"Həzi Aslanov" metrostansiyası bağlanır?

08/12/2019 [13:54] - Gündəm (183)



Bir sıra kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda yanlış olaraq, Bakı metropoliteninin "Həzi Aslanov" stansiyasının əsaslı təmir məqsədilə sərnişinlərin giriş-çıxışına bağlanacağı bildirilir.

Məlumata görə, "Bakı Metropoliteni" QSC bildirir ki, yayılmış məlumat həqiqəti əks etdirmir və Səhmdar Cəmiyyətin sədr müavini Hidayət Məmmədov heç bir kütləvi informasiya vasitəsinə bununla bağlı açıqlama verməyib, eyni zamanda, məsələ ilə bağlı müəssisənin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət olunmayıb:

"Qeyd olunmalıdır ki, bu günlərdə QSC sədrinin müavini televiziya proqramlarından birinin efir qonağı kimi hidrogeoloji təsirlərin qarşısının alınması məqsədilə "Həzi Aslanov" metrostansiyasında qabaqlayıcı tədbirlərin görülməsi üçün əsaslı təmir işlərinin aparılmasının nəzərdə tutulduğunu və bu məqsədlə dövlətin müvafiq səlahiyyətli orqanına müraciət olunduğunu qeyd edib. Lakin onun çıxışında stansiyanın bağlanması ilə bağlı ifadə yer almayıb. Buna rəğmən məlumat dərc edən kütləvi informasiya vasitələri heç bir əsas olmadan və naməlum səbəblərdən təmir işləri ilə stansiyanın bağlanması arasında qəribə məntiqi bağlılıq quraraq və dəqiqləşdirmə aparmadan tamamilə yanlış məlumat yayıblar. Bununla da ictimaiyyət arasında çaşqınlığın yaranmasına səbəb olublar".

"Bakı Metropoliteni" QSC bildirir ki, "Həzi Aslanov" stansiyasında planlaşdırılan təmir məhz qabaqlayıcı tədbir kimi nəzərdə tutulub: "Stansiya infrastrukturunu və onun konstruksiyasını hazırda hər hansısa təhlükə gözləmir. Əsaslı təmir məhz gələcəkdə yarana biləcək təhlükənin qarşısını əvvəlcədən almağa hesablanıb. Ən əsası, təmir dövründə stansiyanın sərnişinlərin giriş-çıxışına bağlanması nəzərdə tutulmayıb.

Ümumiyyətlə, "əsaslı təmir" anlayışı stansiyanın mütləq şəkildə bağlanması zərurətini yaratmır və bunu nəzərdə tutmur. Təmirlə əlaqədar sərnişinlərə hər hansısa təhlükənin yaranması ehtimalı olduqda, habelə təmirlə əlaqədar onların hərəkətinin tam məhdudlaşdırılmasına zərurət yarandığı hallarda stansiyanın bağlanması qaçılmaz olur. Əsaslı təmir və yenidənqurma zamanı stansiyanın bağlanmadan aparılmasına "Nizami" stansiyasında görülmüş işlər əyani nümunədir. Həmçinin "Xətai" stansiyasında da platforma və yolların təmiri stansiya bağlanmadan həyata keçirilmişdi. Bu stansiyanın bağlanması zərurətini istismar müddətini başa vurmuş eskalatorların dəyişdirilməsi zamanı onun bir giriş-çıxışlı olması yaratmışdı. Məlumdur ki, son illərdə "Elmlər Akademiyası", "İnşaatçılar", "20 Yanvar" stansiyalarında eskalatorlar yenisi ilə əvəz edilərkən, sərnişinlər digər giriş-çıxışlardan, "28 May" stansiyasında isə "Cəfər Cabbarlı" stansiyasının keçidlərindən istifadə edirdilər.

Onu da xüsusi qeyd edək ki, Bakı metropoliteninin bütün infrastrukturu, o cümlədən mövcud stansiya və tunellərinin vəziyyəti, dayanıqlığı, etibarlığı daimi nəzarət altındadır. Metropolitendə bununla bağlı gündəlik təftiş və yoxlamalar aparılır. Tunel geyiminin və onun arxa hissəsinin müayinələri və monitorinqləri də bu prosesin tərkib hissəsidir. Bunun üçün müxtəlif müasir avadanlıqlardan, 2015-ci ildən isə həm də dünyada nadir diaqnostika qurğularından biri hesab olunan metropoliten infrastrukturunu çoxfunksiyalı diaqnostik yoxlama kompleksindən istifadə olunur.

Bir daha xatırladırıq ki, "Bakı Metropoliteni" QSC fəaliyyətində sərnişinlərin maraqlarını daim əsas götürür və təmir-bərpa, yenidənqurma işlərinə başlanmazdan əvvəl bütün məlumatları tam təfsilatı ilə ictimailəşdirir, yaranan hər bir sualı cavablandırır. Bundan savayı, təmir işlərinin gedişi ilə bağlı ictimaiyyətə müntəzəm məlumatlar yayır.

Qeyd edilənləri nəzərə alaraq, "Bakı Metropoliteni" QSC bir daha kütləvi informasiya vasitələrinin nəzərinə çatdırır ki, Bakı metropoliteni şəhərin əsas ictimai nəqliyyat vasitələrindən biridir, şəffaflıq və obyektivlik, ictimaiyyətə maksimum açıqlıq müəssisənin fəaliyyətinin prioritet istiqamətlərindədir. Dəqiqləşdirilməmiş məlumatlar ictimaiyyətdə, ələlxüsus metro sərnişinləri arasında yanlış təsəvvürlər, çaşqınlıq və təşviş yaradır, birmənalı qarşılanmır, müəssisənin nüfuzuna və onun kollektivinin əməyinə xələl gətirir".
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Vəziyyət pisdir və daha da pis olacaq - nə etməli?
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Xəbər lenti
06/08/2020 [14:46]:
Haaqadakı Xocalı abidəsinin yeri dəyişdirilib
06/08/2020 [13:41]:
Dünya bazarlarında təbii qaz ucuzlaşıb
06/08/2020 [12:39]:
"Bavariya” Jerom Boatenqi transferə çıxarıb
06/08/2020 [12:17]:
Gürcüstandan Rusiyaya çağırış
06/08/2020 [12:15]:
Böyük Britaniya və Fransanda COVID-19-un ikinci dalğası barədə xəbərdarlıq edilib
06/08/2020 [11:35]:
Fransız alimlər ölkədə epidemioloji vəziyyəti kövrək hesab edirlər
06/08/2020 [11:10]:
Sosial şəbəkələrdə yalan məlumat yayan şəxslərə xəbərdarlıq edilib
06/08/2020 [10:55]:
ÜST-dən koronavirusla bağlı son rəqəmlər
06/08/2020 [10:30]:
Bu vərdiş xərçəng riskini 30 dəfə artırır
06/08/2020 [10:00]:
Zelenskidən yeni təyinat
06/08/2020 [10:00]:
Türk klubu "Səbail"dən ayrılan dünya ulduzu ilə maraqlanır
06/08/2020 [09:34]:
ABŞ-da seçkilərə müdaxilə haqda məlumat verənlər 10 milyon mükafat alacaq
05/08/2020 [23:58]:
Hərbi təlimdə 18 hərbçi xəsarət alıb
05/08/2020 [23:00]:
KİVDF-nin icraçı direktoruna AĞIR İTKİ
05/08/2020 [21:18]:
Tramp ABŞ iqtisadiyyatını süquta götürür - “Die Zeit”
05/08/2020 [20:51]:
Millimizin futbolçusu ABŞ-da həftənin komandasına düşüb
05/08/2020 [20:29]:
Azərbaycan Livana 1 milyon dollar yardım ayırdı – Baş Nazir sərəncam imzaladı
05/08/2020 [18:50]:
Günəş şüaları koronavirusla mübarizəyə kömək edir
05/08/2020 [17:38]:
İranda yoxsulluq pik həddə qalxdı
05/08/2020 [16:24]:
Gürcüstan Azərbaycana 543 ton şaftalı ixrac edib
05/08/2020 [16:00]:
Azərbaycan Livana maliyyə yardımı göstərəcək
05/08/2020 [15:36]:
Prezident: Avropa İttifaqına üzv ölkələrlə sərhədlərin yenidən bağlanması istisna olunmur
05/08/2020 [14:47]:
Bəxtiyar Vahabzadə yaradıcılığı Türkiyənin ədəbiyyat portalında
05/08/2020 [13:11]:
İker Kasilyas karyerasını başa vurdu
05/08/2020 [12:53]:
50 milyondan çox insan aclıq təhlükəsi ilə üzləşəcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İyunda Azərbaycanın yeyinti məhsulları ixracı artıb
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
“Fitch”: Bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 38,3 mlrd. dollar təşkil edəcək
Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
Azərbaycanda Qurban bayramı qeyd edilir
Vikipediyada Xan Şuşinski haqqında özbək dilində bölmə istifadəyə verilib
Ani ödəniş sistemi gələn ay istifadəyə veriləcək
Ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı azalıb
Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi 10% artıb
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olunub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin