2019-cu tədris ilində fərqlənən hərbi qulluqçular mükafatlandırılıb

22/12/2019 [11:19] - Cəmiyyət (231)



Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2019-cu il üçün təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı təhsil müəssisələrinin, qoşun qisimlərinin və əlahiddə bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinlərinin, eləcə də psixoloqların təlim-metodiki toplantısı keçirilib.

Bu barədə İstiqlal.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Ali Baş Komandanımızın Silahlı Qüvvələr qarşısında qoyduğu mühüm vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ordumuzun döyüşə hazırlıq səviyyəsinin, döyüş qabiliyyətinin, şəxsi heyətin vətənpərvərlik ruhunun artmasından, ölkəmizin dinamik sosial-iqtisadi inkişafının ordu quruculuğu sahəsində görülən işlərə müsbət təsirindən, həyata keçirilən irimiqyaslı islahatların ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə səbəb olduğundan danışıb və 2020-ci ildə müvafiq sahədə görüləcək işlər barədə Müdafiə nazirinin tapşırıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi - Şəxsi Heyət Baş İdarəsinin rəis müavini general-mayor Rasim Əliyev Azərbaycançılıq ideologiyası əsasında hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlıq, hərbi intizamın yüksəldilməsi və digər istiqamətlərdə görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib. 

Tədbirdə birlik, birləşmə, xüsusi təyinatlı təhsil müəssisələrinin, qoşun qisimlərinin və əlahiddə bölmə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinlərinin Azərbaycan Ordusunda tərbiyə işinin təkmilləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı səviyyəsinin artırılması, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, gənclərdə hərbi xidmət nüfuzunun yüksəldilməsi, hər bir gənc döyüşçünün müqəddəs məqsəd uğrunda mübarizə aparmasının mahiyyətini dərindən dərk etməsi və psixoloji təminatı mövzularında məruzələri dinlənildi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun “Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizədə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyət”, Daxili İşlər Nazirliyinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayevin “Avtoqəzaların qarşısının alınmasında hüquqi, profilaktik və tərbiyəvi tədbirlərin təşkili”, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunun “İnformasiya müharibəsi”, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyevin “Azərbaycan Ordusunun nüfuzunun artırılmasında veteran təşkilatları ilə birgə təşkil edilən fəaliyyət” mövzularında məruzələri dinlənilib.

“İlin ən yaxşı psixoloqu” müsabiqəsinin qaliblərindən baş leytenant Reyhan Maniyeva və baş leytenant Aqil Namazov tədbir iştirakçıları ilə təcrübə mübadiləsi aparıb və şəxsi heyətə psixoloji yanaşmanın yeni üsullarından danışıblar.

Toplantıda həmçinin bir çox xidməti mövzular ətrafında da fikir mübadiləsi aparılıb, bələdiyyə və parlament seçkilərinin təşkili və keçirilməsi məsələlərindən danışılıb, 2020-ci ildə Azərbaycan Ordusunda ideoloji işin prioritet istiqamətləri və mənəvi-psixoloji təminatın təşkilinə dair müvafiq tapşırıqlar verilib.

Sonra 2019-cu tədris ili ərzində xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular mükafatlandırılıb.

Toplantının yekununda Bakı Bələdiyyə Teatrının və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivləri Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin müəllifi və quruluşçu rejissoru olduğu, Azərbaycanın Milli Qəhrəmanı şəhid əsgər Çingiz Qurbanovun xatirəsinə ithaf olunan “Çingiz dastanı” tamaşası nümayiş etdirilib.
Murovdağın məşhur Ömər aşırımında yenidən azan səsləndirilir
Azərbaycanda son sutkada 322 nəfər yoluxub- 11 nəfər vəfat edib
TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
Dələduzlar kart məlumatlarını necə ələ keçirirlər? - təfsilat
Xəbər lenti
17/01/2021 [23:46]:
Budapeştdə Azərbaycan qazı ilə bağlı bəyanat verdilər
17/01/2021 [21:34]:
Azərbaycanlı rejissor vəfat edib
17/01/2021 [20:13]:
Murovdağın məşhur Ömər aşırımında yenidən azan səsləndirilir
17/01/2021 [18:52]:
Rusiyada mədən çöküb - ölən var
17/01/2021 [17:02]:
Azərbaycanda son sutkada 322 nəfər yoluxub- 11 nəfər vəfat edib
17/01/2021 [16:51]:
Türkiyə və Azərbaycan birgə hərbi təlimləri keçiriləcək
17/01/2021 [15:26]:
Təhsil nazirinin iştirakı ilə brifinq təşkil ediləcək
17/01/2021 [15:17]:
Dünyanın ən geniş vaksinasiya proqramına bu ölkədə başladı
17/01/2021 [14:44]:
TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib
17/01/2021 [13:51]:
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
17/01/2021 [12:37]:
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
17/01/2021 [11:27]:
Dələduzlar kart məlumatlarını necə ələ keçirirlər? - təfsilat
17/01/2021 [10:34]:
Dünyada koronavirus qurbanlarının sayı 2 milyonu ötdü
17/01/2021 [09:48]:
Rusiya Müdafiə Nazirliyi Qarabağda son vəziyyət haqda
17/01/2021 [00:32]:
Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
16/01/2021 [23:26]:
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
16/01/2021 [22:45]:
Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb
16/01/2021 [21:57]:
Hirkan Milli Parkının dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb
16/01/2021 [21:04]:
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub - yenilənib
16/01/2021 [20:16]:
Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir
16/01/2021 [19:28]:
"Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır" - Hikmət Hacıyev
16/01/2021 [18:33]:
Azərbaycan-Belarus əlaqələrinin inkişafı müzakirə olunub
16/01/2021 [17:46]:
Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Şamaxıda zəlzələ oldu
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Vətən müharibəsində 2841 nəfər şəhid olub, 64 nəfər itkin düşüb - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin