Ərdoğan Türkiyənin nüvə proqramına başlamaq qərarı verə bilər - İngiltərə nəşrindən ŞOK iddia

02/12/2019 [20:53] - Siyasət (38)



İngiltərədə dərc edilən “The Economist” jurnalı, Türkiyədə yerləşdirilmiş  ABŞ-a məxsus nüvə silahlarının ABŞ və avropalı NATO müttəfiqlərinin narahatlığına səbəb olduğunu yazıb. Jurnalda qeyd edilir ki, gələn həftə Londonda keçiriləcək NATO sammitində bir çox dünya liderinin ağlında Türkiyədəki nüvə bombaları mövzusu olacaq.

ABŞ-ın NATO-nun nüvə proqramı çərçivəsində Avropanın beş ölkəsində ümumi 150 nüvə başlığı yerləşdirdiyini xatırladan “Economist” bunlardan çoxunun (təxminən 60-70 nüvə başlığı) Türkiyə və İtaliyada, qalanlarının isə Belçika, Almaniya və Hollandiyada yerləşdirildiyini yazıb.

Nüvə silahları ilə bağlı narahatlıqların ən çox Türkiyə ilə bağlı olduğunu yazan jurnal, bunun pərdəarxası məqamlarını aşağıdakı kimi izah edib:

* Amerikalı səlahiyyətliləri ən çox narahat edən məsələ Türkiyənin cənubunda, Suriya sərhədinə bir neçə saatlıq məsafədə olan İncirlik Hərbi Bazasında yerləşdirilmiş nüvə başlıqlarıdır.
1960-cı ilin dövlət çevrilişində və 1975-ci ildə iki ölkə arasındakı diplomatik qarşıdurmada amerikalılar bombaların geri alınmasını düşünürdülər.

Bombaların geri alınmasına gərək qalmadı
* 2016-cı ildə Türkiyə dövlətinə qarşı uğursuz çevriliş cəhdi zamanı üsyançıların F-16 döyüş təyyarələri həmin bombalarla təchiz edilərək İncirlik Hərbi Bazasından havaya qalxmışdı. Bazaya verilən elektrik enerjisi kəsildikdən və hərbi bazanın komandiri həbs edildikdən sonra çevriliş planına böyük zərbə vuruldu.

* Bu, Vaşinqtonda “silahlarının təhlükəsizliyi və Türkiyə ilə əlaqələrin gərginləşdiyi zaman bu silahların girov olması riski” mövzusunda həyəcan təbilinin çalınmasına yol açdı.

* Böyük səlahiyyətə sahib olan rəsmilər İncirlik bazasına göndərilsə də, bombaların geri alınmasına ehtiyac olmadığı qənaətinə gəlindi.

* Nüvə başlıqları yalnız bir kod ilə aktiv edilə bilərdi. 16 iyul 2016-cı ildə baş vermiş çevrilişə cəhd zamanı elektrik kəsintisi ilə nüvə başlıqlarının saxlandığı seyflər avtomatik olaraq kilidlənmişdi.

* Bu, Amerika qüvvələrinə lazım gələrsə, hərbi gücdən istifadə edərək bazaya daxil olmaq üçün zaman verirdi. Ancaq son illərdə Birləşmiş Ştatlar yenə də bomba başlıqlarını bazadan gizli şəkildə qaçırıb, yerinə saxta başlıqlar qoymağı planlamışdı.
Diplomatik böhran dərinləşə bilər
BBC Türkcədə yer alan xəbərdə Yunanıstan və Almaniyanın Ramstein Hərbi Bazasındakı nüvə başlıqlarının 2005-ci ildə geri alındığı xatırladılıb. Yazıda qeyd edilir ki, İncirlik Hərbi Bazasında olan nüvə başlıqlarının da geri alınması böyük üstünlük gətirə bilər.

Lakin “The Economist” jurnalına görə, bu proses bacarıqsızlıqla edilərsə, diplomatik böhran daha da dərinləşə bilər. Hətta ölkə prezidenti Ərdoğan Türkiyənin özünün nüvə proqramına başlaması ilə bağlı qərar verə bilər.

“Nüvə başlıqlarının paylanılması mövzusundakı etirazlar özəlliklə Almaniyada uzun müddətdir, gündəmdədir”, - jurnaldakı məqalədə qeyd edilir.
Ali Məhkəmə adı 30 milyonluq korrupiyada hallanan deputatın “ayağını basmır”
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Xəbər lenti
06/12/2019 [16:32]:
Sərbəst güləş üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
06/12/2019 [15:51]:
Dünyanın ən ucqar nöqtəsində yaşayan, yaşlarını belə, bilməyən qəbilə haqda ilginc faktlar - FOTOLAR
06/12/2019 [15:22]:
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
06/12/2019 [15:03]:
Nəsimi rayonunda ağacəkmə aksiyası keçirilib
06/12/2019 [14:58]:
"Bakcell" şirkəti "Bakutel 2019"da son nailiyyətlərini nümayiş etdirir
06/12/2019 [14:50]:
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
06/12/2019 [14:20]:
IOC-un İcraiyyə Komitəsi FIFA prezidentinin quruma üzv olmasını tövsiyə edib
06/12/2019 [13:50]:
Qaz tranzitinə dair Ukrayna-Rusiya danışıqları baş tutmayıb
06/12/2019 [13:23]:
Futbol matçları zamanı stadionlarda pivə satışına icazə veriləcək
06/12/2019 [12:48]:
Azərbaycanda ilk dəfə klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək
06/12/2019 [12:35]:
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda ağac əkdilər - AKSİYA
06/12/2019 [12:22]:
Heydər Əliyev Fondu xüsusi mükafata layiq görülüb
06/12/2019 [12:20]:
Prezident və xanımı Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
06/12/2019 [11:51]:
Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüşüb
06/12/2019 [11:17]:
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
06/12/2019 [10:49]:
2021-2022-ci illərdə ATƏT-ə sədrlik edəcək ölkələr müəyyənləşib
06/12/2019 [10:00]:
Parisdə etirazlar zamanı 71 nəfər saxlanılıb
05/12/2019 [23:59]:
İçki sexinin fəaliyyəti məhdudlaşdırılıb
05/12/2019 [22:46]:
İpoteka və Kredit Zəmanət Fondunun gələn il üçün büdcəsi təsdiqlənib
05/12/2019 [21:20]:
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
05/12/2019 [20:52]:
AFFA-nın baş katibi UEFA-ya hesabat verib
05/12/2019 [19:44]:
Prezident Şamaxıda yeni inşa edilmiş binada yaradılan şəraitlə tanış olub
05/12/2019 [19:40]:
Fransada miqrantların hüquqlarının pozulmasına etiraz olaraq nümayiş keçirilib
05/12/2019 [19:19]:
Prezident İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib
05/12/2019 [18:55]:
Bakı-Şamaxı-Yevlax yolunun 101-117-ci kilometrlik hissəsi açılıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Parlament seçkiləri – 2020-Cİ İLİN FEVRALIN AYININ 2-DƏ KEÇİRİLƏCƏK?!
Əli Həsənov öz xahişi ilə azad edilib?
“Azəriqaz”da yeni təyinat olub
İş və istirahət günlərinin yeri dəyişdirilib
Səfir: “BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur”
Dizel qaçaqmalçılığı: Azərbaycana yüz milyonlarla ziyan vuran şəbəkə
Səfir: “Qazaxıstan və Azərbaycanı çoxəsrlik dostluq əlaqələri birləşdirir”
Azərbaycanda turizm əhəmiyyətli daha bir yol yenidən qurulur
Qazaxıstan səfiri: “İki ölkə arasında sıx dostluq münasibətləri mövcuddur”
Anar Ələkbərov Prezidentin köməkçisi təyin edilib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin