Gürcüstanda Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib

22/12/2019 [21:39] - Mədəniyyət (231)



Azərbaycanın Gürcüstandakı səfirliyində dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin, eləcə də səfirliyin məsul əməkdaşları, paytaxt Tbilisi ilə yanaşı, Rustavi və Marneuli şəhərlərindən, Qardabani, Bolnisi, Kaspi rayonlarından gəlmiş elm, təhsil, mədəniyyət xadimləri, ziyalılar, tələbələr iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxışında böyük şairin yaradıcılığından danışıb, onun təkcə Azərbaycan xalqının deyil, Şərq xalqlarının da yaddaşında yaşadığını bildirib.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Nəsimi yaradıcılığının tədqiqinə xüsusi diqqət yetirildiyini vurğulayan səfir Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan edilməsi və şairin 650 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncamlarını diqqətə çatdırıb. O, dövlətimizin başçısının bu sərəncamlarının Nəsiminin yaradıcılığına böyük hörmət və ehtiramın, yüksək qiymətin bariz nümunəsi olduğunu deyib. Bildirib ki, “Nəsimi ili” çərçivəsində təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində də silsilə tədbirlər keçirilib. Diplomat böyük ədibin yaradıcılığına Azərbaycanda dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, “Nəsimi ili” çərçivəsində ölkədə keçirilən müxtəlif genişmiqyaslı tədbirlərdən də söz açıb, bu tədbirlərin xalqımız tərəfindən çox yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Sonra İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Məndə sığar iki cahan” adlı videoçarx nümayiş etdirilib.

Daha sonra professor Mahmud Hacıxəlilov Nəsiminin həyat və yaradıcılığının müxtəlif dövrləri barədə məruzə ilə çıxış edib. Bildirib ki, Nəsimi Azərbaycan xalqının dünyaya bəxş etdiyi böyük mütəfəkkirdir. O, əbədiyaşar, ölməzdir.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Ramin İgidov, yazıçı-publisist Əli Abbas, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədzadə, Akif Xansultanlı, AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizov və başqaları çıxış edərək böyük şairin yaradıcılığı, ictimai fikir tarixində rolu barədə fikirlərini bölüşüblər.

X.Əzizov “Nəsimi ili” çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən tədbirlərdən danışıb. Bildirib ki, Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü dahi şairin xatirəsinə ehtiramla yanaşı, ətraf mühitin qorunması baxımından böyük əhəmiyyət daşıyır. Bu humanitar təşəbbüs dünyanın diqqətini Azərbaycana, Nəsimi irsinə cəlb etməklə, Azərbaycan mədəniyyətini, mənəviyyatını və dəyərlərini təbliğ edir.

Bu aksiya, eyni zamanda, ekoloji mühitin sağlamlaşdırılmasına dəyərli töhfədir. Nəsimi söz və poeziya aləmində təkrarolunmaz bir simadır. Azərbaycanda onun adı ilə bağlı keçirilən ekoloji aksiya da bənzərsiz və dünya əhəmiyyətlidir.

Tədbir çərçivəsində “Nəsimi” filmindən fraqmentlər təqdim olunub.
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
İlham Əliyev: “Böyük qayıdış başlayır”
Qarabağda tapılan erməni meyitlərinin son sayı açıqlandı
Azərbaycan XİN Ermənistana xəbərdarlıq edib
Xəbər lenti
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
15/01/2021 [13:26]:
Azərbaycanda palçıq vulkanı püskürüb
15/01/2021 [12:32]:
“Yeralaş” kinojurnalının bədii rəhbəri Boris Qraçovski koronavirusdan vəfat edib
15/01/2021 [11:48]:
Qarabağda tapılan erməni meyitlərinin son sayı açıqlandı
15/01/2021 [11:01]:
“Kapitoliyaya basqın edənlərin cəzalandırılması vacibdir” - NATO-nun Baş katibi
15/01/2021 [10:14]:
Məmmədyarovla Rəcəbov şahmat turunda Aronyanla oynayacaq
15/01/2021 [09:28]:
Azərbaycan XİN Ermənistana xəbərdarlıq edib
14/01/2021 [23:32]:
2021-ci ildə Azərbaycanda xam neftin hasilatı 730 min barel olacaq - OPEC
14/01/2021 [22:48]:
Son 10 ilin ən yaxşı qapıçıları - siyahı
14/01/2021 [21:53]:
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan olunacaq
14/01/2021 [21:04]:
ICESCO işğaldan azad olunan ərazilərə yeni missiya göndərəcək
14/01/2021 [20:36]:
Azərbaycanda son sutkada 380 nəfər yoluxub - 14 nəfər vəfat edib
14/01/2021 [20:14]:
Bu il Avropaya çatdırılacaq Azərbaycan qazının həcmi açıqlanıb
14/01/2021 [19:23]:
Mərkəzi Bankın yeni binası 37 mərtəbə olacaq
14/01/2021 [18:37]:
"Pakistan hər zaman Azərbaycanın yanında olacaq" - Pakistanın Baş Qərargah rəisi
14/01/2021 [17:46]:
“Qalatasaray” prezidenti: “UEFA-da yer yerindən oynadı”
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
Şəhid Vüqar Sadıqov haqqında sənədli film çəkiləcək
Hərbi vəzifəli əsgər intihar edib
Əli Nağıyev Armen Abazyanla görüşüb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin