Fransa ABŞ-dan ÜTT-yə şikayət etməyə hazırlaşır

09/12/2019 [11:22] - Dünya (160)



Paris ABŞ-ın Fransa mallarına yeni gömrük rüsumu tətbiq etmək niyyəti ilə əlaqədar  Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət etməyə hazırlaşır.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransa İqtisadiyyat və Maliyyə naziri Bryuno Lye Mer bəyan edib.

ABŞ ticarət nümayəndəsinin hesabatında bildirilir ki, Fransa ABŞ rəqəmsal şirkətlərinə qarşı diskriminasiya siyasəti həyata keçirir. ABŞ isə bunun qarşılığında Fransa mallarına tətbiq edilən gömrük rüsumunu 100 faiz, yəni 2,4 milyard dollar həcmində artıra bilər. Yeni gömrük rüsumları Fransa şampanı və pendiri kimi mallara tətbiq edilə bilər. Bundan əvvəl oktyabr ayında ABŞ “Airbus” işi çərçivəsində fransız şərablarına 25 faiz əlavə gömrük rüsumu tətbiq edib.
Fransa Maliyyə və İqtisadiyyat naziri isə deyib ki, Fransada rəqəmsal vergi ABŞ şirkətləri kimi Avropa şirkətlərinə, o cümlədən Fransa və Çin şirkətlərinə də təsir edir: “Mən Fransada rəqəmsal verginin ABŞ şirkətlərinə qarşı diskriminasiya kimi qiymətləndirilməsini qəbul etmirəm. ABŞ sanksiyalarının isə heç bir qanuni əsası yoxdur. Əgər Vaşinqton Fransa mallarına yeni gömrük rüsumları tətbiq etsə, Avropa İttifaqı buna güclü cavab verməyə hazırdır”.

Qeyd edək ki, bu ilin iyulunda Fransa parlamenti ölkədə “Amazon”, “Apple”, “Facebook” və “Google” kimi nəhəng rəqəmsal şirkətlərin xidmətlərinə görə vergi tətbiqini nəzərdə tutan qanun qəbul edib. Bu, ABŞ-da ciddi tənqidlə qarşılanıb. ABŞ Prezidenti Donald Tramp buna cavab olaraq Fransa şərablarına yeni gömrük rüsumu tətbiq edilə biləcəyini bəyan edib. Avqust ayında Fransa Prezidenti Emmanuel Makron Paris və Vaşinqton arasında razılaşma əldə olunduğunu açıqlayıb. Razılaşmaya əsasən, beynəlxalq səviyyədə rəqəmsal xidmətlərə görə vergi tətbiq edilən zaman Fransa böyük rəqəmsal şirkətlərə tətbiq etdiyi vergini ləğv edəcək.
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
15/08/2020 [11:51]:
Rusiyanın kəşfiyyatçı-hakerləri yeni virus yaratdı – Dünyaya təhdid
15/08/2020 [11:14]:
Hindistanda COVID-19-a qarşı peyvəndin sınaqları keçirilir
15/08/2020 [10:28]:
"Keşlə" yeni qapıçı transfer etdi
15/08/2020 [10:11]:
Xüsusi kanatin rejimi sərtləşdirilimiş rayonlardakı qaydalara dəyişiklik edilib - Siyahı
15/08/2020 [10:00]:
Azərbaycan buğda idxalını 34% azaldıb
14/08/2020 [23:58]:
Koronavirusun atipik simptomları məlum olub
14/08/2020 [21:40]:
Bu ilin ilk yarısında BTC kəməri ilə 462 mln. tondan çox xam neft nəql edilib
14/08/2020 [20:46]:
Qalata qülləsində aparılan bərpa işləri mütəxəssislərin nəzarətindədir
14/08/2020 [18:42]:
Ceyhun Bayramov Yaponiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
14/08/2020 [18:28]:
PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq"
14/08/2020 [17:55]:
COVID-19 virusuna yoluxma ehtimalı qan qrupundan asılıdır
14/08/2020 [17:35]:
Nazirlik əhaliyə müraciət etdi
14/08/2020 [17:22]:
Tovuz hadisələri Ermənilərin yaratdığı hərbi təxribatdır…
14/08/2020 [17:00]:
Ceyhun Bayramov BƏƏ-nin ölkəmizdəki səfirini qəbul edib
14/08/2020 [16:50]:
Ermənistan silah istehsalçılarının poliqonudur
14/08/2020 [16:47]:
Azərbaycanda ÜDM-in həcmi 3%-ə yaxın azalıb
14/08/2020 [16:19]:
Serbiya hökumətinin addımı Azərbaycan tərəfindən birməmalı qarşılanmadı
14/08/2020 [16:00]:
Mənfur qonşularımızın necə və nə yollarla silahlanması
14/08/2020 [15:49]:
Ermənistanın silahlanmasında digər dövlətlərin dəstəyi
14/08/2020 [15:24]:
Fransa Aralıq dənizinə qırıcı təyyarələr göndərəcək
14/08/2020 [15:14]:
Ermənistanın digər ölkələrdən aldığı hərbi köməklər
14/08/2020 [15:03]:
Dostumuz kim, düşmənimiz kim?
14/08/2020 [15:00]:
Paşinyan BBC-də biabır oldu - Video
14/08/2020 [14:37]:
İranlı rəsmi: “Rusiyanın COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb”
14/08/2020 [13:22]:
Çin Mayk Pompeonu “siyasi virus” yaymaqda ittiham edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Balıq və balıq məhsullarının insan orqanizmində törətdiyi fəsadlar
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
Kitabların saxlancı – qeyri-adi kitab rəfləri
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Yardım kampaniyası davam edir
Qubad İbadoğlu: SOCAR hər il öz hesabatlarını auditor yoxlamasından keçirir və açıqlayır
Beynəlxalq təşkilatlar dağılmış tarixi irsin bərpası üçün Livana yardım edəcəklər
Beynəlxalq Turizm Təşkilatı: Qlobal turizm sektoru 320 milyard dollar zərərə uğrayıb
Azərbaycan iyulda gündəlik 554,1 min barrel xam neft hasil edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin