Yankauskas: "Şərq Tərəfdaşlığı” proqramı təhlükəsizlik strategiyasının mühüm halqasıdır

23/12/2019 [17:21] - Siyasət (296)



“Polşa “Şərq Tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığa böyük önəm verir”.

İstiqlal.az xəbər verir ki, bunu “Şərq Tərəfdaşlığı”nın 10 illiyinə həsr olunan tədbirdə Polşanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Mixal Qreçilo deyib. M.Qreçilo bildirib ki, ölkəsi “Şərq Tərəfdaşlığı” çərçivəsində bu əlaqələri daha da dərinləşdirilməsini arzu edir. Diplomat əlavə edib ki, Polşa “Şərq Tərəfdaşlığı”nın əsas təşəbbüskarlarından biridir.

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib ki, Avropa İttifaqı təhlükəsizlik dialoqunun Bakıda keçirilən ikinci mərhələsindən razı qalıb və bu dəfəki görüşün fərqi yüksək səviyyədə keçirilməsidir. Danışıqlarda 30-dək ekspertin iştirak etdiyini xatırladan K.Yankauskasın sözlərinə görə, hər iki tərəfdən geniş çeşiddə məsələlər müzakirə olunub və bu dialoqun ən azı ildə bir dəfə keçirilməsi ilə bağlı razılığa gəlinib. Onun sözlərinə görə, görüşün məqsədi tərəflər arasında beynəlxalq, regional vəziyyət və problemlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparmaq və əməkdaşlığı müzakirə etmək olub”. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri həmçinin deyib ki, “Şərq Tərəfdaşlığı” proqramı təhlükəsizlik strategiyasının mühüm halqasıdır. Aİ-nin Cənub, Şərq və Qərbi Balkanlardakı qonşuları ilə bağlı öz siyasi xətti var və “Şərq Tərəfdaşlığı”ı da bunlardan biridir: “Aİ-dəki hakim rəyə görə qonşuların problemlərini həll etmədən təhlükəsizliyi təmin etmək mümükün deyil. Avropa İttifaqının qlobal mənafeləri var. “Şərq Tərəfdaşlığı” proqramı da mənafelərin şərq istiqamətini ortaya qoyur”.

Daha sonra K.Yankauskas deyib ki, altı ölkə birlikdə Aİ-nin 10-cu ticarət tərəfdaşıdır: “10 il ərzində Aİ ilə Azərbaycan arasında ticarət dövriyyəsi 28 faiz artıb. 2014-2018-ci illər ərzində Aİ Azərbaycanla əməkdaşlıq üçün 76 milyon avro vəsait ayırıb ki, bunun  əksər hissəsi təhsilin, sahibkarlığın, hüquq sisteminin və s. inkişaf etdirilməsinə sərf edilib”. Diplomat eyni zamanda deyib ki, Azərbaycan vətəndaşlarına Aİ ölkələrinə getmək üçün 2017-2018-ci illərdə 25 min pulsuz viza verilib. 
Daha sonra “Şərq Tərəfdaşlığı” ilə bağlı qısa qısa film nümayiş olunub.
Murovdağın məşhur Ömər aşırımında yenidən azan səsləndirilir
Azərbaycanda son sutkada 322 nəfər yoluxub- 11 nəfər vəfat edib
TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
Dələduzlar kart məlumatlarını necə ələ keçirirlər? - təfsilat
Xəbər lenti
17/01/2021 [23:46]:
Budapeştdə Azərbaycan qazı ilə bağlı bəyanat verdilər
17/01/2021 [21:34]:
Azərbaycanlı rejissor vəfat edib
17/01/2021 [20:13]:
Murovdağın məşhur Ömər aşırımında yenidən azan səsləndirilir
17/01/2021 [18:52]:
Rusiyada mədən çöküb - ölən var
17/01/2021 [17:02]:
Azərbaycanda son sutkada 322 nəfər yoluxub- 11 nəfər vəfat edib
17/01/2021 [16:51]:
Türkiyə və Azərbaycan birgə hərbi təlimləri keçiriləcək
17/01/2021 [15:26]:
Təhsil nazirinin iştirakı ilə brifinq təşkil ediləcək
17/01/2021 [15:17]:
Dünyanın ən geniş vaksinasiya proqramına bu ölkədə başladı
17/01/2021 [14:44]:
TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib
17/01/2021 [13:51]:
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
17/01/2021 [12:37]:
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
17/01/2021 [11:27]:
Dələduzlar kart məlumatlarını necə ələ keçirirlər? - təfsilat
17/01/2021 [10:34]:
Dünyada koronavirus qurbanlarının sayı 2 milyonu ötdü
17/01/2021 [09:48]:
Rusiya Müdafiə Nazirliyi Qarabağda son vəziyyət haqda
17/01/2021 [00:32]:
Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
16/01/2021 [23:26]:
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
16/01/2021 [22:45]:
Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb
16/01/2021 [21:57]:
Hirkan Milli Parkının dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb
16/01/2021 [21:04]:
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub - yenilənib
16/01/2021 [20:16]:
Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir
16/01/2021 [19:28]:
"Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır" - Hikmət Hacıyev
16/01/2021 [18:33]:
Azərbaycan-Belarus əlaqələrinin inkişafı müzakirə olunub
16/01/2021 [17:46]:
Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Şamaxıda zəlzələ oldu
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Vətən müharibəsində 2841 nəfər şəhid olub, 64 nəfər itkin düşüb - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin