BAXCP sədrindən azərbaycanlı milyarderə sərt cavab - mövqe

13/12/2019 [00:10] - Siyasət (287)



BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında iki gün öncə Rusiyada yaşayan milyarder Fərhad Əhmədovun Milli Məclis üzvləri barədə dediyi aşağılayıcı fikirlərə münasibət bildirib.

İstiqlal.az deputatın açıqlamasını təqdim edir:

"Azərbaycan-Rusiya əlaqələrinin gücləndiyi bir dövrdə iqtidar təmsilçilərinin Rusiyanın müəyyən dairələrinin himayə etdiyi bu tip adamların təhqirlərinə cavab verməyə risk etmədiyini, həm də Milli Məclis üzvü kimi həmin təhqirlərin mənə də aid olduğunu nəzərə alıb, bəzi məsələlərə münasibət bildirərəm. Fərhad Əhmədov Azərbaycana dönəndə hiss etmişdim ki, bu, xoşniyyətli dönüş deyil. Çünki o, Azərbaycanın çətin vaxtlarında qeybə çəkilmişdi, ölkə stabil inkişaf yoluna çıxandan sonra geri qayıtdı. Biz Azərbaycan torpaqları işğal olunanda onun etiraz səsini eşitmədik. Senator olanda da "müdrikcəsinə" susmuşdu. Əlbəttə, işğalçıları müdafiə edən ölkənin vətəndaşının bunu etməsi xüsusi cəsarət tələb edirdi. Xüsusilə də pul qazanan birisi üçün. Etiraz bir yana qalsın, biz onun ata-baba yurdlarından qovulmuş, acından ölməmək üçün həyat mücadiləsi verən həmvətənlərinə kiçik bir dəstək verməsini də müşahidə etmədik. Biz onu Lalə Şövkətdən və digər sadə həmvətənlərimizdən fərqli olaraq 20 Yanvar qırğını zamanı Moskvada, Azərbaycanın daimi nümayəndəliyində Heydər və İlham Əliyevlərin yanında görmədik. Hazırda o müəyyən investisiya qoyub, başqa çıxış yolu qalmayan kəndlilərdən kilosu 15 qəpiyə narı alıb, onu emal etməklə böyük pullar qazanır və onun bir hissəsini öz reklamına sərf edir.

Xatırlayırsınızsa, səhv etmirəmsə ötən il o, rus mətbuatında Qarabağ barədə məqalə yazıb, Rusiya faktorunun üstündən sükutla keçmişdi. O zaman mən müsahibələrimin birində həmin məqama toxunaraq demişdim ki, Rusiyada böyük pullar qazanan biriləri bu dərdimiz barədə heç vaxt obyektiv danışa bilməzlər və ona görə də torpaqlarımızı niyə işğaldan azad edə bilmədiyimizi yaxşı başa düşən, gərginlik içərisində yaşayan insanları qıcıqlandırmayıb sussalar, daha yaxşı olar. Onlar siyasətdən uzaq durub, doğulduqları ölkəyə investisiya yatırmaqla, xeyriyyəçiliklə xidmət göstərib hörmət qazana bilərlər. Yox, siyasi karyera naminə qeyd etdiklərimi edəcəklərsə, ifşa olunmuş halda geri qayıtmalı olacaqlar. Bu, "Rusiyanın Qarabağ məsələsinə aidiyyəti yoxdur, o yalnız vasitəçidir" deyən digərlərinə də aiddir. 

Fərhad Əhmədov ziddiyyətli açıqlaması ilə burada ürək bulandırmaqdansa, vətəndaşı olduğu ölkənin problemlərindən yazıb, çıxış yollarını göstərsə, daha başadüşülən olar. O və digər emissarlar Azərbaycanda istədiklərinə heç vaxt nail ola bilməyəcəklər. Azərbaycan Konstitusiyasına görə xarici ölkə qarşısında öhdəliyi olan istənilən şəxs nə prezident, nə də deputat ola bilər. Onun təhqirlərinə gəldikdə isə onu deyə bilərəm ki, böyük rus xalqının bu barədə gözəl bir misalı var: "Hər kəs məsələlərə öz tərbiyəsinə uyğun münasibət bildirir". Müdrik xalqımızın isə onun kimilər haqqında belə bir atalar sözü var: "Adımı sənə qoyum, səni də yana-yana qoyum".
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Vəziyyət pisdir və daha da pis olacaq - nə etməli?
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Xəbər lenti
06/08/2020 [13:41]:
Dünya bazarlarında təbii qaz ucuzlaşıb
06/08/2020 [12:39]:
"Bavariya” Jerom Boatenqi transferə çıxarıb
06/08/2020 [12:17]:
Gürcüstandan Rusiyaya çağırış
06/08/2020 [12:15]:
Böyük Britaniya və Fransanda COVID-19-un ikinci dalğası barədə xəbərdarlıq edilib
06/08/2020 [11:35]:
Fransız alimlər ölkədə epidemioloji vəziyyəti kövrək hesab edirlər
06/08/2020 [11:10]:
Sosial şəbəkələrdə yalan məlumat yayan şəxslərə xəbərdarlıq edilib
06/08/2020 [10:55]:
ÜST-dən koronavirusla bağlı son rəqəmlər
06/08/2020 [10:30]:
Bu vərdiş xərçəng riskini 30 dəfə artırır
06/08/2020 [10:00]:
Zelenskidən yeni təyinat
06/08/2020 [10:00]:
Türk klubu "Səbail"dən ayrılan dünya ulduzu ilə maraqlanır
06/08/2020 [09:34]:
ABŞ-da seçkilərə müdaxilə haqda məlumat verənlər 10 milyon mükafat alacaq
05/08/2020 [23:58]:
Hərbi təlimdə 18 hərbçi xəsarət alıb
05/08/2020 [23:00]:
KİVDF-nin icraçı direktoruna AĞIR İTKİ
05/08/2020 [21:18]:
Tramp ABŞ iqtisadiyyatını süquta götürür - “Die Zeit”
05/08/2020 [20:51]:
Millimizin futbolçusu ABŞ-da həftənin komandasına düşüb
05/08/2020 [20:29]:
Azərbaycan Livana 1 milyon dollar yardım ayırdı – Baş Nazir sərəncam imzaladı
05/08/2020 [18:50]:
Günəş şüaları koronavirusla mübarizəyə kömək edir
05/08/2020 [17:38]:
İranda yoxsulluq pik həddə qalxdı
05/08/2020 [16:24]:
Gürcüstan Azərbaycana 543 ton şaftalı ixrac edib
05/08/2020 [16:00]:
Azərbaycan Livana maliyyə yardımı göstərəcək
05/08/2020 [15:36]:
Prezident: Avropa İttifaqına üzv ölkələrlə sərhədlərin yenidən bağlanması istisna olunmur
05/08/2020 [14:47]:
Bəxtiyar Vahabzadə yaradıcılığı Türkiyənin ədəbiyyat portalında
05/08/2020 [13:11]:
İker Kasilyas karyerasını başa vurdu
05/08/2020 [12:53]:
50 milyondan çox insan aclıq təhlükəsi ilə üzləşəcək
05/08/2020 [12:45]:
Beyrutda çox sayda xilasedici həlak olub, itkin düşənlər var
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İyunda Azərbaycanın yeyinti məhsulları ixracı artıb
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
“Fitch”: Bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 38,3 mlrd. dollar təşkil edəcək
Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
Azərbaycanda Qurban bayramı qeyd edilir
Vikipediyada Xan Şuşinski haqqında özbək dilində bölmə istifadəyə verilib
Ani ödəniş sistemi gələn ay istifadəyə veriləcək
Ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı azalıb
Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi 10% artıb
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olunub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin