Səfir: “BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur”

03/12/2019 [11:42] - Siyasət (181)



Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı – Əmirliyin yaranmasının 48-ci ildönümü münasibəti ilə bu ölkənin Azərbaycandakı Səfriliyi rəsmi qəbul təşkil edib. 

İstiqlal.az xəbər verir ki, səfir Mohamed Alqubaisi çıxış edərək BƏƏ-nin  tarixindən bəhs edib. Əlavə edib ki, 1971-ci ildə ölkəsi tərəqqi və inkişaf yolunda inamlı addımlar atmağa başlayıb, qabaqcıl ambisiyaları hədəfləyən “Baxış 2021”-in əsasında BƏƏ-nin yaranmasının 50-ci ildönümündə dünyanın ən qabaqcıl dövlətlərindən birincə çevrilməyi hədəfləyir. Diplomat deyib ki, Prezident Şeyx bin Zayed Al Nahyan başda olmaqla ölkə rəhbərliyi öz qabaqcıl fəaliyyətlərində tərəddüdsüz siyasət yürüdərək vətən və onun övladlarının davamlı yüksək nailiyyətlər qazanmaları yolunda gənclərə güvənir. BƏƏ-nin 2019-cu ildəki uğurlarını xatırladan Mohamed Alqubaisi deyib ki, ölkə rəhbəri tolerantlıq prinsipləri ilə birgə yaşayış və qarşılıqlı hörmət əsasında 200-dən artıq müxtəlif millətin nümayəndəsinin yaşadığı bir dövlətdə bu ili Tolerantlıq ili elan edib. Həmçinin, BƏƏ Diplomatiyasının son illərdə əldə etdiyi ən böyük uğurlardan biri BƏƏ pasportunun indeksinin güclənməsi və “Pasport indeksi” göstəricilərinə görə, liderliyini davam etdirməsidir. 

Ölkələrimiz arasındakı əlaqələrə toxunan diplomat deyib ki, BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulan yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur. Hər iki dövlət başçısının qarşılıqlı səfərləri, davamlı artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin, BƏƏ-dən gələn turistlərin sayının artması, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə güclənməsinə dəlalət edir. Ötən ay iki ölkənin iqtisadiyyat nazirlərinin iştirakı ilə Bakıda keçirilən 4-cü BƏƏ-Azərbaycan Ticarət Məclisini  xatırladan diplomat əlavə edib ki, göstəricilər, nailiyyətlər iki ölkə arasında mövcud əlaqələrin inkişafına töhfə verən birgə saylərin nəticəsidir. 

Azərbaycan hökuməti adından BƏƏ xalqını bayram münasibəti ilə təbrik edən İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib. Bildirib ki, Azərbaycan BƏƏ ilə münasibətlərə xüsusi önəm verir və qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa, bunu daha da zənginləşdirən İslam irsinə əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir. Nazir deyib ki, bu günə kimi BƏƏ ölkəmizə 2,2 mlrd. ABŞ dolları sərmayə,  Azərbaycan isə bu ölkəyə 347 mln. dollar sərmayə yatırıb: “2019-cu ildə iki ölkə arasında ticari dövriyyə  26 faiz artıb. Ticari dövriyyə ötən il 38 faiz artaraq 54,4 mln. dollar, bu ilin ilk 10 ayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz artaraq 57 mln. dollara yüksəlib”.

M.Cavvarov BƏƏ-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizin haqlı mövqeyini dəstəkləməsini də yüksək qiymətləndirib. 

Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - fotolar
28 dairənin “dövlət kimi” deputatı
Qadın hüquqlarının müdafiəsinə daha bir QHT sədri qoşuldu
27 saylı dairədə "köhnələr"lə yeni islahatçıların mübarizəsi
Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
Xəbər lenti
25/01/2020 [23:45]:
44 saylı dairənin favorit namizədi
25/01/2020 [22:28]:
Çində koronavirusa yoluxanların sayı 1372 nəfərə çatıb
25/01/2020 [21:53]:
“Turizm Reyestrinin aparılma Qaydası” təsdiqlənib
25/01/2020 [20:50]:
Elektron qaydada pensiya təyin edilən şəxslərin SAYI açıqlandı
25/01/2020 [20:05]:
İqbal Ağazadə Mehmandarov küçəsində seçicilərlə görüşdü
25/01/2020 [19:30]:
Hava nəqliyyatı ilə sərnişindaşıma artıb
25/01/2020 [18:46]:
Braziliya prezidenti "hindilərın təkamülü" sözlərinə görə məhkəməyə verilə bilər
25/01/2020 [17:52]:
“Osasuna” “Levante”ni məğlub edib
25/01/2020 [16:34]:
“Boeing “787 Dreamliner” təyyarələrinin istehsalını azalda bilər”
25/01/2020 [15:41]:
Çində koronavirusdan ölənlərin sayı 41-ə çatdı
25/01/2020 [15:26]:
İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib
25/01/2020 [14:45]:
Qarabağda müharibə başlasa ... - qüvvələr nisbəti nə deyir?
25/01/2020 [14:41]:
Çingiz Qənizadənin seçicilərlə görüşünə müdaxilə cəhdi
25/01/2020 [14:23]:
Rusiya-Azərbaycan münasibətləri dostluq və tərəfdaşlığa əsaslanır
25/01/2020 [13:47]:
“PSJ” və “Yuventus” futbolçularını dəyişdirə bilər
25/01/2020 [13:19]:
Ermənistan prezidenti İsraildə pərt edildi - fiasko olan səfər, havada qalan “soyqırım” xahişi
25/01/2020 [12:44]:
Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
25/01/2020 [12:38]:
Ukraynada koronavirusla bağlı şübhəli üç hal qeydə alınıb
25/01/2020 [12:20]:
Suriya hökumət qüvvələri İdlibin cənub-şərqindəki iki kəndi azad edib
25/01/2020 [11:48]:
Fransada 3 nəfər koronavirusa yoluxub
25/01/2020 [11:22]:
Zaqatalada yanğın olub
25/01/2020 [10:38]:
Beyləqan sakini qardaşının yük avtomobilini qaçırdı
25/01/2020 [10:00]:
ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyi azalır
24/01/2020 [23:59]:
Xızıda qumbara və partladıcılar aşkarlanıb
24/01/2020 [22:44]:
Azərbaycanın 8 şəhərinin Baş planı təsdiqlənib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
20 Yanvar faciəsindən 30 il ötür
Türkiyə telekanalında 20 Yanvar faciəsinə həsr olunmuş veriliş yayımlanıb
İran portalı Bakı haqqında məqalə yayıb
“Artım” Lab layihəsi çərçivəsində növbəti sərgi - “Başqa şeydən danış”
“Şahdağ” və “Tufandağ” MDB ölkələrinin 10 ən yaxşı dağ-xizək kurortu sırasındadır
Musiqili Teatr “999-cu gecə”ni növbəti dəfə repertuara salıb
Milli Kitabxanada “Zəlimxan Yaqub – 70” adlı kitab sərgisi açılıb
Prezident İlham Əliyev BP-nin baş icraçı direktoru ilə görüşüb
SOCAR və “LUKoil” arasında əməkdaşlıq memorandumu imzalanıb
Böyük səs fərqilə qalib gələcəyəm- Sadiq Qurbanov
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin