cavan qalmağa kömək edirmi? - Gündə 10 min addım...
20/09/2020 [13:36]:
BMT Belarusa dair qətnamə qəbul etdi - Rusiyanın bütün təklifləri rədd edilib
20/09/2020 [12:34]:
Azərbaycan tütün məmulatlarının idxalını azaldıb
20/09/2020 [12:10]:
İnsanların yarısında COVID-19-a qarşı anadangəlmə immunitet ola bilər
20/09/2020 [11:41]:
Nazir: "İranda virusdan ölənlərin sayı 45 minə yüksələcək"
20/09/2020 [11:14]:
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
20/09/2020 [10:27]:
Bağlanmış 4 bankın əmanətçilərinə 532 milyon manata yaxın vəsait ödənilib
20/09/2020 [10:00]:
Yenidən koronavirusla bağlı məhdudiyyətlər tətbiq olunacaq
20/09/2020 [09:51]:
"Əsrin müqaviləsi"nin imzalanmasından 26 il ötür
19/09/2020 [23:59]:
Rusiya 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcək
19/09/2020 [21:40]:
Hansı bədən temperaturu normal hesab edilməlidir?
19/09/2020 [20:45]:
Tural Gəncəliyev: "Ermənistan qəsdən regionda gərginliyi artırmaqda maraqlıdır"
19/09/2020 [20:39]:
Boris Conson koronavirusun ikinci dalğasının yaxınlaşdığını bildirib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
“Qalatasaray” klubu Bakıya gəlib
DÇ-2022-nin 3 stadionunda Çempionlar Liqasının oyunları keçiriləcək
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Messi "Barselona"nın 3 oyununu buraxa bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin