“Türk dünyasının mədəniyyət paytaxtı” məlum olub

30/11/2019 [21:32] - Mədəniyyət (192)



Noyabrın 30-da Qırğızıstan Respublikasının Oş şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Daimi Şurasının 37-ci dönəm toplantısı və “Türk dünyasının mədəniyyət paytaxtı 2019” ilinin rəsmi bağlanış mərasimi keçirilib.

Tədbirlərə Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.

Nazirlikdən  bildirilib ki, TÜRKSOY Daimi Şurasının 37-ci dönəm toplantısında təşkilatın baş katibi Düsen Kaseinov, Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Jamankulov, Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Nadir All Aslan, Qazaxıstanın Mədəniyyət və İdman nazirinin müavini Nurkisa Dayeşov, Özbəkistanın Mədəniyyət nazirinin müavini Kamola Akilova, Türkmənistanın Mədəniyyət nazirinin müavini Qurbanmurad Mıradaliev, digər rəsmilər iştirak ediblər.

TÜRKSOY ölkələri nümayəndə heyətlərinin rəhbər şəxsləri iclasda çıxış ediblər.

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov çıxışında TÜRKSOY-un türk xalqları arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi baxımından gördüyü işləri yüksək qiymətləndirib. Qeyd edib ki, hazırda TÜRKSOY mötəbər tədbirlərdə təmsil olunur və onun fəaliyyəti dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən alqışlanır.

Nazir müavini vurğulayıb ki, TÜRKSOY-a üzv olan ölkələr üçün əlamətdar hadisələr qurum tərəfindən iş planına salınaraq yüksək səviyyədə qeyd olunur. Azərbaycan və Türkiyənin təkliflərinə əsasən dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik və Aşıq Veysəlin anadan olmasının 125 illik yubileyləri münasibətilə 2019-cu il TÜRKSOY çərçivəsində İmadəddin Nəsimi və Aşıq Veysəl illəri elan olunaraq silsilə tədbirlər təşkil olunub. “İmadəddin Nəsimi dünya dillərində” adlı kitab nəşr olunub, Bakı, Ankara, İstanbul, Türküstan və digər şəhərlərdə təqdimatı keçirilib.

İclasda TÜRKSOY-un fəaliyyəti, qurumun həyata keçirdiyi ənənəvi layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Sonda TÜRKSOY Daimi Şurasının 37-ci toplantısının qərarları və yekun Bəyannamə imzalanıb. Özbəkistan Respublikasının Xivə şəhəri 2020-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.

 Toplantıdan sonra Sultan İbrahimov adına Qırğız Dövlət Dram Teatrında “Oş – Türk dünyasının mədəniyyət paytaxtı 2019” ilinin bağlanış mərasimi olacaq. Türk dünyasının incəsənət ustaları konsert proqramı ilə çıxış edəcəklər.

Mərasimdə “Türk dünyasının mədəniyyət paytaxtı”nın rəmzi Özbəkistanın Xivə şəhərinin rəhbərliyinə təqdim olunacaq.

Xatırladaq ki, TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi 2012-ci ildən həyata keçirilir. Oş şəhəri 2019-cu ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib və bununla bağlı il ərzində silsilə tədbirlər reallaşıb. Əlamətdar hadisə ilə bağlı Oş şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı 2019” abidəsi də ucaldılıb.
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
01/06/2020 [17:49]:
ABŞ-ı son yüz ilin ən böyük işsizlik dövrü gözləyir
01/06/2020 [17:31]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
01/06/2020 [16:26]:
Dünyanın ən böyük təyyarəsi göy üzünə vida edir: “Airbus A380”-ın hekayəsi başa çatmaq üzrədir
01/06/2020 [16:00]:
Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
01/06/2020 [15:53]:
TƏBİB və BMTİP WhatsApp botunu istifadəyə verib
01/06/2020 [15:40]:
Edvard Karvardin: "Bu əlamətdar gün əvvəlki dövrlərdən çox fərqli bir şəraitdə qeyd edilir"
01/06/2020 [15:32]:
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
01/06/2020 [14:22]:
Çox yeməyə rəğmən arıq qalmağın sirri tapılıb
01/06/2020 [13:42]:
Fənn olimpiadalarının final turu nə vaxt keçiriləcək?
01/06/2020 [13:19]:
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
01/06/2020 [12:39]:
Napoleon Bonapartın fotoportreti yaradıldı
01/06/2020 [12:17]:
OPEC+ nazirlərinin görüşü daha tez baş tuta bilər
01/06/2020 [11:43]:
Azərbaycan banklarına əmanət qoyuluşu azalıb
01/06/2020 [11:41]:
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
01/06/2020 [11:37]:
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
01/06/2020 [11:21]:
Nikol Paşinyan koronavirusa harada yoluxub?
01/06/2020 [11:17]:
DİM sədri: “Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək"
01/06/2020 [11:13]:
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
01/06/2020 [11:12]:
İyun ayında 190 000 şagird buraxılış imtahanlarında iştirak edəcək
01/06/2020 [10:35]:
Tramp etiraz aksiyalarının yatırılması üçün çağırış edib
01/06/2020 [10:00]:
İranda vurulan "Boeing"in "qara qutu"su ilə bağlı qərar məlum olub
31/05/2020 [23:58]:
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
31/05/2020 [22:10]:
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
31/05/2020 [21:40]:
Baş Nazir cərimələnib
31/05/2020 [20:37]:
Cəlilabadda məktəb tikintisi zamanı qədim əşyalar tapıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür
Kukla Teatrı sosial şəbəkədən “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Luvr muzeyinin iyulun əvvəlində açılışı gözlənilir
Con Terri Premyer Liqanın ən yaxşı müdafiəçisi seçilib
Yaxın Şərqin “Qordiy düyünü”nü kim kəsəcək: Tramp, Putin, yoxsa Ərdoğan?..
Jurnalist şeyxin müdafiəsinə qalxdı - böhtan atmaq kişi işi deyil
"Milan" "Real"ın 4 futbolçusunu istəyir
Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin