XİN Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabatına münasibət bildirib

21/12/2019 [21:27] - Siyasət (169)



 "Öncə qeyd etmək istərdim ki, biz, əlbəttə ki, Beynəlxalq Böhran Qrupunun (BBQ) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vacib məsələləri gündəmdə saxlamasını alqışlayırıq. Əslində, BBQ hazırladığı son hesabatında yeni hər hansı bir məsələyə toxunmur; illərdir ki, Azərbaycan tərəfindən qaldırılan, danışıqlar prosesində müzakirə obyekti olan mühüm mövzulara diqqət ayırır".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. 

Beynəlxalq Böhran Qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı son hesabatına münasibət bildirən XİN rəsmisi vurğulayıb: "Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında işğalçı Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşdırma siyasətinin həyata keçirildiyi dəfələrlə tərəfimizdən beynəlxalq müstəvidə, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan tərəfi ilə keçirilən görüşlərdə qaldırılıb. Ermənistanın beynəlxalq hüquq ödəliklərinə zidd olaraq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının müddəalarını pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşma siyasəti bu günədək ölkəmizin işğal olunmuş ərazilərinə baş tutmuş ATƏT-in beynəlxalq fakt-araşdırıcı missiyalarının hesabatlarında da öz əksini tapıb. Belə ki, həm ATƏT-in 2005-ci il fakt-araşdırıcı missiyası, həm də 2010-cu il sahə qiymətləndirmə missiyası işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşma siyasətinin həyata keçirildiyini təsdiq edib. BBQ də son hesabatın ölkəmizin işğal olunmuş ərazilərində bu qeyri-qanuni fəaliyyətin davam etdirildiyini qeydə alır. Onu da bildirmək istərdik ki, Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırma siyasətinin həyata keçrilməsinin hüquqi sübutu, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi 2015-ci il qərarıdır. Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qəbul olunmuş bu qərarda bu ərazilərdə hazırda həyata keçirilən məskunlaşma məsələsi də öz əksini tapır. Əlbəttə, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həlli istiqamətində addımlar atıldıqdan sonra, bu məsələ də öz həllini tapacaqdır. O zamanadək Azərbaycan bu məsələləri ardıcıl şəkildə müvafiq beynəlxalq çərçivələrdə qaldıracaqdır.

İşğal olunmuş ərazilərdə beynəlxalq sülh missiyasının yerləşdirilməsi və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupunun (HLPG) bu xüsusda roluna gəldikdə isə qeyd etmək istərdik ki, işğal olunmuş ərazilərdə yaşayan əhalinin, o cümlədən azərbaycanlı və erməni icmalarının təhlükəsizliyi məsələsi bizim üçün önəmlidir. Biz bu səbəbdən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən müvafiq beynəlxalq ekspertlərin iştrakı ilə riskin qiymətləndirilməsi missiyasının həyata keçirilməsinin tərəfdarıyıq.

Hesabatda qaldırılan status məsələsinə gəldikdə isə, xatırlatmaq lazımdır ki, ümumilikdə status məsələsi Azərbaycanın milli qanunvericiliyi və BMT Nizamnaməsi və Helsinki Yekun Aktında əks olunan fundamental norma və prinsiplərə əsaslanan BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla beynəlxalq hüquq çərçivəsində artıq müəyyən olunub. Bu xüsusda hər zaman ifadə etdiyimiz mövqeyimiz dəyişilməz olaraq qalır. Münaqişənin həlli istiqamətində işğal olunmuş torpaqlarımızdan erməni sialhlı qüvvələri çıxarıldıqdan və öz torpaqlarından didərgin salınmış azərbaycanlılar evlərinə geri qayıtdıqdan sonra, gələcək mərhələdə bölgənin statusunun konkret şəkildə müəyyənləşdirilməsi məsələsinə hər iki icmanın iştirakı ilə baxıla bilər.

Sonda vurğulamaq istərdim ki, bu məsələlər münaqişənin həlli prosesi çərçivəsində, ATƏT-in müvafiq qərarlarına, habelə hər hansı vaxt məhdudiyyəti olmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq tənzimlənməlidir. Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabatlarında nəzərə almalıdırlar ki, münaqişənin həllinin hüquqi əsasını təşkil edən qərar və qətnamələrin, birinci növbədə isə BMT TŞ qətnamələrinin yerinə yetirilməsi zəruridir. Onların yerinə yetirilməsi isə yalnız zaman məsələsidir".
Murovdağın məşhur Ömər aşırımında yenidən azan səsləndirilir
Azərbaycanda son sutkada 322 nəfər yoluxub- 11 nəfər vəfat edib
TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
Dələduzlar kart məlumatlarını necə ələ keçirirlər? - təfsilat
Xəbər lenti
17/01/2021 [23:46]:
Budapeştdə Azərbaycan qazı ilə bağlı bəyanat verdilər
17/01/2021 [21:34]:
Azərbaycanlı rejissor vəfat edib
17/01/2021 [20:13]:
Murovdağın məşhur Ömər aşırımında yenidən azan səsləndirilir
17/01/2021 [18:52]:
Rusiyada mədən çöküb - ölən var
17/01/2021 [17:02]:
Azərbaycanda son sutkada 322 nəfər yoluxub- 11 nəfər vəfat edib
17/01/2021 [16:51]:
Türkiyə və Azərbaycan birgə hərbi təlimləri keçiriləcək
17/01/2021 [15:26]:
Təhsil nazirinin iştirakı ilə brifinq təşkil ediləcək
17/01/2021 [15:17]:
Dünyanın ən geniş vaksinasiya proqramına bu ölkədə başladı
17/01/2021 [14:44]:
TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib
17/01/2021 [13:51]:
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
17/01/2021 [12:37]:
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
17/01/2021 [11:27]:
Dələduzlar kart məlumatlarını necə ələ keçirirlər? - təfsilat
17/01/2021 [10:34]:
Dünyada koronavirus qurbanlarının sayı 2 milyonu ötdü
17/01/2021 [09:48]:
Rusiya Müdafiə Nazirliyi Qarabağda son vəziyyət haqda
17/01/2021 [00:32]:
Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
16/01/2021 [23:26]:
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
16/01/2021 [22:45]:
Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb
16/01/2021 [21:57]:
Hirkan Milli Parkının dağlıq sahəsində baş vermiş yanğın lokallaşdırılıb
16/01/2021 [21:04]:
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub - yenilənib
16/01/2021 [20:16]:
Rusiya daha dörd ölkəyə uçuşları bərpa edir
16/01/2021 [19:28]:
"Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır" - Hikmət Hacıyev
16/01/2021 [18:33]:
Azərbaycan-Belarus əlaqələrinin inkişafı müzakirə olunub
16/01/2021 [17:46]:
Bu gün Bakıda 554 küçə dezinfeksiya edildi
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Şamaxıda zəlzələ oldu
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin