Səfir: “Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək”

09/12/2019 [16:48] - Cəmiyyət (214)



Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardım Proqramı” çərçivəsində bu ölkənin Azərbaycandakı səfirinin iqamətgahında 4 layihə üzrə imzalanma mərasimi keçirib.

İstiqlal.az xəbər verir ki, səfir Teruyuki Katori layihələrin icrası barədə məlumat verərərk deyib ki, “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardım Proqramı” 2000-ci ildən Azərbaycanın bütün regionlarında həyata keçirilir və indiyə qədər 248 bu cür layihə uğurla başa çatdırılıb. Diplomat əlavə edib ki, bu gün imzalanacaq 4 layihə vasitəsilə Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək: “Həyata keçiriləcək 4 layihə  “Ağdam rayonunun 2 kəndində su təchizatının quraşdırılması”, “Ağdam rayonunun Paşabəyli kəndində bağça tikintisi”, “Zərdab rayonunun İsaqbağı və Məlikumudlu kəndlərində tibb məntəqəsinin tikintisi”, “Füzuli rayonunun Şükürbəyli kəndində su təchizatının quraşdırılması”dır. Ağdam rayonunun 2 kəndində su təchizatının quraşdırılması” layihəsi ilə bu bölgədəki əhalinin içməli suya olan təlabatının ödənilməsi və ictimai sağlamlığının inkişafı gözlənilir. Həmin rayonunun Paşabəyli kəndində bağça tikintisi” layihəsi ilə bu bölgədəki məktəbəqədər təhsilin inkişafı, eyni zamanda valideynlərin üzərindəki yükün nisbətən azaldılmasına nail olunması gözlənilir.  Zərdab rayonunun İsaqbağı və Məlikumudlu kəndlərində tibb məntəqəsinin tikintisi” layihəsi ilə bu bölgədəki səhiyyə sahəsində ilkin tibbi xidmətlərin inkişafına töhfə verəcək.  Füzuli rayonunun Şükürbəyli kəndində su təchizatının quraşdırılması” layihəsi ilə bu bölgədəki əhalinin içməli suya olan təlabatının ödənilməsi və ictimai sağlamlığını daha da yaxşılaşdıracaq”.  

Çıxışçılar Azərbaycanda bu cür layihələrin həyata keçirilməsində dəstəyə görə Yaponiya hökumətinə və Yaponiyanın Azərbaycandakı Səfirliyinə təşəkkür bildirib. “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxışında deyib ki, Yaponiya Səfirliyi ilə uzun illərdi əməkdaşlıq etdiklərini“Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardım Proqramı”nın ölkənin bir çox regionlarında, hətta Naxçıvan MR-da da uğurla həyata keçirildiyini vurğulayıb: “Azərbaycanın müxtəlif rayonlarında Yaponiyanın bir hissəsi yaradılıb. İnsanlarımız hər yerdə Yaponiyanın adını xüsusi hörmətlə çəkir. Bu layihələr də digər layihələr kimi uğurla və yüksək səviyyədə başa çatacağına əminəm”. 

Xatırladaq ki, 141 ölkə və bir regionu əhatə edən “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı insan təhlükəsizliyi ideyasına əsaslanaraq, inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişafa dəstək göstərir. İnsan yaşayışı üçün vaciblik təşkil edən sahələri (təhsil, səhiyyə, yaşayış mühiti) prioritet götürən qrant yardımı proqramı əhalinin həyat şəraitinə birbaşa təsir göstərən xırda infrastruktur layihələrini icra edir.

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - fotolar
28 dairənin “dövlət kimi” deputatı
Qadın hüquqlarının müdafiəsinə daha bir QHT sədri qoşuldu
27 saylı dairədə "köhnələr"lə yeni islahatçıların mübarizəsi
Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
Xəbər lenti
22/01/2020 [22:26]:
Qəbələdə yanğın olub
22/01/2020 [21:40]:
SOCAR və “LUKoil” arasında əməkdaşlıq memorandumu imzalanıb
22/01/2020 [21:32]:
Tramp impiçment prosesini oyunbazlıq adlandırıb
22/01/2020 [20:56]:
İqbal Ağazadənin “Gəncə”də növbəti görüşü keçirildi
22/01/2020 [20:52]:
İlk dəfə qadın prezident seçilib
22/01/2020 [20:20]:
Prezident İlham Əliyev BP-nin baş icraçı direktoru ilə görüşüb
22/01/2020 [19:40]:
Xeyli miqdarda papiros müsadirə edilib
22/01/2020 [18:41]:
Əlillərə imtahanlarda əlavə vaxt və nəzarət altında fasilə veriləcək
22/01/2020 [17:43]:
Sahibsiz heyvanlarla bağlı xeyriyyə tədbiri keçirilib
22/01/2020 [17:29]:
Prezident İlham Əliyev “SUEZ Group”un yeni baş icraçı direktoru ilə görüşüb
22/01/2020 [17:26]:
Azərbaycan və Polşa prezidentlərinin Davosda görüşü olub
22/01/2020 [17:21]:
Kolumbiya Qəhvəsinin orijinal ləzzətini Bakıda dadmaq mümkün olacaq
22/01/2020 [16:31]:
Ötən il ekoloji qanunvericiliyin pozulmasına görə 868 nəfər cərimələnib
22/01/2020 [15:46]:
Azərbaycanda dövlət xətti ilə kirayəyə veriləcək mənzillərin qiymətləri açıqlanıb
22/01/2020 [14:44]:
Milli Kitabxanada “Zəlimxan Yaqub – 70” adlı kitab sərgisi açılıb
22/01/2020 [14:22]:
Riçard Almeyda BƏƏ klubu ilə müqavilə imzalayıb
22/01/2020 [14:15]:
Məzahir Pənahov: “İndiyə qədər MSK-ya 32 şikayət daxil olub”
22/01/2020 [14:01]:
Çingiz Qənizadə Beyləqanda seçicilərlə görüşüb
22/01/2020 [13:50]:
Musiqili Teatr “999-cu gecə”ni növbəti dəfə repertuara salıb
22/01/2020 [13:20]:
Rusiya İdlib və Hələbi bombaladı – 12 dinc sakin öldü
22/01/2020 [12:57]:
Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - fotolar
22/01/2020 [12:42]:
Yeni Yasamalda yeni yol bağlantısı yaradılır
22/01/2020 [12:22]:
Seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
22/01/2020 [12:14]:
Hikmət Hacıyev: “Aİ ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesini başlatmışıq”
22/01/2020 [12:06]:
Nəsimi rayonu 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ötən ilin yekunlarını müzakirə edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Latviyanın Azərbaycandakı səfiri AZPROMO-da olub
32 cinayətin üstü “isti izlər”lə açılıb
Saxta spirtli içkilər satan dəstə üzvləri saxlanılıb
Paşinyan mətbuatı qarabağlıların nəzarətindən çıxarmaq istəyir
Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması qaydası təsdiqlənib
Azərbaycanla Rusiya arasında innovasiyalarla bağlı yol xəritəsi hazırlanır
Növbəti qlobal böhran gözlənilir
Bakının savaş öncəsi “baş məşq”i - müharibə haqqımız tanındı, bəs sonra?
Xarici ticarət dövriyyəsi 30 milyard dolları ötüb
Musiqili Teatrda “İstintaq” olacaq
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin