Mərkəzi Elmi Kitabxanada Nəsiminin 650 illiyinə həsr olunan II beynəlxalq elmi konfrans keçirilib

09/12/2019 [17:42] - Mədəniyyət (82)



Dekabrın  9-da Mərkəzi Elmi Kitabxanada "Ey Nəsimi, cahanı tutdu sözü..." adı altında Nəsiminin 650 illiyinə həsr olunan II beynəlxalq elmi konfrans keçirilib.

APA xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti Ramiz Mehdiyev, vitse-prezident İsa Həbibbəyli, institut direktorları və xarici qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, Nəsiminin 650 illiyi ilə əlaqədar il ərzində ayrı-ayrı qurumlar tərəfindən, həmçinin AMEA-nın müxtəlif tədbirləri həyata keçirilib. Onun sözlərinə görə, AMEA-nın ictimai və humanitar institutları Nəsiminin həyat və yaradıcılığına həsr olunan elmi konfranslar keçirib  və bir çox kitablar çap olunub:

"Sovet İttiqfaqı zamanı Nəsimiyə həsr olunan cəmi 3 kitab çap edilmişdi. Sonradan ölkədə Nəsimiyə həsr olunan bədii əsərlər yaranmışdı. Qabilin "Nəsimi" poeması, İsa Hüseynovun "Məşhər" əsərlərini göstərmək olar. Bunlar Nəsimini daha dərindən tanıtmaqda rol oynayıb. İsa Hüseynovun ssenarisi əsasında çəkilmiş "Nəsimi" filmi isə Nəsimini daha yaxşı tanıdıb. Prezidentin sərəncamı ilə Nəsiminin 650 illiyinin qeyd olunması onu daha dərindən öyrənmək və digər dillərə tərcümə olunaraq dünyaya çatdırmaq istiqamətində böyük rol oynadı".

İ.Həbibbəyli qeyd edib ki, il ərzində AMEA tərəfindən Nəsimiyə həsr olunan 20 kitab çap olunub  və ilin sonuna kimi bu say artacaq:

"Çapda olan kitablar var. Eyni zamanda, AMEA-nın iştirakı ilə Nəsimiyə həsr olunan kitablar italyan, bolqar, çex, qazax, özbək, ümumilikdə 11 dildə çap olunub. Ona müqəddimələr, şərhlər yazılıb".

Vitse-prezidentin sözlərinə görə, Azərbaycan klassik ədəbiyyatında Nəsimi yeni roldur:

"Nəsimi Nizamidən sonra Füzulidən əvvəlki ən böyük ədəbiyyat zirvəsidir. Bildirim ki, bugübkü tədbirlə AMEA tərəfindən Nəsimi ilinə həsr olunan tədbirlərə yekun vurulur".

Daha sonra  çıxış edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov İ.Nəsiminin həyat və yaradıcılığından söz açıb. O, Nəsimiyə həsr olunan tədbirlərdən, onun yaradıcılığının vacibliyindən danışıb.
Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - fotolar
28 dairənin “dövlət kimi” deputatı
Qadın hüquqlarının müdafiəsinə daha bir QHT sədri qoşuldu
27 saylı dairədə "köhnələr"lə yeni islahatçıların mübarizəsi
Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
Xəbər lenti
23/01/2020 [23:57]:
Dünyanın daha bir ölkəsində koronavirus aşkarlanıb
23/01/2020 [22:38]:
Fransız iş adamı dünyanın ən varlı insanı olub
23/01/2020 [21:29]:
Bakının iki massivi qazla təmin olunub
23/01/2020 [20:55]:
"Qarabağ" Qazaxıstan komandasını məğlub edib
23/01/2020 [20:26]:
İqbal Ağazadə Şıxlinski küçəsindəki seçicilərlə görüşdü
23/01/2020 [19:53]:
XİN: Ermənistan XİN etnik təmizləmə siyasətini etiraf etməlidir
23/01/2020 [19:51]:
Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib
23/01/2020 [19:50]:
İran kosmosa iki peyk göndərəcək
23/01/2020 [18:50]:
MSK sədri siyasi partiyalara müraciət edib
23/01/2020 [18:34]:
Çində koronavirusdan ölənlərin sayı 17-ə çatıb
23/01/2020 [17:41]:
Norveçin şimalı iflic oldu
23/01/2020 [17:00]:
QMİ sədri Qətər səfirini qəbul edib
23/01/2020 [16:46]:
İdlibdə silahlılar Suriya ordusuna hücum ediblər
23/01/2020 [15:37]:
Çingiz Qənizadə Beyləqanda seçicilərlə görüşlərini davam etdirir
23/01/2020 [15:20]:
Azərbaycan əhalisinin gəlirləri açıqlanıb
23/01/2020 [14:53]:
Azərbaycanda bu şəxslər 955 min manat məbləğində cərimə edilib
23/01/2020 [14:25]:
Prezident “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb
23/01/2020 [14:23]:
Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib
23/01/2020 [14:16]:
Prezident İlham Əliyev Veronika Skotti ilə görüşüb
23/01/2020 [13:20]:
Ağstafada silah-sursat aşkarlanıb
23/01/2020 [12:49]:
Marsa səyahət kreditlə ola bilər
23/01/2020 [12:20]:
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı ötən il 1,5% artıb
23/01/2020 [11:51]:
Azərbaycan millisi "Alanyaspor"u məğlub edib
23/01/2020 [11:24]:
Həsən Ruhani: "İran nüvə silahı istehsal etməyəcək"
23/01/2020 [10:47]:
Ötən il Bakının prokurorluq orqanlarına daxil olan müraciətlərin sayı açıqlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması qaydası təsdiqlənib
Azərbaycanla Rusiya arasında innovasiyalarla bağlı yol xəritəsi hazırlanır
Növbəti qlobal böhran gözlənilir
Bakının savaş öncəsi “baş məşq”i - müharibə haqqımız tanındı, bəs sonra?
Xarici ticarət dövriyyəsi 30 milyard dolları ötüb
Musiqili Teatrda “İstintaq” olacaq
20 Yanvar faciəsindən 30 il ötür
“Windows”da aşkarlanan boşluq aradan qaldırılıb
Milli Qəhrəman Mübariz İbrahimovun şücaətindən bəhs edən operanın premyerası keçirilib
Azərbaycanda elektron qolbaq daşıyan məhkumların sayı açıqlanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin