Prezident İlham Əliyev yeni təyin olunan səfirlərin etimadnaməsini qəbul edib

25/12/2019 [10:50] - Siyasət (436)



Prezident İlham Əliyev İsrailin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Corc Dikin etimadnaməsini qəbul edib.

İstiqlal.az  Prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki, səfir Corc Dik fəxri qarovul dəstəsinin qarşısından keçib. Corc Dik etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib, sonra Prezident İlham Əliyev səfirlə söhbət edib. Corc Dik ölkəmizdə səfir təyin olunmasından məmnunluğunu ifadə edərək Azərbaycanda mövcud olan multikultural və tolerant mühitin onda dərin təəssürat yaratdığını diqqətə çatdırıb. Ölkə başçısı dinlərarası dialoqun inkişafı yolunda Azərbaycanın beynəlxalq müstəvidə böyük səylər göstərdiyini və uğurlu addımlar atdığını bildirərək, bunun dünya birliyi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.  Dövlət başçısı Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələrinin dinc və mehriban şəraitdə yaşadığını məmnunluqla qeyd edib. Görüşdə iqtisadi, ticarət, turizm, humanitar, kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev həmçinin, Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfiri xanım Salima Abdelhakın etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra İlham Əliyev səfirlə söhbət edib. Əlcəzairin Azərbaycanda ilk qadın səfiri olduğunu deyən Salima Abdelhak Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasət sahəsində uğurlar əldə etdiyini bildirərək bu münasibətlə təbriklərini çatdırıb. O bildirib ki, Bakının əsrarəngiz gözəlliyi buraya gələn turistləri valeh edir və buradakı çox böyük inkişaf prosesləri dərin təəssürat doğurur. Səfir, eyni zamanda, Azərbaycanda mühüm beynəlxalq tədbirlərin də yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla qeyd edib. Salima Abdelhak qadın səfir olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycanın inkişafı naminə fəaliyyətindən fəxr hissi keçirdiyini vurğulayıb. Görüşdə ölkələrimiz arasında iqtisadi, ticarət, turizm, elm-təhsil, tələbə mübadiləsi və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Xəbər lenti
24/09/2020 [23:58]:
Dünyanın 100 nüfuzlu şəxsi bəlli oldu - SİYAHI
24/09/2020 [21:27]:
Bişmiş qarğıdalının FAYDALARI
24/09/2020 [20:39]:
Almaniya əlavə 96 mlrd. avro borc alacaq
24/09/2020 [18:49]:
Hikmət Hacıyev: “Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur”
24/09/2020 [18:22]:
“Trabzonspor” klubu “Lester”in futbolçusunu transfer edib
24/09/2020 [17:33]:
"S&P": Qlobal bank sektoru 2023-cü ildən tez bərpa olunmayacaq - PROQNOZ
24/09/2020 [16:19]:
"Lukaşenko Almaniyadan təbrik gözləməsin" - Rəsmi Berlin
24/09/2020 [16:03]:
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
24/09/2020 [15:43]:
Yaxın günlərdə güclü maqnit fırtınası olacaq
24/09/2020 [15:11]:
Bundan sonra onlayn sifarişlərlə bağlı gömrüyə getməyə ehtiyac yoxdur
24/09/2020 [14:30]:
Bir ili 3,14 sutkaya bərabər olan planet tapılıb
24/09/2020 [13:15]:
İran Təbriz-İstanbul-Təbriz marşrutu üzrə fövqəladə aviareys təşkil edəcək
24/09/2020 [13:00]:
Lukaşenkodan gizli inauqurasiya ilə bağlı
24/09/2020 [12:52]:
İlham Əliyev sərəncam imzaladı
24/09/2020 [12:51]:
İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur
24/09/2020 [12:44]:
Xərçəngin qeyri-adi simptomu bəlli oldu
24/09/2020 [12:31]:
Tbilisidə Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlərinin görüşü keçirilib
24/09/2020 [12:23]:
Pentaqon rəhbəri İsrailin Yaxın Şərqdəki üstünlüyünü qoruyacaqlarına söz verib
24/09/2020 [11:45]:
"Barselona"nın futbolçusu İngiltərə klubunda
24/09/2020 [11:15]:
Avstraliya koronavirus vaksininə 88 milyon dollardan çox sərmayə yatıracaq
24/09/2020 [10:52]:
“COVİD-19 əleyhinə kollektiv immunitetin əldə olunmasına hələ çox var”
24/09/2020 [10:00]:
"WhatsApp" istifadəçilərinin NƏZƏRİNƏ! Yeni funksiya gəlir
23/09/2020 [23:59]:
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
23/09/2020 [21:48]:
Bu vitaminlər gözü xəstəlikdən qoruyur
23/09/2020 [20:22]:
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avropa Liqasında 42 oyun keçirilib
Amerikalilar Lenin mumiyasının alınmasına görə 50 milyon dollar topladılar
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
DÇ-2022: Seçmə mərhələnin formatı dəyişdirilə bilər
Vyanada bal mövsümü ləğv edilib
Qara pullar - tanınmış iş adamı yazır
Səfərbərlik Xidməti açıqlama yaydı
Əsgərimiz yaralanıb - Rəsmi açıqlama
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin