“Azərbaycanda İİV-in yayılma göstəricisinin yüksək olduğu ərazilər əsasən cənub rayonlarıdır”.
Musavat.com bildirir ki, bu barədə QİÇS-lə Mübarizə Mərkəzinin rəsmisi Natiq Zülfüqarov mətbuata açıqlamasında bildirib.
O, qeyd edib ki, cənub bölgəsində virusun yayılma göstəricisinin yüksək olmasının səbəbi ölkəyə daha çox həmin bölgələrdən narkotik vasitələrinin keçirilməsi ilə bağlıdır: “Göstəricilər Şirvanda 52,9 faiz, Hacıqabulda 31,2 faiz, Astarada 26,4 faiz, Lənkəranda 20,9 faiz, Sumqayıtda 16,4 faiz, Yevlaxda 14,2 faiz, Mingəçevirdə 13,4 faiz, Xızıda 11,3 faiz, Göyçayda 10,8 faiz, Bakıda və Abşeron rayonunda 7,5 faizdir.
Beləliklə İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının 23,6 faizi Bakı şəhəri və Abşeron rayonunda, 75,7 faizi bölgələrdə a yaşayır.
Cənub zonasında əhali az olduğuna görə, yeni yoluxma faizi yüksək görünür. Əsas yoluxanlar Bakı şəhərində yaşayır. Əhali sayı paytaxtda 2 milyondan yuxarı olduğu üçün hər 1000 nəfərə düşən say azdır”.