İlham Əliyev: Türkiyəni müsəlman ölkəsi olduğu üçün Avropa İttifaqına qəbul etmirlər

23/12/2019 [23:52] - Siyasət (202)



“Avrointeqrasiya haqqında artıq bəzi dairələrdə çox danışılır. Ancaq əsas məsələ ondadır ki, Avrointeqrasiya deyəndə nəyi nəzərdə tuturlar. Mən hesab edirəm ki, biz artıq Avrointeqrasiya istiqamətində öz addımlarımızı atmışıq və gələcək addımlara həm ehtiyac yoxdur, həm də o addımlar nəticəsiz olacaq. Misal üçün biz ATƏT-in üzvüyük. ATƏT Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatıdır. Biz 2001-ci ildən Avropa Şurasına üzv olmuşuq və artıq 20 ilə yaxındır ki, bu təşkilatda fəaliyyət göstəririk. Bu, Avrointeqrasiyanın bir növüdür. Eyni zamanda, Azərbaycan Avronest Parlament Assambleyasında da təmsil olunur. Belə olan halda, hesab edirəm ki, bu istiqamətdə mümkün olan addımlar atılıbdır və həm gələcək addımların atılmasına ehtiyac yoxdur, həm də bunun nəticəsi olmayacaq. Çünki əgər biz Avrointeqrasiya deyəndə Avropa İttifaqına üzvlük haqqında danışırıqsa, bu, tamamilə qeyri-mümkündür. Bunu həm tarix göstərir, həm Avropa məkanında gedən proseslər göstərir, həm də onu Brexit göstərir. İndi əksinə, necə deyərlər, Avropada mərkəzdənqaçma tendensiyaları göz önündədir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində

Dövlət başçısı qeyd edib ki, eyni zamanda, Avropa İttifaqının genişləndirilməsi ilə bağlı Avropanın aparıcı ölkələrinin rəhbərlərinin çıxışlarına fikir vermək kifayətdir görək ki, artıq genişlənmə ilə bağlı heç bir perspektiv yoxdur: “Hətta namizəd olan ölkələr - Balkan ölkələri, hesab edirəm ki, onlar da indi bir qədər çətin vəziyyətdədir. Çünki vaxtilə onlara vəd verilmişdi ki, siz bu məsələləri həll etməklə Avropa İttifaqına üzv ola bilərsiniz və onlar da bu addımları atıblar. Bəziləri çox ağrılı addımlar atmalı oldular. Mən indi o ölkələrin adlarını çəkmək istəmirəm, amma biz hamımız bilirik söhbət nədən gedir. Bəziləri üçün bu addımlar çox baha başa gəldi, bu, ölkələrdə daxili qarşıdurmaya, böyük etirazlara gətirib çıxardı. O ölkələrin cəmiyyətləri parçalandı. Nəyə görə onlar bu addımı atdılar? Onlara söz verildi ki, sizin gələcəyiniz var, siz bunu, bunu, bunu etsəniz biz sizi qəbul edəcəyik. Amma indi Avropanın aparıcı ölkələrinin liderləri deyirlər ki, artıq heç kimi qəbul etməyəcəyik. Hesab edirəm ki, hətta uzunmüddətli perspektivdə Avropa ölkələri üçün belə imkan yoxdur”.

Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, digər misal bizim qardaş Türkiyə ilə bağlıdır: “Görün nə vaxtdan Türkiyə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb? Bəlkə də onilliklər bundan əvvəl. Amma ondan sonrakı addımlar nəticə veribmi? Əlbəttə ki, yox və bu da böyük ədalətsizlikdir. 2000-ci ildən başlayaraq Avropa İttifaqına keçmiş sosialist bloka aid bir çox ölkələr daxil oldu. İndi onlar Türkiyədən dahamı inkişaf etmiş ölkələrdir? Yox. Dahamı Avropa İttifaqına üzv olmaq üçün hazırlıqlıdırlar? Yox. Nə üçün onları qəbul ediblər, Türkiyəni qəbul etməyiblər? Sual aydındır, ritorikdir. Bir amilə görə, o da ondan ibarətdir ki, Türkiyə müsəlman ölkəsidir. Artıq bunu açıq deyirlər. Əvvəllər bu əsas tezisi pərdələmək üçün bəzi başqa fikirlər, müxtəlif bəhanələr gətirilirdi ki, bu ölkə hazır deyil və yaxud da hansısa proseslər baş verib. Ancaq indi bunu gizlətmirlər və müsəlman ölkəsi olduğu üçün Türkiyəni Avropa İttifaqına qəbul etmirlər. Belə olan halda, Azərbaycanı qəbul edəcəklərmi? Əlbəttə ki, yox. Əgər belədirsə, onda biz öz işimizi bəri başdan elə tutmalıyıq ki, reallaşdırıla bilməyən vədləri verməyək və lazım olmayan addımları da atmayaq. Bu, birincisi.

İkincisi, lap tutaq ki, sabah bizə dedilər, bax, Azərbaycan belə ölkədir ki, biz Azərbaycanı filan tarixdə qəbul edəcəyik. Bu, bizə lazımdırmı? Avropada gedən proseslərə hər bir vətəndaş nəzər yetirəndə görür ki, hansı hadisələr baş verir, o cümlədən dini zəmində, milli-mənəvi dəyərlər zəminində. Bu proseslər bizə uyğundurmu? Əlbəttə ki, yox və bunu açıq deməliyik. Ona görə bəzi hallarda Avropa İttifaqının bayraqları ilə küçələrə çıxmaq istəyən dırnaqarası müxalifət nümayəndələri bilməlidirlər ki, onlar nə istəyirlər? İstəyirlər ki, Azərbaycanın taleyi Brüsseldəmi həll olunsun? İstəyirlər ki, bizim əsrlərboyu qoruduğumuz dəyərlər məhv olsun? Biz bu dəyərləri əsrlərboyu qorumuşuq, hətta müstəqil olmayan dövrdə. Başqa ölkələrin, imperiyaların tərkib hissəsi olan dövrdə dilimizi də, dinimizi də, dəyərlərimizi də, ənənələrimizi də, həyat tərzimizi də qorumuşuq. İndi belə olan halda müstəqillik dövründə biz özümüz öz taleyimizi kiməsə əmanət edə bilərik? Qətiyyən yox və qətiyyən biz buna gedə bilmərik. Bizim öz tariximiz, öz mədəniyyətimiz, öz dəyərlərimiz var. Ona görə onlar bizə təklif versə belə, buna qətiyyən getmək olmaz”.

Prezident İlham Əliyev Avropada miqrantlarla bağlı vəziyyətin göz önündə olduğunu vurğulayıb: “Bunu bəziləri demək istəmir, amma mən hesab edirəm ki, biz deməliyik. Niyə biz bu həqiqəti deməməliyik, niyə bunun üstündən keçməliyik? “Stop İslam”, “İslam miqrantlara yox” şüarları ilə artıq siyasi qüvvələr hakimiyyətə gəlir. Populist vədlər indi islamofob prinsiplər əsasında qurulur. Ona görə daha çox səs toplamaq istəyən siyasi qüvvə mütləq bu mövzunu istismar edir. Belə olan halda, müsəlman ölkəsi Azərbaycan hansı formada orada təmsil oluna bilər? İkinci dərəcəli ölkə kimi? Yaxud da ki, hansısa bir imtiyaz diləyən ölkə kimi? Qətiyyən yox! Biz qürurlu ölkəyik, biz öz yolumuzla gedirik, heç kimə də bizim ehtiyacımız yoxdur, heç kimdən də asılı deyilik!

Ona görə Bakı Dövlət Universitetində Avropa inteqrasiyası ilə bağlı dediyim fikirləri bu gün mən daha geniş formada ictimaiyyətə çatdırıram, hesab edirəm ki, yeganə düzgün yoldur. Biz indi Avropa qurumlarının bəzilərinin üzvüyük, mən bunu qeyd etdim. Avropa İttifaqı ilə əməkdaşlıq zəminində əlaqələr qururuq və gələcəkdə də həm ikitərəfli formatda, həm Avropa İttifaqı ilə bu əsaslar üzərində öz işimizi qurmalıyıq”.
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
İlham Əliyev: “Böyük qayıdış başlayır”
Qarabağda tapılan erməni meyitlərinin son sayı açıqlandı
Azərbaycan XİN Ermənistana xəbərdarlıq edib
2021-ci ildə Azərbaycanda xam neftin hasilatı 730 min barel olacaq - OPEC
Xəbər lenti
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
15/01/2021 [13:26]:
Azərbaycanda palçıq vulkanı püskürüb
15/01/2021 [12:32]:
“Yeralaş” kinojurnalının bədii rəhbəri Boris Qraçovski koronavirusdan vəfat edib
15/01/2021 [11:48]:
Qarabağda tapılan erməni meyitlərinin son sayı açıqlandı
15/01/2021 [11:01]:
“Kapitoliyaya basqın edənlərin cəzalandırılması vacibdir” - NATO-nun Baş katibi
15/01/2021 [10:14]:
Məmmədyarovla Rəcəbov şahmat turunda Aronyanla oynayacaq
15/01/2021 [09:28]:
Azərbaycan XİN Ermənistana xəbərdarlıq edib
14/01/2021 [23:32]:
2021-ci ildə Azərbaycanda xam neftin hasilatı 730 min barel olacaq - OPEC
14/01/2021 [22:48]:
Son 10 ilin ən yaxşı qapıçıları - siyahı
14/01/2021 [21:53]:
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan olunacaq
14/01/2021 [21:04]:
ICESCO işğaldan azad olunan ərazilərə yeni missiya göndərəcək
14/01/2021 [20:36]:
Azərbaycanda son sutkada 380 nəfər yoluxub - 14 nəfər vəfat edib
14/01/2021 [20:14]:
Bu il Avropaya çatdırılacaq Azərbaycan qazının həcmi açıqlanıb
14/01/2021 [19:23]:
Mərkəzi Bankın yeni binası 37 mərtəbə olacaq
14/01/2021 [18:37]:
"Pakistan hər zaman Azərbaycanın yanında olacaq" - Pakistanın Baş Qərargah rəisi
14/01/2021 [17:46]:
“Qalatasaray” prezidenti: “UEFA-da yer yerindən oynadı”
14/01/2021 [16:58]:
Rusiyada 24 763 yeni yoluxma və 570 ölüm faktı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
Şəhid Vüqar Sadıqov haqqında sənədli film çəkiləcək
Hərbi vəzifəli əsgər intihar edib
Əli Nağıyev Armen Abazyanla görüşüb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin