Xalq rəssamı Nadir Qasımovun sərgisi açılacaq

14/12/2019 [12:12] - Mədəniyyət (77)



 Dekabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun anadan olmasının 90 illiyinə həsr olunmuş sərgi açılacaq.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, bəzən tufanlı, bəzən də həzin Xəzəri, dənizi ram edən neftçiləri, Azərbaycan təbiətinin gözəlliklərini, zəhmət, elm, sənət adamlarını və qadın gözəlliyini tərənnüm edən sərgidə 1940-cı illərin sonundan 2000-ci ilə kimi yarım əsrdən çox bir dövrü əhatə edən Nadir Qasımovun yaradıcılığı əks olunacaq.

Müxtəlif mövzu və janrlarda əsərlər yaradan sənətkar ilk növbədə Abşeron və Xəzər dənizinin nəğməkarı və romantiki kimi yadda qalıb, bu sahədə adları incəsənətimizin “qızıl fonduna” yazılan bir çox tablolar ərsəyə gətirib.

Bakıda yaşayıb-yaradan rəssam bu sənaye şəhərinin gündəlik ritmini hiss edir, Abşeronun qeyri-adi iqlimində yüksək romantikanı duyur, qoca Xəzərin insan tərəfindən ram edilməsini görür və yaradıcılığında tərənnüm edirdi. Rəssamın tablolarında günəşin yandırdığı və neft hopmuş torpaq, bəzən mülayim, bəzən tufanlı, dalğalı dəniz, quruda və suda qərar tutan neft buruqlarının təsviri özünəməxsus şəkildə şərh olunur. Hamının gözündə adiləşən sənaye obyektlərinə romantik forma və ovqat verməklə onları bədiiləşdirən rəssam elə ilk sənaye mənzərələri ilə özünü təsdiqləyə, dəstxətini müəyyənləşdirə bilib.

Günlərlə, həftələrlə “Neft Daşları”nda yaşayan, neftçilərin qəhrəmanlıqlarını öz əsərlərində əks etdirən sənətkarın dəyərli işləri sırasında “Neft buruqları”, “İliç buxtası”, “İliç buxtasının qurulması”, “Qırmızı borular” adlı tabloları xüsusi diqqətə layiqdir.

Keçən əsrin 50-ci illərinin ortalarında Nadir Qasımov Azərbaycanın tanınmış şəxsiyyətləri olan SSRİ Xalq artistləri Bülbülün və Mərziyyə Davudovanın, həmçinin neft ustası Gülbala Əliyevin portretlərini işləyib. Bu tablolarda sənətdə ilk addımlar atan lakin öz fərdi yanaşma tərzi ilə səciyyələnən bir rəssamı görürük. Bu özəlliklər qocaman neft ustası Gülbala Əliyevin portretində daha qabarıq şəkildə nəzərə çarpır. Rəssam özü qeyd edirdi: “1954-cü ildə mən çox maraqlı və gözəl bir insan olan respublikamızın qocaman neftçisi, Sosialist Əməyi Qəhrəmanı Gülbala Əliyevlə görüşdüm. Bu görüşlər mənim üçün böyük əhəmiyyət kəsb edirdi və mən onun portretini yaratdım. Ancaq onun işi, düşüncələri və buruqlar arasında formalaşan obrazı yadımdan uzun müddət çıxmadı”.

Rəssamın ən çox sevdiyi mövzu təkcə Xəzər deyildi. O, tez-tez Azərbaycan rayonlarının qonağı olur, təbiətdən sonsuz ilham alır, adi zəhmət adamlarını, qadın gözəlliyini tərənnüm edirdi. 1960-cı illərdə “Pambıq tarlasında”, “Çəltik zəmilərində”, “Lənkəran bazarında”, “Rəfiqələr”, “Lənkəran qızları” və başqa əsərlərini çəkirdi.

Rəssamın 100-ə yaxın əsəri Rusiyanın, MDB ölkələrinin, ABŞ, Belçika, Fransa, Almaniya, Türkiyə, İspaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiyanın muzeylərində, şəxsi kolleksiyalarda yer alıb.

O, 1992-ci ildə Azərbaycan Respublikasının “Xalq rəssamı” fəxri adına layiq görülüb.

Nadir Qasımov 2000-ci il martın 10-da vəfat edib.
Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - fotolar
28 dairənin “dövlət kimi” deputatı
Qadın hüquqlarının müdafiəsinə daha bir QHT sədri qoşuldu
27 saylı dairədə "köhnələr"lə yeni islahatçıların mübarizəsi
Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
Xəbər lenti
22/01/2020 [23:59]:
Mişel Platiniyə yeni vəzifə verilib
22/01/2020 [22:26]:
Qəbələdə yanğın olub
22/01/2020 [21:40]:
SOCAR və “LUKoil” arasında əməkdaşlıq memorandumu imzalanıb
22/01/2020 [21:32]:
Tramp impiçment prosesini oyunbazlıq adlandırıb
22/01/2020 [20:56]:
İqbal Ağazadənin “Gəncə”də növbəti görüşü keçirildi
22/01/2020 [20:52]:
İlk dəfə qadın prezident seçilib
22/01/2020 [20:20]:
Prezident İlham Əliyev BP-nin baş icraçı direktoru ilə görüşüb
22/01/2020 [19:40]:
Xeyli miqdarda papiros müsadirə edilib
22/01/2020 [18:41]:
Əlillərə imtahanlarda əlavə vaxt və nəzarət altında fasilə veriləcək
22/01/2020 [17:43]:
Sahibsiz heyvanlarla bağlı xeyriyyə tədbiri keçirilib
22/01/2020 [17:29]:
Prezident İlham Əliyev “SUEZ Group”un yeni baş icraçı direktoru ilə görüşüb
22/01/2020 [17:26]:
Azərbaycan və Polşa prezidentlərinin Davosda görüşü olub
22/01/2020 [17:21]:
Kolumbiya Qəhvəsinin orijinal ləzzətini Bakıda dadmaq mümkün olacaq
22/01/2020 [16:31]:
Ötən il ekoloji qanunvericiliyin pozulmasına görə 868 nəfər cərimələnib
22/01/2020 [15:46]:
Azərbaycanda dövlət xətti ilə kirayəyə veriləcək mənzillərin qiymətləri açıqlanıb
22/01/2020 [14:44]:
Milli Kitabxanada “Zəlimxan Yaqub – 70” adlı kitab sərgisi açılıb
22/01/2020 [14:22]:
Riçard Almeyda BƏƏ klubu ilə müqavilə imzalayıb
22/01/2020 [14:15]:
Məzahir Pənahov: “İndiyə qədər MSK-ya 32 şikayət daxil olub”
22/01/2020 [14:01]:
Çingiz Qənizadə Beyləqanda seçicilərlə görüşüb
22/01/2020 [13:50]:
Musiqili Teatr “999-cu gecə”ni növbəti dəfə repertuara salıb
22/01/2020 [13:20]:
Rusiya İdlib və Hələbi bombaladı – 12 dinc sakin öldü
22/01/2020 [12:57]:
Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - fotolar
22/01/2020 [12:42]:
Yeni Yasamalda yeni yol bağlantısı yaradılır
22/01/2020 [12:22]:
Seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
22/01/2020 [12:14]:
Hikmət Hacıyev: “Aİ ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesini başlatmışıq”
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Latviyanın Azərbaycandakı səfiri AZPROMO-da olub
32 cinayətin üstü “isti izlər”lə açılıb
Saxta spirtli içkilər satan dəstə üzvləri saxlanılıb
Paşinyan mətbuatı qarabağlıların nəzarətindən çıxarmaq istəyir
Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması qaydası təsdiqlənib
Azərbaycanla Rusiya arasında innovasiyalarla bağlı yol xəritəsi hazırlanır
Növbəti qlobal böhran gözlənilir
Bakının savaş öncəsi “baş məşq”i - müharibə haqqımız tanındı, bəs sonra?
Xarici ticarət dövriyyəsi 30 milyard dolları ötüb
Musiqili Teatrda “İstintaq” olacaq
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin