Qarabağ üçün kapitulyasiya aktı olmayacaq və.. nida işarəsi!

12/12/2019 [18:36] - Siyasət (274)



Azərbaycanın konfliktlə bağlı dünyaya çatdırdığı Bratislava ismarışında baş hədəf; Krım məsələsində Bakının balanslı kursu və Moskvaya etdiyi jestə şimaldan hansı cavab olacaq?..

Dekabrın 9-da BMT Baş Assambleyasında Ukraynanın Rusiya tərəfindən ilhaq edilən Krım bölgəsi və Sevastopol şəhəri ilə bağlı səsvermə keçirilib. Ukraynanın ərazi bütövlüyünün təsbit olunduğu, bölgəyə səfərlərin Ukrayna hökuməti ilə razılaşdırılmasının vacib sayıldığı sənədin səsverməsində Azərbaycan iştirak etməyib. Sənədin əleyhinə, Rusiya və Ermənistan da daxil, 19 ölkə səs verib.

Rəsmi Bakının bu mövqeyi haradasa anlaşılandır və balanslı sayıla bilər. Çünki öz ərazisinin bir hissəsi işğal altında olan Azərbaycan Krımın ilhaqını qanuni hesab edə bilməz. Hesab eləmir də. Ukraynanın ərazi bütövlüyünü tanıyırıq. Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova həmçinin GUAM dördlüyünə daxil olmaqla, bu məsələdə bir-birinin suverenliyi və ərazi bütövlüyünü hörmət etdiklərini indiyədək zaman-zaman ortaya qoyublar. Yəni səsvermədə iştirak  eləməmək dolayısı ilə Bakının bu sənədin əleyhinə olmadığının göstəricisi hesab olunmalıdır.

*****

Başqa yandan, Azərbaycan Rusiya kimi bir qonşu ilə, Dağlıq Qarabağ konfliktinin həllində əsas vasitəçi olan dövlətlə münasibətləri də gözardı edə bilməz. Xüsusilə son vaxtlar iki qonşu ölkə arasında iqtisadi-ticari əlaqələr az qala,bütün sferalar üzrə artan xətlə inkişafdadır. Bunu Birinci vitse-prezident Mehriban Əliyevanın təzəcə başa çatan çoxgünlük Moskva səfəri də təsdiqlədi.

Məsələn, 2019-cu il ərzində tərəflər arasında ticarət dövriyyəsinin həcmi 26% artıb ki, bu göstərici heç bir başqa MDB dövləti ilə əlaqələrdə qeydə alınmayıb - təbii ki, həm də işğalçı Ermənistanla. Bundan əlavə, Moskva və Bakı “Şimal-Cənub” nəqliyyat dəhlizi qlobal layihənin ortaq iştirakçılarıdır. Paralel surətdə Xəzər hövzəsində Rusiya və Azərbaycan ortaq əməkdaşlıq içindədir. 
Bu yaxınlaşan və dərinləşən əlaqələr, üstəgəl, Bakının Krımla bağlı son jesti, şübhə yox ki, ən əvvəl Qarabağ məsələsində Rusiyanı daha ədalətli mövqeyə kökləmək, onu ermənipərəst mövqedən uzaqlaşdırmaq niyyəti güdür. Xüsusən də İrəvanın Dağlıq Qarabağın yekun statusu ilə bağlı ən çox Moskvaya bel bağladığı sirr deyil. Yekun statusu isə erməni tərəf özündən uydurduğu “Dağlıq Qarabağ xalqı” üçün öz müqəddəratını təyinetmə haqqının tranınmasında görür.                               

*****

Aydındır ki, “Dağlıq Qarabağ xalqı” anlayışı dünyanın heç bir arayış kitabçasında, hansısa beynəlxalq sənəddə yoxdur. Olmayacaq. Necə ki, “Krasnodar diyarının erməni xalqı”, “Kaliforniyanın erməni xalqı” anlayışları mövcud deyil. Öz müqəddəratını təyinetmə haqqı isə beynəlxalq hüquqa əsasən, xalqlara tanınır - özü də məhv olma təhlükəsi ilə üz-üzə qalan, genosid təhlükəsi ilə üzləşən xalqlara. Erməni xalqı çoxdan öz müqəddəratını təyin edib - Ermənistan adlı psevdo-dövlət şəklində.
Dağlıq Qarabağda isə indiyədək heç bir soyqırımı təhlükəsi yaşamamış erməni əhali yaşayır. Üstəlik, oranın köklü əhalisi zorla qovularaq çıxarılıb. Xocalı da daxil olmaqla, Azərbaycanın qanuni ərazilərində məhz azərbaycanlılara münasibətdə etnik təmizləmə aparılıb. Üstəgəl, Dağlıq Qarabağ ətrafında 7 rayonun azərbaycanlı əhalisi qovulub.

Bundan əlavə, Azərbaycan, məsələn, Rusiyadan fərqli olaraq, unitar dövlətdir, federativ yox. Konstitusiyamızda ayrıca götürülmüş ərazidə referendum keçirmək yasaq olunur. Bu yasağı götürmək üçün ölkə boyu referendum keçirilməlidir - hansının nəticəsi ki, bəri başdan hamıya aydındır.

Yəni Azərbaycan rəhbərliyi istəsə belə, referendum variantına razılıq verə bilməz. Təsadüfi deyil ki, ölkəmizin ATƏT yanında nümayəndəliyinin təşkilatın XİN Şurasının ötən həftə Bratislavada keçirilən zirvə toplantısına ünvanlandığı yazılı müraciətdə açıq mətnlə göstərilib ki, Dağlıq Qarabağa Azərbaycan sərhədləri çərçivəsində, Konstitusiyaya müvafiq olaraq və bölgənin azərbaycanlı əhalisinin də maraqları nəzərə alınmaqla yalnız özünüidarə statusu verilə bilər.

*****
Gələn məlumatlara görə, bu mövqe torpaqlarımızda ikinci saxta erməni dövləti qurulması arzusu ilə yaşayan ermənilərlə bahəm, erməniyanlı çevrələri də rahatsız edib. Təəccüblü deyil. İllərdir həmin çevrələr atəşkəs rejimini sonsuzadək uzatmaqla Azərbaycanın, nəhayət, kapitulyasiya aktına imza atacağına ümid edirdilər.

Ancaq Azərbaycanın bu məsələdə prinsipial mövqeyi nəinki yumşalmadı, əksinə, daha qəti xarakter aldı. Niyə də almasın, əgər ölkəmiz bölgədə və dünyada öz yerini ilbəil daha da möhkəmlədirirsə, Güney Qafqazın vazkeçilməz oyunçusuna çevrilməklə, ayağını ildən-ilə yerə daha inamlı və möhkəm basırsa, iqtisadi gücünü böyüdərək Ermənistan üzərində əzici hərbi üstünlüyünü ildən-ilə artırırsa, işğalçı ölkəni böyük regional layihələrdən kənarda saxlamaqla onun təcridini daha da gücləndirib iqtisadiyyatını miskin durumda saxlayırsa?!

Odur ki, qoy ədalətli və daimi sülh barədə indi hamıdan çox iztirabları get-gedə artan erməni xalqı  düşünsün. Apardığı işğalçılıq siyasətinin hansı yeni fəlakətlərə gətirəcəyini bir daha yaxşı-yaxşı hesablasın. Zaman artıq yüz faiz işğalçılara işləmir, Bakı mövqeyini dəyişən deyil. Və nida işarəsi!..

“Yeni Müsavat”ın analitik xidməti
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
14/08/2020 [23:58]:
Koronavirusun atipik simptomları məlum olub
14/08/2020 [21:40]:
Bu ilin ilk yarısında BTC kəməri ilə 462 mln. tondan çox xam neft nəql edilib
14/08/2020 [20:46]:
Qalata qülləsində aparılan bərpa işləri mütəxəssislərin nəzarətindədir
14/08/2020 [18:28]:
PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq"
14/08/2020 [17:55]:
COVID-19 virusuna yoluxma ehtimalı qan qrupundan asılıdır
14/08/2020 [17:22]:
Tovuz hadisələri Ermənilərin yaratdığı hərbi təxribatdır…
14/08/2020 [16:50]:
Ermənistan silah istehsalçılarının poliqonudur
14/08/2020 [16:47]:
Azərbaycanda ÜDM-in həcmi 3%-ə yaxın azalıb
14/08/2020 [16:19]:
Serbiya hökumətinin addımı Azərbaycan tərəfindən birməmalı qarşılanmadı
14/08/2020 [16:00]:
Mənfur qonşularımızın necə və nə yollarla silahlanması
14/08/2020 [15:49]:
Ermənistanın silahlanmasında digər dövlətlərin dəstəyi
14/08/2020 [15:24]:
Fransa Aralıq dənizinə qırıcı təyyarələr göndərəcək
14/08/2020 [15:14]:
Ermənistanın digər ölkələrdən aldığı hərbi köməklər
14/08/2020 [15:03]:
Dostumuz kim, düşmənimiz kim?
14/08/2020 [15:00]:
Paşinyan BBC-də biabır oldu - Video
14/08/2020 [14:37]:
İranlı rəsmi: “Rusiyanın COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb”
14/08/2020 [13:22]:
Çin Mayk Pompeonu “siyasi virus” yaymaqda ittiham edib
14/08/2020 [12:49]:
Ərdoğandan sərt mesaj: "Makron kimilər..."
14/08/2020 [12:18]:
Rusiyanın hazırladığı peyvənd ən azı iki il koronavirusdan qoruyacaq
14/08/2020 [11:55]:
Təcavüzkar və terrorist ölkə Ermənistana hərbi yardım edən dövlətlər
14/08/2020 [11:44]:
Ağacların dibinin betonlanması ilə bağlı yayılan məlumatlara Nəsimi RİH CAVAB VERDİ
14/08/2020 [11:39]:
Ermənistanın silahlanması
14/08/2020 [11:36]:
Neymar Messinin rekordunu yeniləyib
14/08/2020 [11:22]:
Ermənistana satılan silahlar...
14/08/2020 [11:16]:
ABŞ mediası: "Tramp artıq Pentaqon rəhbərini dəyişdirməyi beyninə qoyub"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avqustun 10-dan bu qadağalar ləğv olunur - Rəsmi
Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır
“Azərişıq” Almaniya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
Balıq və balıq məhsullarının insan orqanizmində törətdiyi fəsadlar
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
Kitabların saxlancı – qeyri-adi kitab rəfləri
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Yardım kampaniyası davam edir
Qubad İbadoğlu: SOCAR hər il öz hesabatlarını auditor yoxlamasından keçirir və açıqlayır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin