“Avro 2020”nin biletləri satışda

04/12/2019 [22:39] - İdman (79)



Futbol üzrə “Avro 2020”nin oyunları üçün biletlər dekabrın 4-dən satışa çıxarılıb. Bilet satışının ikinci mərhələsinin bu tarixdə başlanması noyabrın 30-da keçirilən püşkatmadan sonra komandaların hansı qrupda və ev sahibi şəhərlərdə oynamasının müəyyənləşməsi ilə bağlıdır.

İstiqlal.az AFFA-nın saytına istinadla xəbər verir ki, azarkeşlər dekabrın 4-də saat 17:00-dan dekabrın 18-də saat 17:00-dək ancaq www.euro2020.com/tickets saytı vasitəsilə “Avro 2020” oyunlarına biletlər üçün müraciət edə biləcəklər. Hər bir oyuna bilet üçün müraciət edənlərin sayı satışa buraxılan bilet sayını keçərsə, bilet satışı lotereya sistemi vasitəsilə həyata keçiriləcək. Lotereyanın qalibləri onlara e-maillə bildiriş gəldikdən sonra ödənişi həyata keçirib biletləri əldə edəcəklər. Əgər lotereyada iştirak edən müraciət edənlərin sayı satışa buraxılan bilet sayından az olarsa boş qalan biletlər yanvardan etibarən birbaşa satışa çıxarılacaq.

Müraciət edənlər özləri də daxil olmaqla, maksimum 4 bilet ala bilər. Oyunlara biletlər üç kateqoriya üzrə müvafiq olaraq 125, 70 və 30 avro məbləğində təklif olunur. Fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan biletlər oturacağın yerindən asılı olmayaraq, ən aşağı qiymətə satılan üçüncü kateqoriya biletləri ilə eyni qiymətə - 30 avroya satılacaq və onları müşayiət edən bir nəfər üçün bilet pulsuz veriləcək.

Çempionata ev sahibliyi edəcək digər 9 şəhərdən fərqli olaraq Bakı, Buxarest və Budapeştin ev sahibliyi edəcəyi oyunlar üçün biletlər daha ucuz qiymətlə təklif olunur.

“Avro 2020” rəsmi qonaqpərvərlik satış paketləri (VIP biletlər) haqqında məlumat əldə etmək istəyənlər EURO2020.com/hospitality linkinə keçid etməlidirlər.

Əvvəlcədən də məlum olduğu kimi, A qrupunun 3 oyunu – həmçinin dörddəbir final mərhələsinin bir qarşılaşması – Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıblar. İyunun 13-də Uels-İsveçrə, dörd gün sonra Türkiyə-Uels, ayın 21-də İsveçrə-Türkiyə oyunları Bakı Olimpiya Stadionunda keçiriləcək. İyulun 4-də dörddəbir final mərhələsinin qarşılaşması Bakıda təşkil olunacaq.

A qrupunda mübarizə aparacaq İtaliya milli komandası qrup mərhələsindəki hər üç oyununu Romadakı “Olimpiko” stadionunda keçirəcək.
Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - fotolar
28 dairənin “dövlət kimi” deputatı
Qadın hüquqlarının müdafiəsinə daha bir QHT sədri qoşuldu
27 saylı dairədə "köhnələr"lə yeni islahatçıların mübarizəsi
Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
Xəbər lenti
23/01/2020 [23:57]:
Dünyanın daha bir ölkəsində koronavirus aşkarlanıb
23/01/2020 [22:38]:
Fransız iş adamı dünyanın ən varlı insanı olub
23/01/2020 [21:29]:
Bakının iki massivi qazla təmin olunub
23/01/2020 [20:55]:
"Qarabağ" Qazaxıstan komandasını məğlub edib
23/01/2020 [20:26]:
İqbal Ağazadə Şıxlinski küçəsindəki seçicilərlə görüşdü
23/01/2020 [19:53]:
XİN: Ermənistan XİN etnik təmizləmə siyasətini etiraf etməlidir
23/01/2020 [19:51]:
Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib
23/01/2020 [19:50]:
İran kosmosa iki peyk göndərəcək
23/01/2020 [18:50]:
MSK sədri siyasi partiyalara müraciət edib
23/01/2020 [18:34]:
Çində koronavirusdan ölənlərin sayı 17-ə çatıb
23/01/2020 [17:41]:
Norveçin şimalı iflic oldu
23/01/2020 [17:00]:
QMİ sədri Qətər səfirini qəbul edib
23/01/2020 [16:46]:
İdlibdə silahlılar Suriya ordusuna hücum ediblər
23/01/2020 [15:37]:
Çingiz Qənizadə Beyləqanda seçicilərlə görüşlərini davam etdirir
23/01/2020 [15:20]:
Azərbaycan əhalisinin gəlirləri açıqlanıb
23/01/2020 [14:53]:
Azərbaycanda bu şəxslər 955 min manat məbləğində cərimə edilib
23/01/2020 [14:25]:
Prezident “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb
23/01/2020 [14:23]:
Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib
23/01/2020 [14:16]:
Prezident İlham Əliyev Veronika Skotti ilə görüşüb
23/01/2020 [13:20]:
Ağstafada silah-sursat aşkarlanıb
23/01/2020 [12:49]:
Marsa səyahət kreditlə ola bilər
23/01/2020 [12:20]:
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı ötən il 1,5% artıb
23/01/2020 [11:51]:
Azərbaycan millisi "Alanyaspor"u məğlub edib
23/01/2020 [11:24]:
Həsən Ruhani: "İran nüvə silahı istehsal etməyəcək"
23/01/2020 [10:47]:
Ötən il Bakının prokurorluq orqanlarına daxil olan müraciətlərin sayı açıqlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması qaydası təsdiqlənib
Azərbaycanla Rusiya arasında innovasiyalarla bağlı yol xəritəsi hazırlanır
Növbəti qlobal böhran gözlənilir
Bakının savaş öncəsi “baş məşq”i - müharibə haqqımız tanındı, bəs sonra?
Xarici ticarət dövriyyəsi 30 milyard dolları ötüb
Musiqili Teatrda “İstintaq” olacaq
20 Yanvar faciəsindən 30 il ötür
“Windows”da aşkarlanan boşluq aradan qaldırılıb
Milli Qəhrəman Mübariz İbrahimovun şücaətindən bəhs edən operanın premyerası keçirilib
Azərbaycanda elektron qolbaq daşıyan məhkumların sayı açıqlanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin