Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub

08/12/2019 [18:14] - Cəmiyyət (243)



“İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Dövlət satınalmalarında şəffaflığın artırılmasına yardım göstərilməsi” layihəsi çərçivəsində hazıanmış  hesabatı təqdim edib.

“Dövlət satınalmalarında şəffaflıq” adlı hesabat layihə çərçivəsində keçirilən dəyirmi masada təqdim olunub.  Dəyirmi masanın moderatoru, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev  dövlət  satınalmalarında şəffaflıq və hesabatlıqla bağlı problemlərdən danışıb. Qeyd edib ki,  Azərbaycanda  dövlət satınalmalarında  ciddi islahatlara ehtiyac var. KİV-də, müxtəlif tədqiqatlarda, həmçinin bu hesabatda dövlət satınalmalarında müşahidə olunan nöqsanlar barədə çoxsaylı faktlar öz əksini tapır. Bu sahədə qanunvericiliyin tələblərinə əməl olunmur, rəqəmlər şişirdilir, tenderlər, kotirovka sorğuları formal keçirilir və formal şirkətlər yaradılır, onlar zəruri olan tender iştirakçısı sayını  təmin edirlər, sonda  əksər hallarda satınalma subyektinin əvvəlcədən müəyyən etdiyi, yaxud razılaşdığı şirkət qalib olunur.

Platforma koordinatoru bildirib ki,  bu sahədə şəffaflığın təmin edilməsi çox mühüm bir vəzifə kimi qarşıda durur, ölkə rəhbərliyi tərəfindən də bu nöqsanlar açıq şəkildə qeyd edilib. Ə.Nuriyev bu layihə çərçivəsində hazırlanan təkliflərin hökumət təqdim ediləcəyini də vurğulayıb.

Hesabatı təqdim edən layihə eksperti Sahib Məmmədov bildirib ki,  hazırda elektron satınalma modelinə keçidi, dövlət satınalmalarının effektiv planlaşdırılması və icrasını nəzərdə tutur. Bununla belə ötən dövr ərzində dövlət satınalmaları üçün nəzərdə tutulan prosedurlara əməl olunması və şəffaflığın təmin olunması ilə bağlı mövcud problemlərin tam həll olunmasını qeyd etmək mümkün deyildir. Ən ciddi problemlərdən biri kimi  Azərbaycan qanunvericiliyində elektron tenderdən istifadə ilə bağlı dövlət qurumlarına hər hansı məcburedici normanın olmamasıdır. Həmçinin tenderlərlə bağlı “məlumat axtarış” imkanı məhdud səviyyədə olduğunu qeyd edir. Bu hesabat  hazırlanarkən internet portalında axtarış sisteminin qüsurlu olması müşahidə olundu. Bu isə istifadəçilərə istənilən məlumatı dərhal əldə etmək imkanı vermir və əldə edilməli məlumatın axtarılmasına çox vaxtın sərf olunmasına gətirir.

Ekspert konkret numunələrlə 10 manat nizamnamə kapitalı olan bir yeni kommersiya qurumuna müxtəlif təyinatlı xidmətlərin göstərilməsi üçün bir neçə ay ərzində on milyonlarla manat vəsaitin (tenderin qalibi olaraq) ayrılmasını göstərib və bunun  qanunvericiliyin tələblərinə zidd olması və bu müqavilələrin şübhəli göründüyünü bildirib.

S.Məmmədov İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı dövlət satınalmaları ilə bağlı standart və tövsiyyələrini yerli parktika ilə müqayisəli şəkildə təqdim edib.

Sonda layihə eksperti təklifləri diqqətə çatıdırıb. Qeyd edək ki, layihə çərçivəsində “Dövlət satınalmaları haqqında!” qanun da təhlil edilib və boşluqların aradan qaldırılması üşün təkliflər hazırlanıb.

Tədbir iştirakçıları öz fikirlərini və təkliflərini qeyd ediblər. Bu təkliflər nəzərə alınmaqla “Dövlət satınalmalarında şəffaflıq” adlı hesabat Azərbaycan Açıq Hökumət Platformasının saytında yerləşdirilib. Hesabatla aşağldakı link vasitəsilə tanış olmaq mümkündür.

http://ogp.org.az/az/wp-content/uploads/2019/12/D%C3%B6vl%C9%99t-sat%C4%B1nalmalar%C4%B1nda-%C5%9F%C9%99ffafl%C4%B1q_REV%C4%B0SED.pdf

Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Vəziyyət pisdir və daha da pis olacaq - nə etməli?
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Xəbər lenti
06/08/2020 [13:41]:
Dünya bazarlarında təbii qaz ucuzlaşıb
06/08/2020 [12:39]:
"Bavariya” Jerom Boatenqi transferə çıxarıb
06/08/2020 [12:17]:
Gürcüstandan Rusiyaya çağırış
06/08/2020 [12:15]:
Böyük Britaniya və Fransanda COVID-19-un ikinci dalğası barədə xəbərdarlıq edilib
06/08/2020 [11:35]:
Fransız alimlər ölkədə epidemioloji vəziyyəti kövrək hesab edirlər
06/08/2020 [11:10]:
Sosial şəbəkələrdə yalan məlumat yayan şəxslərə xəbərdarlıq edilib
06/08/2020 [10:55]:
ÜST-dən koronavirusla bağlı son rəqəmlər
06/08/2020 [10:30]:
Bu vərdiş xərçəng riskini 30 dəfə artırır
06/08/2020 [10:00]:
Zelenskidən yeni təyinat
06/08/2020 [10:00]:
Türk klubu "Səbail"dən ayrılan dünya ulduzu ilə maraqlanır
06/08/2020 [09:34]:
ABŞ-da seçkilərə müdaxilə haqda məlumat verənlər 10 milyon mükafat alacaq
05/08/2020 [23:58]:
Hərbi təlimdə 18 hərbçi xəsarət alıb
05/08/2020 [23:00]:
KİVDF-nin icraçı direktoruna AĞIR İTKİ
05/08/2020 [21:18]:
Tramp ABŞ iqtisadiyyatını süquta götürür - “Die Zeit”
05/08/2020 [20:51]:
Millimizin futbolçusu ABŞ-da həftənin komandasına düşüb
05/08/2020 [20:29]:
Azərbaycan Livana 1 milyon dollar yardım ayırdı – Baş Nazir sərəncam imzaladı
05/08/2020 [18:50]:
Günəş şüaları koronavirusla mübarizəyə kömək edir
05/08/2020 [17:38]:
İranda yoxsulluq pik həddə qalxdı
05/08/2020 [16:24]:
Gürcüstan Azərbaycana 543 ton şaftalı ixrac edib
05/08/2020 [16:00]:
Azərbaycan Livana maliyyə yardımı göstərəcək
05/08/2020 [15:36]:
Prezident: Avropa İttifaqına üzv ölkələrlə sərhədlərin yenidən bağlanması istisna olunmur
05/08/2020 [14:47]:
Bəxtiyar Vahabzadə yaradıcılığı Türkiyənin ədəbiyyat portalında
05/08/2020 [13:11]:
İker Kasilyas karyerasını başa vurdu
05/08/2020 [12:53]:
50 milyondan çox insan aclıq təhlükəsi ilə üzləşəcək
05/08/2020 [12:45]:
Beyrutda çox sayda xilasedici həlak olub, itkin düşənlər var
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İyunda Azərbaycanın yeyinti məhsulları ixracı artıb
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
“Fitch”: Bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 38,3 mlrd. dollar təşkil edəcək
Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
Azərbaycanda Qurban bayramı qeyd edilir
Vikipediyada Xan Şuşinski haqqında özbək dilində bölmə istifadəyə verilib
Ani ödəniş sistemi gələn ay istifadəyə veriləcək
Ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı azalıb
Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi 10% artıb
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olunub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin