Səfir: “Azərbaycanın inkişafına dəstək olmaqdan məmnunuq”

20/12/2019 [16:50] - Cəmiyyət (414)



Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardım Proqramı” çərçivəsində bu ölkənin Azərbaycandakı səfirinin iqamətgahında 4 layihə üzrə imzalanma mərasimi keçirib.

İstiqlal.az xəbər verir ki, səfir Teruyuki Katori layihələrin icrası barədə məlumat verərərk deyib ki, “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardım Proqramı” 2000-ci ildən Azərbaycanın bütün regionlarında həyata keçirilir və indiyə qədər 248 bu cür layihə uğurla başa çatdırılıb. Diplomat əlavə edib ki, bu gün imzalanacaq 4 layihə vasitəsilə Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək: “Həyata keçiriləcək 4 layihə “Ağstafa rayonunun Düzqışlaq kəndində tibb məntəqəsi tikintisi”, “Gədəbəy rayonunun Qoşabulaq kəndində tibb məntəqəsinin tikintisi”, “Samux rayonunun Alıuşağı və İnstitut kəndlərində tibb məntəqəsinin tikintisi”, “Tərtərin 6 və Bərdənin 3 kəndində suvarma təchizatının bərpası” layihələri ilə bu bölgədəki əhalinin içməli suya olan təlabatının ödənilməsi və ictimai sağlamlığının inkişafı gözlənilir. Diplomat deyib ki, “Ağstafa rayonunun Düzqışlaq kəndində tibb məntəqəsi tikintisi” ("Lider Qadınlar” İctimai Birliyi -59,988 ABŞ dolları) , “Gədəbəy rayonunun Qoşabulaq kəndində tibb məntəqəsinin tikintisi” (“Gənclərin Maarifləndirilməsi və Təlimi” İctimai Birliyi 59,988 ABŞ dolları), “Samux rayonunun Alıuşağı və İnstitut kəndlərində tibb məntəqəsinin tikintisi” (“Qərb Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” İctimai Birliyi 88,868 ABŞ dolları) layihəsi ilə adıçəkilən kəndlərdə kiçik həcmli tibb məntəqələrinin tikintisi nəzərdə tutulur və həmin kəndlərlə yanaşı, ətraf kəndlərin əhalisi də bu tibb məntəqələrindən istifadə imkanı əldə edəcək. “Tərtərin 6 və Bərdənin 3 kəndində suvarma təchizatının bərpası” (“Aran Humanitar Regional Inkişaf” İctimai Birliyi 89,704 ABŞ dolları) layihəsi nəticəsində mövcud suvarma quyuları bərpa edilərək, nəzərdə tutulan 9 kəndin istifadəsiz qalmış torpaqlarının kənd təsərrüfatına yararlı hala gətirilməsi məqsədi güdür. Teruyuki Katori deyib ki, Yaponiya hökuməti olaraq Azərbaycanın inkişafına dəstək olmaqdan məmnundurlar. O, bildirib ki, layihələr əhalinin yaşayışının yaxşılaşdırması məqsədini güdür və bunların uğurla başa çatdırılmasına ümid edir. 

Mərasimdə, QHT (“Lider Qadınlar” İctimai Birliyi, “Gənclərin Maarifləndirilməsi və Təlimi” İctimai Birliyi, “Qərb Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” İctimai Birliyi, “Aran Humanitar Regional Inkişaf” İctimai Birliyi) rəhbərləri,  millət vəkili Məlahət İbrahimqızı, millət vəkili Sevinc Hüseynova, Samux rayon İcra Hakimiyyətinin birinci müavini cənab Tahir Qarayev iştirak edib. Qrant müqavilələr isə səfir Teruyuki Katori və adı çəkilən təşkilatların rəhbərləri arasında imzalanıb.

Müqavilələrə əsasən, 4 layihənin  ümumi məbləği 298,548 ABŞ dolları təşkil edir. Bu layihələr nəticəsində Samux, Ağstafa və Gədəbəy rayonlarında tibb məntəqəsi tikintisi, Bərdə və Tərtər rayonlarında suvarma təchizatının təkmilləşdirilməsi layihələri həyata keçiriləcəkdir. Bu vaxta qədər Azərbaycanda 256 ədəd Ot Kökləri layihələri imzalanmış, ümumi məbləği isə 20 milyon ABŞ dolları təşkil edir. 

“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı İnsan Təhlükəsizliyi ideyasına əsaslanaraq, Yaponiya Höküməti tərəfindən inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişafa dəstək göstərir. İnsan yaşayışı üçün vaciblik təşkil edən sahələri (təhsil, səhiyyə, yaşayış mühiti) prioritet götürən qrant yardımı proqramı əhalinin həyat şəraitinə birbaşa təsir göstərən xırda infrastruktur layihələrini həyata keçirir.
Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
Noyabr;n 0-a hava proqnozu
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
Xəbər lenti
29/11/2020 [23:52]:
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - rəsmi
29/11/2020 [23:08]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [22:16]:
“Qarabağ” xal itirib - XI tur
29/11/2020 [21:34]:
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır
29/11/2020 [20:48]:
Bakıda 550 küçə dezinfeksiya edilib
29/11/2020 [20:03]:
İranda koronavirusdan ölənlərin sayı 48 minə çatır
29/11/2020 [19:15]:
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
29/11/2020 [18:22]:
Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
29/11/2020 [17:51]:
Londonda karantin tədbirlərinə qarşı aksiya keçirilib: 155 nəfər saxlanılıb
29/11/2020 [17:08]:
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
29/11/2020 [16:23]:
Noyabr;n 0-a hava proqnozu
29/11/2020 [15:36]:
Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib
29/11/2020 [14:42]:
Azərbaycanda COVID-19-a 4170 yeni yoluxma qeydə alınıb
29/11/2020 [13:59]:
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
29/11/2020 [13:07]:
Azərbaycan komandas bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
29/11/2020 [12:18]:
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
29/11/2020 [11:29]:
“Associated Press” ermənilərin Gəncəyə raket hücumunun nəticələrini işıqlandırdı
29/11/2020 [10:36]:
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
29/11/2020 [09:41]:
"Ermənistan 28 il Ağdamda şəhər genosidi həyata keçirib" - Hikmət Hacıyev
28/11/2020 [23:34]:
“Qalatasaray” Rizədə darmadağınla qələbə qazanıb
28/11/2020 [22:43]:
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
28/11/2020 [21:52]:
Prokurorluq və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi - rəsmi
28/11/2020 [21:46]:
Bərpa olunan enerji tutumu hazırda 136 qiqavatdır - Hindistanda
28/11/2020 [21:05]:
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
28/11/2020 [20:17]:
“France 24” Ağdam haqqında: Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin