“Zəmanəsinə sığmayan Nəsimi” adlı tədbir keçirilib

02/12/2019 [14:54] - Mədəniyyət (33)



Kainat, zaman, çağ mənəm deyən, zərrədə günəş axtararaq varlığın bir vücuddan yarandığını deyən, könül tərbiyəsi və gözəlliyini insan ömrünün qayəsi sayan dahi mütəfəkkir İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin əsasını qoyan böyük ideallar şairi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin Şəki filialının təşkilatçılığı ilə keçirilən “Zəmanəsinə sığmayan Nəsimi” adlı ədəbi-bədii tədbirdə səsləndirilib.
Şəki Dövlət Dram Teatrında keçirilən tədbirdə şəhər rəhbərliyi, ziyalılar, liseyin müəllim və şagirdləri, valideynlər, həmçinin Nəsimiyə həsr olunan beynəlxalq konfransda iştirak etmək üçün Şəkiyə gələn AMEA Tarix İnstitutunun alimləri, türkiyəli elm xadimləri iştirak ediblər.
Tədbirin rəsmi hissəsində çıxış edən filialın direktoru Ariz Abdullayev Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “İmadəddin Nəsimi ili” elan edilməsinin şairin zəngin irsinin təbliği və dünyada tanıdılması baxımından çox böyük əhəmiyyət daşıdığını vurğulayıb. O deyib: “Bu gün buraya dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin bizlərə miras qoyduğu əvəzsiz irsi dəyərləndirmək, şairin 650-ci ildönümünə və onun 47 baharlıq ömür yoluna işıq salmaq üçün toplaşmışıq. Buraya şairin məhəbbət, gözəllik, ağıl, idrak nümunəsi olan poeziyasını dinləməyə, istisinə qızınmağa, Nəsimi zirvəsindən od götürməyə gəlmişik. Məsləki uğrunda dara çəkilib dərisi soyulan, son nəfəsində belə öz sözündən dönməyən bu mərd insanın faciəli ölümü neçə əsrlərdir ki, şairlərin şeirlərində, aşıqların sazında, alimlərin məqalələrində, dahi insanların fikirlərində tərənnüm olunur”.
Liseyin şagirdlərinin Nəsiminin yaradıcılığı ilə bağlı təqdim etdikləri ədəbi-bədii kompozisiyalar, söylədikləri şeirlər, qəzəllər gecəyə toplaşanlar tərəfindən böyük maraqla qarşılanıb.
Gecənin sonunda AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov çıxış edərək Nəsiminin Azərbaycan ədəbiyyatı tarixindəki rolundan söz açıb, yüksək səviyyədə hazırlanan və təqdim olunan bədii proqrama görə liseyin kollektivinə minnətdarlığını bildirib.
Ali Məhkəmə adı 30 milyonluq korrupiyada hallanan deputatın “ayağını basmır”
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Xəbər lenti
06/12/2019 [17:40]:
Ançelotti gələn həftə qovula bilər
06/12/2019 [17:19]:
Tibb işçiləri üçün qeyri-infeksion xəstəliklərin idarəolunması mövzusunda təlimlər yekunlaşıb
06/12/2019 [16:32]:
Sərbəst güləş üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
06/12/2019 [15:51]:
Dünyanın ən ucqar nöqtəsində yaşayan, yaşlarını belə, bilməyən qəbilə haqda ilginc faktlar - FOTOLAR
06/12/2019 [15:22]:
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
06/12/2019 [15:03]:
Nəsimi rayonunda ağacəkmə aksiyası keçirilib
06/12/2019 [14:58]:
"Bakcell" şirkəti "Bakutel 2019"da son nailiyyətlərini nümayiş etdirir
06/12/2019 [14:50]:
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
06/12/2019 [14:20]:
IOC-un İcraiyyə Komitəsi FIFA prezidentinin quruma üzv olmasını tövsiyə edib
06/12/2019 [13:50]:
Qaz tranzitinə dair Ukrayna-Rusiya danışıqları baş tutmayıb
06/12/2019 [13:23]:
Futbol matçları zamanı stadionlarda pivə satışına icazə veriləcək
06/12/2019 [12:48]:
Azərbaycanda ilk dəfə klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək
06/12/2019 [12:35]:
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda ağac əkdilər - AKSİYA
06/12/2019 [12:22]:
Heydər Əliyev Fondu xüsusi mükafata layiq görülüb
06/12/2019 [12:20]:
Prezident və xanımı Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
06/12/2019 [11:51]:
Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüşüb
06/12/2019 [11:17]:
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
06/12/2019 [10:49]:
2021-2022-ci illərdə ATƏT-ə sədrlik edəcək ölkələr müəyyənləşib
06/12/2019 [10:00]:
Parisdə etirazlar zamanı 71 nəfər saxlanılıb
05/12/2019 [23:59]:
İçki sexinin fəaliyyəti məhdudlaşdırılıb
05/12/2019 [22:46]:
İpoteka və Kredit Zəmanət Fondunun gələn il üçün büdcəsi təsdiqlənib
05/12/2019 [21:20]:
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
05/12/2019 [20:52]:
AFFA-nın baş katibi UEFA-ya hesabat verib
05/12/2019 [19:44]:
Prezident Şamaxıda yeni inşa edilmiş binada yaradılan şəraitlə tanış olub
05/12/2019 [19:40]:
Fransada miqrantların hüquqlarının pozulmasına etiraz olaraq nümayiş keçirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Parlament seçkiləri – 2020-Cİ İLİN FEVRALIN AYININ 2-DƏ KEÇİRİLƏCƏK?!
Əli Həsənov öz xahişi ilə azad edilib?
“Azəriqaz”da yeni təyinat olub
İş və istirahət günlərinin yeri dəyişdirilib
Səfir: “BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur”
Dizel qaçaqmalçılığı: Azərbaycana yüz milyonlarla ziyan vuran şəbəkə
Səfir: “Qazaxıstan və Azərbaycanı çoxəsrlik dostluq əlaqələri birləşdirir”
Azərbaycanda turizm əhəmiyyətli daha bir yol yenidən qurulur
Qazaxıstan səfiri: “İki ölkə arasında sıx dostluq münasibətləri mövcuddur”
Anar Ələkbərov Prezidentin köməkçisi təyin edilib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin