Heydər Əliyev: “Bizim dostumuz Əflatun Amaşov burada dedi ki...”

12/12/2019 [16:20] - Gündəm (222)



“Bu mənim üçün qeyri-adi bir hadisədir. İlk dəfə olaraq, mən jurnalistlərin, nəhayət, xoşuna gəlmişəm və onlar məni mükafatlandırıblar. Mənə 2001-ci ildə Azərbaycanda “Jurnalistlərin dostu” mükafatı verdiklərinə görə “Ruh” Jurnalistləri Müdafiə Komitəsinə, onun rəhbərliyinə təşəkkürümü bildirirəm. Əmin edirəm ki, mən keçmişdə olduğu kimi, bu gün də o jurnalistlərin dostuyam və həmişə jurnalistlərin dostu olacağam”. Azadinform xəbər verir ki, bu fikirlərin müəllifi bu gün vəfatının 16-cı ildönümünü qeyd etdiyimiz Ulu öndər Heydər Əliyevdir.


Ümummilli Lider hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə mətbuatın inkişafında əsaslı dönüş yaratdı. Elə həmin günlərdən bəlli idi ki, Heydər Əliyev Azərbaycan mətbuatı və mətbuatın azadlığı uğrunda daim jurnalistlərin yanında olacaq, onlara olan dəstəyini heç bir zaman əsirgəməyəcəkdir.

Böyük siyasətçi Heydər Əliyevin sayəsində istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyişlərə nail olduq. Onun səyi nəticəsində Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Bundan başqa, Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atdı. Bu gün həmin tələbələr mətbuatın əsas simalarındandır.


Dahi şəxsiyyət “Ruh” Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatının təqdim olunma mərasimində çıxış edərkən jurnalistikanın nə qədər önəmli bir sahə olduğunun vacibliyini vurğulayıb: “Jurnalistika elə bir sahədir ki, ümumiyyətlə, tənqidlə məşğuldur, bütün başqa vəzifələri ilə bərabər, əsas məqsədi tənqid etmək, nöqsanları aşkar etmək, onların aradan qaldırılması üçün çalışmaqdır. Jurnalistika cəmiyyətdə həmişə bu işləri görüb, bu gün də görür və çox uğurla görür. Belə halda iqtidarı tənqid edənlər daha çox müxalifət düşərgəsindədirlər. Ona görə müxalifət düşərgəsində bu cür mükafat almaq da, hesab edirəm ki, o qədər çətin bir şey deyildir. Amma Azərbaycan prezidentinin belə bir mükafata layiq görülməsi, yenə də deyirəm, qeyri-adi haldır, asan deyildir. Görünür ki, mənim bu barədə təkcə 2001-ci ildə yox, əvvəlki illərdə də qoyduğum səylər, nəhayət, jurnalistlər tərəfindən tanınıb, qiymətləndirilib və mənə bu mükafatı vermək haqqında qərar qəbul olunubdur”.


Heydər Əliyev ona verilən mükafatı çox yüksək qiymətləndirərək deyib: “Bizim dostumuz Əflatun Amaşov burada dedi ki, layiq görüldüyünüz bütün başqa mükafatlarla yanaşı, bu mükafat da öz yerini tutacaqdır. Təbiidir, mən çox mükafatlara layiq görülmüşəm. Ancaq bu mükafatın xüsusi yeri var. Çünki aldığım mükafatların əksəriyyəti dövlətlər tərəfindən verilən mükafatlardır, dövlət mükafatlarıdır. Düzdür, başqaları da var. Amma bu, jurnalistlər tərəfindən verilən mükafatdır. Ümumiyyətlə, jurnalistlər inciməsinlər, onlar elə məxluqdurlar ki, heç vaxt heç nədən razı deyillər. Həmişə çalışırlar, yaxşı yerdə bir nöqsan tapıb, çıxarıb araya qoysunlar. Mən bunu pis mənada demirəm. Çox gözəl. Ancaq yenə də deyirəm, jurnalistlər çox tələbkardırlar. Həqiqətən artıq, xüsusən iqtidar nümayəndələrindən çox tələblər edirlər. Yenə də deyirəm, bizim işlərimizdə nöqsanlar da var, qüsurlar da var. Bunlara baxmayaraq, onlar, nəhayət, qeyrətə gəliblər, mənə mükafat veriblər. Çox sağ olsunlar”.

Ümummilli Lider çıxışında vurğulayırdı ki, bizim iqtidar nümayəndələri bəzən çox narahat olurlar, loru dildə desək, qızışırlar ki, məni ləkələdilər, şərəf və ləyaqətimi ləkələdilər və sair: “Buna görə də belə insanlar bir vaxt imkanlardan istifadə edirdilər, məhkəməyə müraciət edirdilər, məhkəmələr qərar çıxarırdı. Təbii ki, qərarlar ədalətli idi. Bu da mətbuata çox zərər verirdi. Biz bunların da qarşısını aldıq. İndi görürsünüz, heç kəs mətbuatı məhkəməyə vermir. Biz iqtidar nümayəndələrinə dedik ki, sən bunu məhkəməyə verəcəksən, sabah o biri yazacaqdır. Onu verəcəksən, o birisi yazacaqdır. Yaxşı olar, məhkəmə ilə məşğul olmasınlar. İndi məhkəmələr yoxdur, cərimə də yoxdur. Burada məndən xahiş edirlər ki, borclar dondurulub, amma tamamilə dondurulsun. Onun üçün gərək biz xüsusi bir kimyəvi vasitə tapaq ki, o “don əriməsin”. Gərək biz düşünək, nə təhər edək. Hələ ki, dondurulubdur. Amma təbiidir ki, bu, Sizdən asılıdır. Siz özünüzü yaxşı aparsanız, borclar daha da çox dondurulacaqdır. Amma o yan, bu yan olsa, bir də gördünüz ki, əriməyə başlayıbdır. Mən istəməzdim ərisin. Mən də tərəfdaram ki, axıra qədər dondurulmuş kimi qalsınlar. Biz mətbuat üçün bütün yardımları etmişik və lazım olsa, bundan sonra da edəcəyik. Mən indi buraya gələndə Gündüz Tahirli bir məktub verdi ki, qəzetlərə, mətbuata kreditlər üçün kömək etmək lazımdır. Bilmirəm, indi kreditləri hər adam ala bilər. Yəqin ki, hansısa bir güzəştli kredit almaq istəyirlər, ona görə mənə müraciət edirlər. Ona da baxacağam, indi imkan dairəsində o xahişin də yerinə yetirilməsinə çalışacağam”.


Heydər Əliyev jurnalistlərə çağırış edərək bildirmişdi: “Gəlin, həqiqi dost olaq. Mən sizinlə, jurnalistlərlə dost olmaq istəyirəm. Amma dostluq ikitərəfli şeydir. Gərək, iki tərəf də dost olmaq istəsin. İndi belə bir hadisə baş verib, iş belə gətirib ki, biz, iki tərəf də dost olmaq istəmişik. Amma gəlin danışaq ki, bu, daha pozulmasın, biz dost olaq, axıra qədər dost olaq. Mən dost olmaq istəyirəm. Xatırlayıram, mən jurnalistlərlə görüşəndə dedim ki, çağırın, kim istəyir gəlsin. Siyahıda müxalifət qəzetlərinin jurnalistləri var idi. Bəziləri gəlmişdilər, amma bəziləri gəlməmişdilər. Mən düşünürəm, niyə, nə üçün? Ola bilər, sənin məndən xoşun gəlmir. Bəlkə mənim səndən dünəndən xoşum gəlmir. Ancaq bir halda ki, danışmağa, görüşməyə, fikir mübadiləsi aparmağa, açıq söz deməyə imkan var, bu imkandan nə üçün istifadə etməyək? Məhz həmin görüşdə belə bir imkan var idi. Oraya dəvət olunmuş hər bir adam, fərqi yoxdur, hansı partiyaya mənsubdur, hansı siyasi baxışlara mənsubdur, iqtidara müxalifdir, yaxud lap kəskin müxalifətdədir, yaxud da qatı müxalifətdədir - bizdə belələri var - bunun nə əhəmiyyəti var, gəlin, oturaq, danışaq, söhbət edək. Sən də öz fikrini de, mən də öz fikrimi deyim.

Biz bir xalqıq, bir xalqın övladlarıyıq. Bir millətik, bir millətin insanlarıyıq və bu cəmiyyətdə bir yerdə yaşayırıq. Heç bir yerə də getməyəcəyik, mən buradan çıxıb bir yerə getməyəcəyəm, sən də getməyəcəksən, niyə də gedək! Biz bir yerdə, bir Vətəndə, bir torpaqda, bir cəmiyyətdəyik. Bir cəmiyyətdə olduğumuz halda gərək, biz danışaq, fikir mübadiləsi aparaq, bir-birimizi anlamağa çalışaq”.

Jurnalistikanın çətin sənət olduğunu qeyd edən mərhum Heydər Əliyev əlavə edir ki, bunu etiraf etmək lazımdır, bu asan sənət deyildir: “Başqa bir yerdə, başqa bir peşə sahibi gəlib öz işində oturub işləyir, müəyyən saat qurtarandan sonra evinə gedir. Elmlə məşğul olur, ya istehsalatda işləyir, yaxud ticarətdə işləyir, yaxud da biznesdə işləyir, fərqi yoxdur. Amma jurnalistin iş yeri yoxdur. Qəzetin redaksiyası da jurnalistin iş yeri deyildir. Çünki o, redaksiyada otursa, elə ancaq yuxarıya baxsa, bir şey yaza bilməyəcək, fəaliyyət də göstərə bilməyəcək. Demək, jurnalist gərək, daim cəmiyyətlə əlaqədə olsun, insanlarla əlaqədə olsun, cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqədə olsun və müxtəlif yerlərlə təmasda olsun ki, istədiyi məlumatları ala bilsin və onların əsasında işlədiyi sahədə öz məqalələrini, öz əsərlərini yaza bilsin. Bu, asan iş deyildir. Mən bunu bilirəm və öz fikrimi başqalarına da bildirmək istəyirəm. Ona görə də gərək biz jurnalistlərə kömək edək.


Belə bir vəziyyətdə olan jurnalistlər bəzən ədalətsizliklə rastlaşırlar, bəzən kobudluqla rastlaşırlar, başqa hallarla, xoşagəlməyən hallarla rastlaşırlar. Bu heysiyyətlərinə toxunduğuna görə onları incidir və etiraz əlaməti olaraq müxtəlif məqalələr yazırlar və səhvlər də buraxırlar. Ona görə əgər jurnalistlər cəmiyyətlə daha yaxın olsalar, cəmiyyətdə də jurnalistləri sevsələr, onlara hörmət etsələr, onların işlərinin, fəaliyyətlərinin həyata keçirilməsinə yardım etsələr, bunda cəmiyyət də udacaqdır, jurnalistlər də.

Biz həmişə arzu edirik ki, jurnalistlər obyektiv olsunlar. Mən düşünmürəm ki, jurnalistlər qəsdən qeyri-obyektivliyə yol verirlər. Ancaq onların sənəti belədir, gərək elə bir şey yazsınlar ki, oxucular üçün maraqlı olsun. Kəskin, sensasiyalı yazılar olmasa, oxucular üçün maraqlı olmur, qəzetlər alınmır və sairə və sairə. Siz bunları məndən yaxşı bilirsiniz. Mən bu barədə fikrimi genişləndirmək istəmirəm. Biz bunları nəzərə almalıyıq. Amma jurnalistlər də hücum obyektləri ki var, yaxud kəskin tənqid edirlər, gərək onların vəziyyətini nəzərə alsınlar. Əgər hər iki tərəf bir-birini nəzərə ala bilsə, hesab edirəm ki, bizim cəmiyyətdə jurnalistlərlə bütün insanların dostluğu təmin olunacaqdır”.

Sonda Ulu öndər Heydər Əliyev çıxışına bu misralarla yekun vurur: “Hər halda, mən sizi bir daha əmin etmək istəyirəm ki, bugünkü mükafatı yüksək qiymətləndirirəm və çalışacağam ki, həmişə jurnalistlərin dostu olam. Bundan sonra da jurnalistlərə əlimdən gələn yardımı edəcəyəm. Jurnalistlərə də öz arzularımı, öz istəklərimi bildirdim. Mən bir daha sizə təşəkkür edirəm. Bütün Azərbaycan jurnalistlərinə cansağlığı, işlərində yeni-yeni uğurlar arzu edirəm. Sağ olun”.
İlham Əliyev: İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
Oktyabrın 27-ə hava proqnozu
İlham Əliyev: “Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”
Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını elan etdi
Xəbər lenti
26/10/2020 [20:57]:
Qığızıstanın keçmiş prezidenti aclıq elan edib
26/10/2020 [20:04]:
Şamaxıda zəlzələ olub
26/10/2020 [19:27]:
“Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” - Lavrov - Lavrov - Lavrov
26/10/2020 [18:34]:
Dövlət torpaq kadastrı fondunun məlumatlarından istifadə edənlərin sayına artım edilib
26/10/2020 [18:16]:
Azərbaycanda günün COVİD-19 statistikası
26/10/2020 [17:38]:
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır
26/10/2020 [16:49]:
Azərbaycan cüdoçuları reytinq siyahısında irəliləyiblər
26/10/2020 [16:03]:
İlham Əliyev: İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
26/10/2020 [15:56]:
41 ölkə “Eurovision-2021”də iştirakını təsdiqləyib
26/10/2020 [14:21]:
Oktyabrın 27-ə hava proqnozu
26/10/2020 [13:51]:
İlham Əliyev: “Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”
26/10/2020 [13:32]:
Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”
26/10/2020 [13:28]:
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını elan etdi
26/10/2020 [12:14]:
Ermənistan atəşkəs rejimini pozmaqda davam edir
26/10/2020 [11:20]:
Baş Prokurorluq ermənilərin mülki əhaliyə hücumları ilə bağlı yeni məlumat yayıb
26/10/2020 [10:03]:
Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır”
26/10/2020 [09:11]:
Cəbhədə son vəziyyət: Düşmən Laçın istiqamətindən bölmələrimizi artilleriya atəşinə tutub
26/10/2020 [00:43]:
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
25/10/2020 [23:37]:
Göygöl rayonunda zəlzələ olub
25/10/2020 [23:19]:
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
25/10/2020 [22:56]:
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
25/10/2020 [22:45]:
“Fənərbaxça” “Trabzonspor"a qalib gəlib
25/10/2020 [22:43]:
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
25/10/2020 [22:39]:
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
25/10/2020 [21:47]:
Ombudsman: "Beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları müharibəyə cəlb edir"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Düşmən 26 günə 8 uşağı öldürüb, 32-sini yaralayıb - rəsmi
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub - rəsmi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Prezident: Füzulinin 3, Cəbrayılın 4 kəndin işğaldan azad edilib
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
ABŞ-ın Azərbaycandakı Səfirliyi terror xəbərdarlığı edib
Ərdoğan Fransa prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin