Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq

06/12/2019 [14:50] - Siyasət (264)



İrəvanın məkrli “3 tərəf” konsepsiyası rəsmən sıfırlandı; Paşinyanın Xankəndindəki eyforik çıxışına Avropadan sərt cavab verildi - “Yalnız iki icmanın özünüidarə statusu...”
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ərəfəsi dünən Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavada 4 dekabrda işinə başlayan 26-cı illik görüşü ərəfəsində Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycan dövlətinin mövqeyini təqdim edib.

Nümayəndəliyin yaydığı məlumatda Azərbaycanın münaqişənin ATƏT-in Minsk Qrupu formatında siyasi yolla həllinə sadiq qaldığı ifadə olunur. Qeyd edilir ki, münaqişənin həlli üçün hüquqi və siyasi əsaslar BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində, həmçinin ATƏT-in müvafiq sənədlərində və qərarlarında təsbit edilib.

Məlumatda daha sonra bildirilir ki, konfliktin həlli yalnız “Helsinki Yekun Aktı”nda təsbit olunmuş beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında mümkündür. Azərbaycan münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, xüsusən 1994-cü ildə Budapeşt sammitinin qərarlarına söykənən mərhələli yanaşmaya sadiqdir.
Daha sonra qeyd olunur ki, ilk addım münaqişənin fəsadlarının aradan qaldırılmasıdır: “Bu, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ bölgəsinin və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması, zorla didərgin düşmüş azərbaycanlı əhalinin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtması və bu ərazilərdəki əmlakların onlara qaytarılması, qarşılıqlı istifadə və bu ərazilərin iqtisadi inkişafı üçün bölgədə bütün kommunikasiyaların açılması ilə nəticələnəcək”.

Yekunda bildirilir ki, həll prosesinin növbəti mərhələsi Azərbaycan Konstitusiyası və qanunvericiliyinə uyğun olaraq, Azərbaycan daxilində bölgənin əhalisi üçün özünüidarəetmə statusunun müəyyənləşdirilməsidir. “Bu status bölgədəki erməni və azərbaycanlı icmaların dinc yanaşı yaşamasını təmin edəcək və bütün insan hüquqları və əsas azadlıqlarının bərabər əsasda və ayrı-seçkilik olmadan tam təmin edilməsinə imkan verəcək. Statusun müəyyənləşdirilməsi dinc şəraitdə, qanuni proses yolu ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi əhalisinin, yəni erməni və azərbaycanlı icmalarının birbaşa, tam və bərabər iştirakı ilə və yalnız Azərbaycan hökuməti ilə qarşılıqlı əlaqədə qanuni və demokratik proses çərçivəsində baş tutacaq. Azərbaycan bu çərçivədən kənarda münaqişənin heç bir siyasi həllini düşünmür və bu anlayışa əsaslanan həll prosesində iştirak edir. Münaqişənin siyasi həlli hərtərəfli iqtisadi inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradacaq”, - deyə rəsmi sənəddə vurğulanır.
Beləliklə, Bakı Dağlıq Qarabağ məsələsində qəti olaraq “qırmızı xətti” cızdı: Azərbaycanın ərazi bütövlüyü heç bir halda alver mövzusu olmayacaq. Bölgənin statusu ilə bağlı referendum söhbəti də artıq yığışdırılır. Yalnız Azərbaycan Konstitusiyası və qanunları çərçivəsində Dağlıq Qarabağın hər iki icmasının hüquqlarının bərabər şəkildə qorunması şərtilə regiona özünüidarə statusu tanınır. Lap dəqiqi, apaydın mesaj verilir ki, Azərbaycan torpaqlarında ikinci erməni “dövləti”nin zühur edəcəyini gözləyənlər boşuna gözləyir. Söhbət təkcə ermənilərdən, erməni lobbisindən getmir. Həm də erməni havasına girən bəzi güclərdən gedir.

Bu mesaj sözsüz ki, ən əvvəl Ermənistan baş naziri Nikol Paşinyanın məkrli “3 tərəf” konsepsiyasına (“Problemin həlli Azərbaycanı, Ermənistanı və Dağlıq Qarabağı qane etməlidir” tezisi) Bakının yekun rəsmi cavabıdır. Paşinyan neçə vaxtdır özünün guya ən ədalətli olan bu bəyanatına Azərbaycandan cavab gözləyirdi. Bu da sənə rəsmi və arqumentli cavab.

Sənəd həmçinin onun təsbitidir ki, Azərbaycan öz ərazi bütövlüyünü istənilən yolla bərpa etmək haqqını özündə saxlayır. Belə bir hüququ onun əlindən hələ heç kim almayıb, ala bilməz. Biz özümüz imtina etməsək, savaş haqqını hər hansı başqa dövlət və ya beynəlxalq təşkilat mənimsəyə bilməz.
Odur ki, işğalçı tərəf nə qədər tez yalançı qələbə eyforiyasından çıxıb öz xalqını mifik yox, həqiqi mənada mümkün olacaq sülhə hazırlasa, bir o qədər bütün region üçün, ilk növbədə də Ermənistanın özü üçün yaxşı olar. Əks halda, işğalçı ölkəni yeni müharibə fəlakəti gözləyir. Doğrudur, müharibə hamıya itkilər vəd edir, ancaq əksər siyasi və hərbi təhlilçilərə görə, Ermənistan indiki iqtisadi, hərbi və insani resursları ilə qat-qat böyük zərərə uğrayacaq.                                   

Əfsus ki, Ermənistanın özünü demokrat sayan rəhbərliyi də sələfləri kimi yanlış eyforiyadan çıxa bilmir. Buna Nikol Paşinyanın işğal altındakı Dağlıq Qarabağda ötən həftə verdiyi açıqlamalar şübhə yeri saxlamır. Sitat: “Bu gün hərbi balansdan çox danışırlar, Azərbaycanda bu silah var, başqa silah var. Biz təbii ki, hər şeyi edirik. Bu gün biz Maqadisdə oturmuşuq və qalib xalqın nümayəndələri kimi göz-gözə bir-birimizə baxırıq...”
Amma iki ay öncə Paşinyan ilk Ermənistan rəhbəri olaraq, bəyan eləmişdi ki, Azərbaycanla müharibə hələ bitməyib. Bu yaxınlarda Avropadakı erməni nəşrinə isə söyləmişdi ki, konflikt çözülmədən Ermənistanın inkişafı mümkün olmayacaq.

Elə isə özünü bitməyən savaşın qalibi saymaq, yaxud bitməyən müharibənin “qalibi” ədası ilə Azərbaycana kapitulyasiya şərtləri diktə eləmək, hazırkı müvəqqəti təmas xəttinin rəsmi cəbhə xətti kimi tanınmasını necə tələb eləmək olar. Axı elementar məntiq deyir ki, Azərbaycan indiki formal cəbhə xəttini istənilən an güc yolu ilə ermənilərin ziyanına dəyişə bilər. Bu gün cəbhə xətti buradan keçir, sabah İrəvandan da keçə bilər. Onda necə?

Demək, yeganə məqbul yol konfliktin beynəlxalq hüquq əsasında, heç bir canlı və maddi itki vermədən həllidir - hansı həll ki, Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin son sənədində əksini tapıb...                               


“Yeni Müsavat”
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Vəziyyət pisdir və daha da pis olacaq - nə etməli?
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Xəbər lenti
06/08/2020 [13:41]:
Dünya bazarlarında təbii qaz ucuzlaşıb
06/08/2020 [12:39]:
"Bavariya” Jerom Boatenqi transferə çıxarıb
06/08/2020 [12:17]:
Gürcüstandan Rusiyaya çağırış
06/08/2020 [12:15]:
Böyük Britaniya və Fransanda COVID-19-un ikinci dalğası barədə xəbərdarlıq edilib
06/08/2020 [11:35]:
Fransız alimlər ölkədə epidemioloji vəziyyəti kövrək hesab edirlər
06/08/2020 [11:10]:
Sosial şəbəkələrdə yalan məlumat yayan şəxslərə xəbərdarlıq edilib
06/08/2020 [10:55]:
ÜST-dən koronavirusla bağlı son rəqəmlər
06/08/2020 [10:30]:
Bu vərdiş xərçəng riskini 30 dəfə artırır
06/08/2020 [10:00]:
Zelenskidən yeni təyinat
06/08/2020 [10:00]:
Türk klubu "Səbail"dən ayrılan dünya ulduzu ilə maraqlanır
06/08/2020 [09:34]:
ABŞ-da seçkilərə müdaxilə haqda məlumat verənlər 10 milyon mükafat alacaq
05/08/2020 [23:58]:
Hərbi təlimdə 18 hərbçi xəsarət alıb
05/08/2020 [23:00]:
KİVDF-nin icraçı direktoruna AĞIR İTKİ
05/08/2020 [21:18]:
Tramp ABŞ iqtisadiyyatını süquta götürür - “Die Zeit”
05/08/2020 [20:51]:
Millimizin futbolçusu ABŞ-da həftənin komandasına düşüb
05/08/2020 [20:29]:
Azərbaycan Livana 1 milyon dollar yardım ayırdı – Baş Nazir sərəncam imzaladı
05/08/2020 [18:50]:
Günəş şüaları koronavirusla mübarizəyə kömək edir
05/08/2020 [17:38]:
İranda yoxsulluq pik həddə qalxdı
05/08/2020 [16:24]:
Gürcüstan Azərbaycana 543 ton şaftalı ixrac edib
05/08/2020 [16:00]:
Azərbaycan Livana maliyyə yardımı göstərəcək
05/08/2020 [15:36]:
Prezident: Avropa İttifaqına üzv ölkələrlə sərhədlərin yenidən bağlanması istisna olunmur
05/08/2020 [14:47]:
Bəxtiyar Vahabzadə yaradıcılığı Türkiyənin ədəbiyyat portalında
05/08/2020 [13:11]:
İker Kasilyas karyerasını başa vurdu
05/08/2020 [12:53]:
50 milyondan çox insan aclıq təhlükəsi ilə üzləşəcək
05/08/2020 [12:45]:
Beyrutda çox sayda xilasedici həlak olub, itkin düşənlər var
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
İyunda Azərbaycanın yeyinti məhsulları ixracı artıb
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
“Fitch”: Bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 38,3 mlrd. dollar təşkil edəcək
Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
Azərbaycanda Qurban bayramı qeyd edilir
Vikipediyada Xan Şuşinski haqqında özbək dilində bölmə istifadəyə verilib
Ani ödəniş sistemi gələn ay istifadəyə veriləcək
Ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı azalıb
Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi 10% artıb
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olunub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin