Hindistan hökuməti müsəlmanlara qarşı cəbhə açıb

23/12/2019 [20:50] - Cəmiyyət (367)



Hindistanın Baş naziri Narendra Modi iqtidara gələndən bəri ölkədə müsəlmanlara qarşı ayrı-seçkilik siyasəti son dərəcə güclənib. Onun rəhbərlik etdiyi Hindistan Xalq Partiyası (BJP) dəfələrlə anti-islam xarakterli bəyanatlar səsləndirib. O cümlədən baş nazirin özü də ölkədə yerli millətçilərinin və radikal dinçilərin arzu və istəklərini həyata keçirməklə məşğuldur.

Təbii ki, bu mövzu dünyanın gündəmindədir. Bu məsələ ilə bağlı Hindistanın baş naziri və onun hökuməti dəfələrlə ən yüksək tribunalardan ittiham olunub. Hindistan sürətlə sekulyarizm prinsiplərindən uzaqlaşır və dinçi bir ölkəyə çevrilir.

Bu gün “BBC” yenidən bu məsələyə toxunub. Söhbət ondan gedir ki, Hindistan hökuməti Pakistan, Əfqanıstan və Banqladeşdən qaçaq yollarla bu ölkəyə keçmiş qeyri-müsəlman şəxslərə əfv və vətəndaşlıq hüququ verən mübahisəli qanun müsəlmanlara qarşı qəsd xarakteri daşıyır.

Hakimiyyətdə olan sağçı Hindistan Xalq Partiyası (BJP) iddia edir ki, qanun inancına görə istintaqa cəlb edilmiş şəxsləri qorumaq məqsədi güdür.

64 ildir ki, ölkəyə qanunsuz daxil olanları vətəndaşlıq hüququndan məhrum edən qanun dəyişir. Əvvəllər isə Hindistana pasportsuz və ya səyəhət sənədi olmadan, ya da ölkədə qanunla icazə verilən müddətdən artıq qalan şəxslər qeyri-leqal mühacir hesab olunurlar. Belələri ya həbs edilir, ya da ölkədən çıxarılırdı.

Yeni qanuna görə, Pakistan, Əfqanıstan və Banqladeşdə azlıqda olan dini qrup nümayəndələrinin Hindistan vətəndaşı olması üçün bu ölkədə yaşamaq və ya federal hökumətlə əməkdaşlıq etmək müddəti 6 ilə endirilir.

Qanuna qarşı çıxanlar bildirirlər ki, dini mənsubiyyət vətəndaşlıq üçün şərt olmamalıdır, yeni qaydalar sekulyarizm prinsiplərinə ziddir və ayrı-seçkilik yaradır.

Elə bu səbəbdən də etiraz aksiyaları bütün Hindistanı bürüyüb. Baş nazir Narendra Modi müxalifət partiyalarını qanun haqqında yanlış məlumat yaymaqda ittiham edir. O, davam edən etirazlara baxmayaraq hökumətin yeni vətəndaşlıq qanununu təkidlə müdafiə edir.

"Təqib olunanlara kömək etmək üçün bu qanun layihəsini qəbul etdik" deyən baş nazir vurğulayıb ki, "Hindistanın millət vəkillərinə və parlamentinə hörmət etmək lazımdır".

Tənqidçilərin anti-müsəlman hesab etdikləri qanun layihəsi ilə başlayan etirazlar zamanı 20-dən çox insan həyatını itirdi. Etirazçılar polis qadağalarına baxmayaraq küçələrə çıxmağa davam edirlər.

Hakimiyyət asayişin bərpası adı altında bir neçə min müsəlmanı həbs edib və internet xidmətləri ölkənin bir çox ərazisində dondurulub.

Hindistanın 1.35 milyard əhalisinin yeddidə birini müsəlmanlar təşkil edir. Onlar bu qanun layihəsini rədd edirlər. Lakin cənab Modi qanunun "Hindistan vətəndaşları olan hindular, müsəlmanlar, sikslər, Jeynlər, xristianlar və buddistlərə daxil olmadığını” iddia edir.

O, müxalifəti etiraz aksiyaları keçirməkdə günahlandıraraq onları "yalan və şayiələr yaymaqda" və "illüziya və şiddət mühiti yaratmaqda" ittiham edir.

Ötən ayın əvvəli Hindistanda müsəlmanları ayağa qaldıran başqa bir hadisə də baş vermişdi. “Yeni Müsavat” olaraq bu barədə biz də yazmışdıq. Hindistanda Ali Məhkəmə Ayodhya şəhərində məbəd-məscid mübahisəsinə görə hinduizmə inanan insanların lehinə qərar çıxardı. Adıçəkilən şəhərdə 1992-ci ildə hindu inancında olanlarla müsəlmanlar arasında qırğın olub. Iğtişaşlar zamanı 2000 nəfər öldürülüb. Qətl edilənlərin əksəriyyəti müsəlman olub. O vaxt hindu inancında olan insanlar həmin şəhərdə 460 il mövcud olan məscidi yerlə-yeksan etdilər. Indi isə Ali Məhkəmə dağıdılmış həmin məscidin yerində hindular üçün məbəd tikməyə icazə verdi. Moğul imperiyasına məxsus memarlıq abidəsi beləcə silindi. Bu gedişlə, hindular dünyanın möcüzə tikililərindən olan və Hindistanın rəmzi kimi tanınan Tac-Mahalı da darmadağın edə bilərlər.

Nədənsə Qərb mənbələrinə istinadən yaydığımız bu xəbər Hindistanın Azərbaycandakı səfirliyi tərəfindən o qədər xoş qarşılanmadı. Və səfirlik Hindistan Ali Məhkəməsinin çıxardığı qərarı müdafiə etməyə çalışdı. Bu məqsədlə də redaksiyamıza məktub göndərdi. Təbii, bu, onların haqqıdır. Biz qarşı tərəfi dinləməyə həmişə hazırıq. Ancaq aydın görünən odur ki, hindu radikallara söykənən Modi hökuməti anti-islam xarakterli fəaliyyətini getdikcə genişləndirməyə çalışır. Və bu barədə dünya mətbuatı davamlı şəkildə məlumatlar yaymaqdadır.

https://www.bbc.com/news/world-asia-india-50883819

Elbəyi Həsənli, Sürix
Musavat.com
Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
Noyabr;n 0-a hava proqnozu
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
Xəbər lenti
30/11/2020 [09:41]:
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verdi
29/11/2020 [23:52]:
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - rəsmi
29/11/2020 [23:08]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [22:16]:
“Qarabağ” xal itirib - XI tur
29/11/2020 [21:34]:
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır
29/11/2020 [20:48]:
Bakıda 550 küçə dezinfeksiya edilib
29/11/2020 [20:03]:
İranda koronavirusdan ölənlərin sayı 48 minə çatır
29/11/2020 [19:15]:
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
29/11/2020 [18:22]:
Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
29/11/2020 [17:51]:
Londonda karantin tədbirlərinə qarşı aksiya keçirilib: 155 nəfər saxlanılıb
29/11/2020 [17:08]:
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
29/11/2020 [16:23]:
Noyabr;n 0-a hava proqnozu
29/11/2020 [15:36]:
Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib
29/11/2020 [14:42]:
Azərbaycanda COVID-19-a 4170 yeni yoluxma qeydə alınıb
29/11/2020 [13:59]:
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
29/11/2020 [13:07]:
Azərbaycan komandas bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
29/11/2020 [12:18]:
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
29/11/2020 [11:29]:
“Associated Press” ermənilərin Gəncəyə raket hücumunun nəticələrini işıqlandırdı
29/11/2020 [10:36]:
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
29/11/2020 [09:41]:
"Ermənistan 28 il Ağdamda şəhər genosidi həyata keçirib" - Hikmət Hacıyev
28/11/2020 [23:34]:
“Qalatasaray” Rizədə darmadağınla qələbə qazanıb
28/11/2020 [22:43]:
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
28/11/2020 [21:52]:
Prokurorluq və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi - rəsmi
28/11/2020 [21:46]:
Bərpa olunan enerji tutumu hazırda 136 qiqavatdır - Hindistanda
28/11/2020 [21:05]:
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin