Avstraliya səyahət saytı Azərbaycana səfərin 10 səbəbi barədə böyük məqalə yayıb

03/01/2020 [17:20] - Mədəniyyət (226)



Avstraliyanın populyarlığı ilə seçilən “The journal by intrepid travel” saytı tanınmış bloqer və jurnalist Kasandra Çarlikin Azərbaycana səyahətin 10 səbəbi barədə məqaləsini yayıb.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanı və Bakını sizin siyahınıza salan 10 səbəb” adlı məqalədə K.Çarlik Yer kürəsində maraqlı yerlərin kifayət qədər olduğunu qeyd edir, lakin Bakının sizin “mütləq səyahət etməli” siyahınızda ən ön yerlərdən birini tutmasının zəruriliyini vurğulayır. Qeyd edir ki, Bakı Şərq ilə Qərbin qovuşuğunda yerləşən kiçik dövlətin paytaxtıdır. Qədim mədəniyyəti, atəşpərəstlik dinini, orta əsrlərə məxsus tarixi abidələri və islam ənənələrini yaşadan bu ölkə, həm də uzun illər dəmir pərdə arxasında qalıb.

Bundan sonra müəllif dadlı yemək, yaxşı istirahət, dincəlmək və Bakının zəngin mədəni külliyyatından faydalanaraq dünyagörüşünü artırmaq istəyənləri Azərbaycana səyahətin 10 əsas səbəbi ilə tanış edir.

Bu səbəblər içərisində ilk olaraq Azərbaycanın və Bakının zəngin və maraqlı arxitekturası göstərilir. UNESKO-nun Dünya İrsi siyahısına daxil edilmiş İçərişəhər kompleksindən başlayaraq, qədim Şərqin və müasir Avropanın arxitektura nümunələrinin bu şəhəri bənzərsiz etdiyini vurğulayır. Bu mədəniyyət abidələri içərisində modern üslubu ilə diqqəti cəlb edən Heydər Əliyev Mərkəzini, möhtəşəm Alov qüllələrini və ecazkar Qız qalasını xüsusi vurğulayır.

Azərbaycanın həm də Odlar yurdu adlandırıldığını qeyd edən K.Çarlik ikinci səbəb olaraq Yanar dağ kompleksindən bəhs edir. Buranın müasir Azərbaycanın qonaqpərvərlik rəmzlərindən birinə çevrildiyini xüsusi qeyd edir. Bu tarixi abidə ilə yanaşı, Atəşgah məbədindən, qədim Zərdüştlük dininə sitayiş edənlərin bu ərazilərə səfərlərindən yazır.

Ölkəmizə səyahətin növbəti səbəbi kimi buradakı çoxsaylı muzeyləri qeyd edən avstraliyalı jurnalist onların sırasında Xalça muzeyinin xüsusi yer tutduğunu bildirir. Qeyd edir ki, müasir arxitekturası ilə seçilən üç mərtəbəli binada yerləşən bu muzeydə Azərbaycan xalqına məxsus qədim sənət nümunələri arasında ən müxtəlif təyinatlar üçün toxunmuş xalçalara rast gəlmək olar.

Xalça muzeyi barədə ətraflı bəhs edən xanım K.Çarlik onunla yanaşı, zəngin Azərbaycan mətbəxi nümunələrinin tamına baxmaq istəyənlərə Şirvanşahlar muzeyini ziyarət etməyi tövsiyə edir. Heyranlıqla vurğulayır ki, həmin ərazidə 35 aşpaz 1000-dək qonağa eyni vaxtda xidmət göstərir.

Bakıya səyahətin səbəbləri sırasında bu şəhərin piyada gəzintisi üçün çox əlverişli olduğunu qeyd edən müəllif, İçərişəhərin dar döngələrindən başlayan gəzintini dənizkənarı bulvarda, Xəzərin sonsuz ənginliklərini seyr edərək davam etdirməyi məsləhət görür. Nahardan sonra isə şəhərin mərkəzində yerləşən Nizami küçəsinə çıxaraq buradakı zəngin arxitektura nümunələrini seyr etməyi tövsiyə edir.

Bildirir ki, Azərbaycanın dadlı mətbəxindən sonra açılan çox zəngin çay süfrəsi də bu ölkəyə səyahətin səbəblərindən biri ola bilər. Samovarda qaynadılan və xüsusi dəmləmə qaydaları riayət olunmaqla təklif edilən çay süfrəsində siz paxlava, şəkərbura kimi şirniyyat və mürəbbələrlə yanaşı, müxtəlif çərəzlərlə də qonaq edilə bilərsiniz.

Avstraliyalı xanım jurnalistin qənaətinə görə, özünəməxsus tamı ilə seçilən Azərbaycan şərabı da bu ölkəyə səyahətin böyük təəssüratlar yaradacağını deməyə əsas verir. Vurğulayır ki, Azərbaycan şərabları heç də Avropanın məşhur brendlərindən geri qalmır və hətta nar şərabı məxsusi dadı ilə diqqəti cəlb edir.

K.Çarlik Azərbaycana səyahətin səbəbləri sırasında buradakı yerli əhalinin xüsusi yer tutduğunu vurğulayır. Qeyd edir ki, qonaqpərvərliyi, səmimiyyəti və yüksək mədəniyyəti ilə seçilən bu insanlar sizin səyahətinizin ruhunuzu oxşaması üçün əlindən gələn hər şeyi etməyə hazırdırlar. Məhz həmin insanlar bu ərazini tamamilə fərqli bir məkana çevirirlər.

Xüsusi qeyd edir ki, qədim və zəngin mətbəxə malik olan Azərbaycan əsil qurmanların səyahət etmək istədiyi ölkədir. Buradakı zəngin mətbəx həm də təklif edilən çörəklərin möhtəşəm tamı ilə diqqəti cəlb edir.

Azərbaycana səyahətin növbəti səbəbi kimi avstraliyalı jurnalist Qobustan Milli Parkındakı qayaüstü rəsmləri göstərir. Bildirir ki, Bakıdan cəmi bir saatlıq məsafədə yerləşən bu möhtəşəm park kiçik Azərbaycanın dünyanın ən qədim qayaüstü rəsmlərindən birinə ev sahibliyi etdiyini təsdiq edir.

Zəngin və qədim mədəniyyəti ilə buraya gələn əcnəbiləri heyran edən Azərbaycanı çox sevdiyini vurğulayan xanım K.Çarlik bu ölkəyə səyahətin səbəbləri sırasında yerli musiqini və incəsənət abidələrini xüsusi qeyd edir. Bildirir ki, bu ölkədə siz zövqünüzə uyğun olaraq qədim muğam və xalq mahnılarından tutmuş caz musiqisinədək müxtəlif şouları məmnuniyyətlə ziyarət edə bilərsiniz.

Məqaləyə Azərbaycan barədə K.Çarlikin özünün müəllifi olduğu maraqlı fotolar da əlavə olunub.
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
21/09/2020 [10:35]:
Donald Tramp: “Elə fərman imzalayaram ki, Bayden prezident ola bilməz”
21/09/2020 [10:00]:
İran ABŞ-ı öhdəliklərinə əməl etməyə çağırıb
21/09/2020 [00:19]:
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
20/09/2020 [23:59]:
Vyanada bal mövsümü ləğv edilib
20/09/2020 [21:24]:
Azərbaycan bu il 68 mln. dollarlıq gübrə idxal edib
20/09/2020 [20:58]:
İkinci dəfə virusa yoluxmaq mümkündürmü?
20/09/2020 [18:43]:
Ekzoplanetlərdə almaz tapıla bilər
20/09/2020 [17:24]:
Yunanıstan Yanoş qasırğası ilə mübarizə aparır
20/09/2020 [17:12]:
"Bakcell" neftçiləri təbrik etdi
20/09/2020 [17:00]:
İlham Əliyev: "Ölkəmizin uğurlu inkişafında neftçilərin çox boyük rolu vardır"
20/09/2020 [16:52]:
ABŞ Kanada ilə sərhədləri açmağa hazırlaşır
20/09/2020 [15:43]:
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
20/09/2020 [15:25]:
Daha 154 nəfər COVİD-19-dan sağalıb
20/09/2020 [14:40]:
Gəzinti cavan qalmağa kömək edirmi? - Gündə 10 min addım...
20/09/2020 [13:36]:
BMT Belarusa dair qətnamə qəbul etdi - Rusiyanın bütün təklifləri rədd edilib
20/09/2020 [12:34]:
Azərbaycan tütün məmulatlarının idxalını azaldıb
20/09/2020 [12:10]:
İnsanların yarısında COVID-19-a qarşı anadangəlmə immunitet ola bilər
20/09/2020 [11:41]:
Nazir: "İranda virusdan ölənlərin sayı 45 minə yüksələcək"
20/09/2020 [11:14]:
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
20/09/2020 [10:27]:
Bağlanmış 4 bankın əmanətçilərinə 532 milyon manata yaxın vəsait ödənilib
20/09/2020 [10:00]:
Yenidən koronavirusla bağlı məhdudiyyətlər tətbiq olunacaq
20/09/2020 [09:51]:
"Əsrin müqaviləsi"nin imzalanmasından 26 il ötür
19/09/2020 [23:59]:
Rusiya 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcək
19/09/2020 [21:40]:
Hansı bədən temperaturu normal hesab edilməlidir?
19/09/2020 [20:45]:
Tural Gəncəliyev: "Ermənistan qəsdən regionda gərginliyi artırmaqda maraqlıdır"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
“Qalatasaray” klubu Bakıya gəlib
DÇ-2022-nin 3 stadionunda Çempionlar Liqasının oyunları keçiriləcək
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Messi "Barselona"nın 3 oyununu buraxa bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin