Ərdoğan Türkiyənin Liviyada hərbi əməliyyatlarda iştirak edə biləcəyini bəyan edib

23/12/2019 [17:39] - Siyasət (189)



Türkiyə Prezidenti Rəcəb Tayyib Türkiyə və Liviya arasında Aralıq dənizində  sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı imzalanan müqavilənin qanuni olduğunu bəyan edib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, “Piri Rəis” sualtı qayığının dənizə buraxılması mərasimində çıxış edən R. T. Ərdoğan deyib ki, 10 il əvvəl hakimiyyətdə olan Liviya lideri Müəmmmər Qəddafi ilə iki ölkənin Aralıq dənizindəki sərhədləri ilə bağlı razılaşma əldə olunub.

R. T. Ərdoğan həmin dövrdə Liviyada baş verən olayların, M. Qəddafinin hakimiyyətdən devrilməsinin tərəflərin razılaşmaya imza atmasını təxirə saldığını söyləyib: "Bölgədəki qarşıdurmalar səbəbindən həmin dövrdə razılaşmamızı hüquqi müstəvidə imzalamaq mümkün olmadı. İndi isə Liviyanın qanuni hökuməti ilə Aralıq dənizində iki ölkənin sərhədləri mövzusunda razılığa gəlmişik və müqavilə imzalamışıq. Türkiyə Liviya ilə bağladığı müqavilədən geri çəkilməyəcək. Israil və bəzi ərəb ölkələri Türkiyəyə Aralıq dənizində yer verməmək istiqamətində çalışırdılar. Əgər geri çəkilsək, Aralıq dənizində bizə bir yer qoymazlar. Heç bir ölkə Aralıq dənizindəki haqlarımızı qəsb etmək niyyəti ilə qarşımıza gəlməsin. Biz Aralıq dənizindəki haqlarımızı qorumaq üçün sonuna qədər mübarizə aparmağa hazırıq. Aralıq dənizində ən böyük sahili olan Türkiyənin dənizdə yalnız 1 faiz hissə ilə razılaşmasına ümid etmək yersizdir”.

R. T. Ərodoğan Türkiyə və Liviya arasında imzalanan və Türkiyə Böyük Millət Məclisində qəbul edilən hərbi sazişə də toxunub: "Türkiyə Aralıq dənizində sərhədi olduğu Liviyada Mustafa Kamal Atatürk də döyüşüb. Bu gün bəziləri deyir ki, Liviyada nə işimiz var? Mustafa Kamal Atatürkün nə işi vardı?! Liviya lazım gələrsə, qanımızla yer almalı olduğumuz bir ölkədir.  Son dövrlər Türkiyə Liviyaya dəstəyini artırıb. Lazım olsa, bu dəstəyin hərbi qismini artıracağıq. Türkiyə quruda, dənizdə və havada Liviyanın qanuni hökumətinə dəstək verəcək. Bəziləri Liviyanın qanuni hökumət əvəzinə savaş baronuna sahib çıxırlar”.
Murovdağın məşhur Ömər aşırımında yenidən azan səsləndirilir
Azərbaycanda son sutkada 322 nəfər yoluxub- 11 nəfər vəfat edib
TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
Dələduzlar kart məlumatlarını necə ələ keçirirlər? - təfsilat
Xəbər lenti
17/01/2021 [23:46]:
Budapeştdə Azərbaycan qazı ilə bağlı bəyanat verdilər
17/01/2021 [21:34]:
Azərbaycanlı rejissor vəfat edib
17/01/2021 [20:13]:
Murovdağın məşhur Ömər aşırımında yenidən azan səsləndirilir
17/01/2021 [18:52]:
Rusiyada mədən çöküb - ölən var
17/01/2021 [17:02]:
Azərbaycanda son sutkada 322 nəfər yoluxub- 11 nəfər vəfat edib
17/01/2021 [16:51]:
Türkiyə və Azərbaycan birgə hərbi təlimləri keçiriləcək
17/01/2021 [15:26]:
Təhsil nazirinin iştirakı ilə brifinq təşkil ediləcək
17/01/2021 [15:17]:
Dünyanın ən geniş vaksinasiya proqramına bu ölkədə başladı
17/01/2021 [14:44]:
TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib
17/01/2021 [13:51]:
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
17/01/2021 [12:37]:
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
17/01/2021 [11:27]:
Dələduzlar kart məlumatlarını necə ələ keçirirlər? - təfsilat
17/01/2021 [10:34]:
Dünyada koronavirus qurbanlarının sayı 2 milyonu ötdü
17/01/2021 [09:48]:
Rusiya Müdafiə Nazirliyi Qarabağda son vəziyyət haqda
17/01/2021 [00:32]:
Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
16/01/2021 [23:26]:
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
16/01/2021 [22:45]:
Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb
16/01/2021 [21:57]:
Hirkan Milli Parkının dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb
16/01/2021 [21:04]:
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub - yenilənib
16/01/2021 [20:16]:
Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir
16/01/2021 [19:28]:
"Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır" - Hikmət Hacıyev
16/01/2021 [18:33]:
Azərbaycan-Belarus əlaqələrinin inkişafı müzakirə olunub
16/01/2021 [17:46]:
Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Şamaxıda zəlzələ oldu
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Vətən müharibəsində 2841 nəfər şəhid olub, 64 nəfər itkin düşüb - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin