Dmitri Medvedev WADA-nın qərarını anti-Rusiya isteriyasının davamı adlandırıb

10/12/2019 [12:50] - Dünya (160)



Rusiyanın Baş naziri Dmitri Medvedev Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiya ilə bağlı qərarından şikayət edilməli olduğunu deyib.

Məlumata görə, bu barədə D. Medvedev müavinləri ilə görüşdə bildirib. Baş nazir bu qərarı xroniki hal almış anti-Rusiya isteriyasının davamı kimi xarakterizə edib: "Bu və ya digər formada artıq cəzalandırılmış idmançılarla bağlı qərarların təkrarlanması və digər məqamların qeyd edilməməsi artıq xroniki hal almış anti-Rusiya isteriyasının davamı olduğunu göstərir".

Rusiyanın Baş naziri ölkənin müvafiq təşkilatlarının Ümumdünya Antidopinq Agentliyinin qərarı ilə bağlı şikayət verilməsinin mümkünlüyünü qeyd edib: "Düşünürəm ki, Rusiyada bununla bağlı səlahiyyətli təşkilatlar bu qərardan şikayət vermək barədə düşünməlidirlər".
D. Medvedev Rusiya idmanında dopinqlə bağlı problemin olduğunu da etiraf edib: "Bir müddət öncə mən öz müsahibəmdə də qeyd etmişəm ki Rusiyanın idman cəmiyyətində dopinqlə bağlı problemlər var və bu inkar edilə bilməz". 

Qeyd edək ki, bu gün Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsinin iclası keçirilib.

Komitə qurumun Uyğunluq üzrə komitəsinin tövsiyəsini yekdilliklə dəstəkləyib. Bununla da Rusiya Antidopinq Agentliyi (RUSADA) WADA-nın uyğunluq statusundan məhrum edilib. Rusiya 4 il müddətində dünya çempionatlarını qəbul etmək, belə yarışların təşkili üçün sifariş vermək hüququndan məhrum edilib. Bu müddətdə Rusiya idmançıları Olimpiya Oyunları və dünya çempionatlarında öz milli bayraqları altında çıxış edə bilməyəcəklər.
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Vəziyyət pisdir və daha da pis olacaq - nə etməli?
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Xəbər lenti
06/08/2020 [14:46]:
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdirilib
06/08/2020 [13:41]:
Dünya bazarlarında təbii qaz ucuzlaşıb
06/08/2020 [12:39]:
"Bavariya” Jerom Boatenqi transferə çıxarıb
06/08/2020 [12:17]:
Gürcüstandan Rusiyaya çağırış
06/08/2020 [12:15]:
Böyük Britaniya və Fransanda COVID-19-un ikinci dalğası barədə xəbərdarlıq edilib
06/08/2020 [11:35]:
Fransız alimlər ölkədə epidemioloji vəziyyəti kövrək hesab edirlər
06/08/2020 [11:10]:
Sosial şəbəkələrdə yalan məlumat yayan şəxslərə xəbərdarlıq edilib
06/08/2020 [10:55]:
ÜST-dən koronavirusla bağlı son rəqəmlər
06/08/2020 [10:30]:
Bu vərdiş xərçəng riskini 30 dəfə artırır
06/08/2020 [10:00]:
Zelenskidən yeni təyinat
06/08/2020 [10:00]:
Türk klubu "Səbail"dən ayrılan dünya ulduzu ilə maraqlanır
06/08/2020 [09:34]:
ABŞ-da seçkilərə müdaxilə haqda məlumat verənlər 10 milyon mükafat alacaq
05/08/2020 [23:58]:
Hərbi təlimdə 18 hərbçi xəsarət alıb
05/08/2020 [23:00]:
KİVDF-nin icraçı direktoruna AĞIR İTKİ
05/08/2020 [21:18]:
Tramp ABŞ iqtisadiyyatını süquta götürür - “Die Zeit”
05/08/2020 [20:51]:
Millimizin futbolçusu ABŞ-da həftənin komandasına düşüb
05/08/2020 [20:29]:
Azərbaycan Livana 1 milyon dollar yardım ayırdı – Baş Nazir sərəncam imzaladı
05/08/2020 [18:50]:
Günəş şüaları koronavirusla mübarizəyə kömək edir
05/08/2020 [17:38]:
İranda yoxsulluq pik həddə qalxdı
05/08/2020 [16:24]:
Gürcüstan Azərbaycana 543 ton şaftalı ixrac edib
05/08/2020 [16:00]:
Azərbaycan Livana maliyyə yardımı göstərəcək
05/08/2020 [15:36]:
Prezident: Avropa İttifaqına üzv ölkələrlə sərhədlərin yenidən bağlanması istisna olunmur
05/08/2020 [14:47]:
Bəxtiyar Vahabzadə yaradıcılığı Türkiyənin ədəbiyyat portalında
05/08/2020 [13:11]:
İker Kasilyas karyerasını başa vurdu
05/08/2020 [12:53]:
50 milyondan çox insan aclıq təhlükəsi ilə üzləşəcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İyunda Azərbaycanın yeyinti məhsulları ixracı artıb
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
“Fitch”: Bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 38,3 mlrd. dollar təşkil edəcək
Azərbaycanda Qurban bayramı qeyd edilir
Vikipediyada Xan Şuşinski haqqında özbək dilində bölmə istifadəyə verilib
Ani ödəniş sistemi gələn ay istifadəyə veriləcək
Ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı azalıb
Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi 10% artıb
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olunub
“Yol əhvalatı”nın “Mustafa”sı: “90-cı illərdən filmlərə çəkilmirəm, parkda nəzarətçi işləyirəm”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin