Bu gün Xorvatiyada prezident seçkiləri keçiriləcək.
İstiqlal.az TASS-a istinadən xəbər verir ki, dövlət başçısı postuna 11 nəfər iddialıdır.
Namizədlər - hazırkı prezident Kolinda Qrabar-Kitaroviç, müxalifətçi Sosial Demokrat Partiyasından Zoran Milanoviç, müğənni və musiqiçi Miroslav Şkoro, müstəqil namizədlər - Dario Yuriçan, Daliya Oreşkoviç, Mislav Kolakuşiç, İvan Pernar, Katarina Peoviç, Nedelko Babiç, iqtisadçı Deyan Kovaç, Anto Capiçdir.
Son ictimai rəy sorğularına əsasən, seçkilərin əsas favoritləri Kolinda Qrabar-Kitaroviç, Zoran Milanoviç və Miroslav Şkorodur. Üçlükdə liderlik keçmiş baş nazir Milanoviçə məxsusdur. Onun üçün bu mərhələdə 24,3% seçici səs verməyə hazırdır.
Xorvatiyanın Dövlət Seçki Komissiyasının məlumatına görə, təxminən 3,8 milyon vətəndaş səsvermə hüququna malikdir. Onlardan 177 mini xaricdə yaşayır.
Əgər namizədlərdən heç biri birinci turda 50%-dən çox səs toplamasa, onda 14 gün sonra seçkilərin ikinci turu keçiriləcək. Növbəti turda birinci turda ən çox səs toplamış iki namizəd iştirak edəcək.