Millət vəkili: “Deputatların diplomatik pasportları və statusları saxlanılsın”

02/12/2019 [16:12] - Siyasət (43)



“Biz bu gün Yeni Azərbaycan Partiyasının parlamentin vaxtından əvvəl buraxılması haqqındakı təşəbbüsünü müzakirə edirik. Prinsip etibarı ilə mən bu qərara qarşı deyiləm. Çünki doğrudan da kadr islahatları və obyektiv səbəblər nəticəsində parlament üzvlərinin sayı xeyli azalıb. Mərkəzi Seçki Komissiyası (MSK) boş qalan yerlərə əlavə seçki keçirməli idi, ya da ümumiyyətlə yeni seçkilər haqqında düşünməli idi. Ona görə məncə YAP-ın təşəbbüsü məntiqli və başadüşüləndir”.

Bunu Milli Məclisin deputat Elmira Axundova parlamentin plenar iclasında çıxış edərkən deyib.

Millət vəkili qeyd edib ki, biz Prezidentin bütün təşəbbüslərinə, qərarlarına, Milli Məclisə göndərilən qanun layihələrinə həmişə böyük loyallıq və hörmətlə yanaşırıq. Və cənab Prezident parlamentin 100 illiyində nitqlə çıxış edərkən bizim fəaliyyətimizi yüksək qiymətləndirmişdir. O cümlədən bu və ya digər mütərəqqi addımları ataraq cənab Prezident məhz deputatların çıxışlarına, təşəbbüslərinə istinad edirdi. Hesab edirəm ki, parlamentin gördüyü çoxşaxəli işlər gözardı edilməməli və KİV-lər bu mənada yenə də cənab Prezidentin istefaya gedən yüksək çinli məmurlarla olan davranışlarını nümunə götürməlidirlər. Yəni bizdə hakimiyyətdən sivil qaydada, hörmətlə getmək ənənəsi artıq formalaşır. Məsələn, mənim çox xoşuma gəldi ki, BDU-nun 100 illiyində cənab Prezident öz xatirə şəkilini məhz keçmiş rektor, 17 il bu vəzifədə işləmiş hörmətli Abel Məhərrəmov və indiki rektor Elçin Babayevlə çəkdirib. Bu, bütün cəmiyyətə əslində bir mesaj idi”.

E.Axundova əlavə edib ki, Milli Məclisə, onun üzvlərinə, indiki və keçmiş tərkibə də eyni hörmətlə yanaşılmalıdır: “Necə ki, Türkiyədə yanaşırlar, onlarda ümumiyyətlə “eks” sözü leksikonda yoxdur. Onlar nə vaxtsa parlamentdə təmsil olunmuş insanlara yenə də həmin hörmətlə “sayın millət vəkili” deyərək müraciət edirlər. Əlbəttə ki, bu parlament yenilənəcək və bu zaman yeni tərkibdə təmsil olunmayan  deputatlar olacaq. Onların diplomatik pasportları və diplomatik statusları saxlanılsın. Çünki bu insanlar akademik, professor, ictimai xadim və  digər yüksək statuslu şəxslər olaraq beynəlxalq konfrans və tədbirlərdə ölkəmizin milli maraqlarını müdafiə etmək məqsədi ilə yenə də tez-tez xaricə səfər edəcəklər. Ona görə diplomatik pasporta ehtiyacları olacaq. Xahiş edirəm, bunu mütləq həyata keçirəsiniz”.
Ali Məhkəmə adı 30 milyonluq korrupiyada hallanan deputatın “ayağını basmır”
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Xəbər lenti
06/12/2019 [17:40]:
Ançelotti gələn həftə qovula bilər
06/12/2019 [17:19]:
Tibb işçiləri üçün qeyri-infeksion xəstəliklərin idarəolunması mövzusunda təlimlər yekunlaşıb
06/12/2019 [16:32]:
Sərbəst güləş üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
06/12/2019 [15:51]:
Dünyanın ən ucqar nöqtəsində yaşayan, yaşlarını belə, bilməyən qəbilə haqda ilginc faktlar - FOTOLAR
06/12/2019 [15:22]:
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
06/12/2019 [15:03]:
Nəsimi rayonunda ağacəkmə aksiyası keçirilib
06/12/2019 [14:58]:
"Bakcell" şirkəti "Bakutel 2019"da son nailiyyətlərini nümayiş etdirir
06/12/2019 [14:50]:
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
06/12/2019 [14:20]:
IOC-un İcraiyyə Komitəsi FIFA prezidentinin quruma üzv olmasını tövsiyə edib
06/12/2019 [13:50]:
Qaz tranzitinə dair Ukrayna-Rusiya danışıqları baş tutmayıb
06/12/2019 [13:23]:
Futbol matçları zamanı stadionlarda pivə satışına icazə veriləcək
06/12/2019 [12:48]:
Azərbaycanda ilk dəfə klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək
06/12/2019 [12:35]:
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda ağac əkdilər - AKSİYA
06/12/2019 [12:22]:
Heydər Əliyev Fondu xüsusi mükafata layiq görülüb
06/12/2019 [12:20]:
Prezident və xanımı Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
06/12/2019 [11:51]:
Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüşüb
06/12/2019 [11:17]:
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
06/12/2019 [10:49]:
2021-2022-ci illərdə ATƏT-ə sədrlik edəcək ölkələr müəyyənləşib
06/12/2019 [10:00]:
Parisdə etirazlar zamanı 71 nəfər saxlanılıb
05/12/2019 [23:59]:
İçki sexinin fəaliyyəti məhdudlaşdırılıb
05/12/2019 [22:46]:
İpoteka və Kredit Zəmanət Fondunun gələn il üçün büdcəsi təsdiqlənib
05/12/2019 [21:20]:
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
05/12/2019 [20:52]:
AFFA-nın baş katibi UEFA-ya hesabat verib
05/12/2019 [19:44]:
Prezident Şamaxıda yeni inşa edilmiş binada yaradılan şəraitlə tanış olub
05/12/2019 [19:40]:
Fransada miqrantların hüquqlarının pozulmasına etiraz olaraq nümayiş keçirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Parlament seçkiləri – 2020-Cİ İLİN FEVRALIN AYININ 2-DƏ KEÇİRİLƏCƏK?!
Əli Həsənov öz xahişi ilə azad edilib?
“Azəriqaz”da yeni təyinat olub
İş və istirahət günlərinin yeri dəyişdirilib
Səfir: “BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur”
Dizel qaçaqmalçılığı: Azərbaycana yüz milyonlarla ziyan vuran şəbəkə
Səfir: “Qazaxıstan və Azərbaycanı çoxəsrlik dostluq əlaqələri birləşdirir”
Azərbaycanda turizm əhəmiyyətli daha bir yol yenidən qurulur
Qazaxıstan səfiri: “İki ölkə arasında sıx dostluq münasibətləri mövcuddur”
Gənclərlə bağlı layihə yekunlaşdı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin