Əli Həsənov öz xahişi ilə azad edilib?

30/11/2019 [12:56] - Siyasət (127)



Son dövrlərdəki islahatlar fonunda bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamlardan biri Əli Həsənovun Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri vəzifəsindən azad edilməsi oldu.

İstiqlal.az Ölkə.az-a istinadən xəbər verir ki, həm sosial mediada, həm də saytlarda Həsənovla bağlı sərəncam böyük maraqla – hətta əksər hallarda sevinclə qarşılandı.

Əli Həsənov vəzifədən uzaqlaşdırılmasını mətbuata şərh edərkən deyib ki, o, son 3 ildə Prezidentdən bir neçə dəfə xahiş edib ki, onu vəzifəsindən azad etsin.

Məsələnin aktuallığını nəzərə alaraq qısa bir araşdırma etdik. Prezident Administrasiyasındakı mənbəmizin sözlərinə görə bu vaxta qədər onun ümumiyyətlə belə bir xahişi olmayıb.

Elə isə gəlin Əli Həsənovu vəzifəsindən edən səbəbləri sadalayaq:

Əgər Ə.Həsənov iddia etdiyi kimi öz istəyi ilə vəzifədən azad olunmağını istəmişdisə, baş nazirin müavinləri Hacıbala Abutalıbov, Əli Həsənov, həmçinin Ramiz Mehdiyev kimi öz istefa ərizəsini yazaraq ölkə başçısının stolunun üzərinə qoymalı idi. Prezident də, son ənənəsinə uyğun olaraq adlarını çəkdiyimiz şəxslər kimi Ə.Həsənovu da hörmətlə yola salacaqdı. Amma o da bu sərəncamdan deyəsən, elə hamı kimi media vasitəsi ilə xəbər tutdu.

Administrasiyadakı mənbəmizin verdiyi digər məlumat budur ki, Prezident yaxın zamanda olan mətbuata qapalı iclaslardan birində Əli Həsənovun şöbəsinin işinə ciddi narazılığını bildirmişdi. Daha sonra isə İlham Əliyev ictimaiyyətə açıq iclasda bu məsələyə yenidən diqqət çəkmiş, Əli Həsənovu nəzərdə tutaraq Prezident Administrasiyasının yüksək vəzifəli şəxsinin digər yüksək vəzifəli şəxsi qaraladığını, onun haqqında həqiqətə uyğun olmayan, şantaj xarakterli məlumatlar yaydığını qeyd etmiş və bunun qəbuledilməz olduğunu xüsusi vurğulamışdı.

Bakı Dövlət Universitetinin yubileyindəki çıxışında da Prezident media ilə bağlı bəzi problemləri dilə gətirib, ideoloji fəaliyyət istiqamətində görülən işləri zəif qiymətləndirmişdi. Bununla yanaşı yubileydəki çıxışında Prezident hökumətin gördüyü işlərin mətbuatda effektiv işıqlandırılmadığını da vurğulayaraq narazılığını dilə gətirmişdi

Bununla da nəticəyə gəlmək olur ki, Əli Həsənov iddia etdiyi kimi istefa xahişi ilə yox, sadaladığımız bu səbəblərə görə vəzifəsindən azad edilib.
Ali Məhkəmə adı 30 milyonluq korrupiyada hallanan deputatın “ayağını basmır”
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Xəbər lenti
06/12/2019 [17:19]:
Tibb işçiləri üçün qeyri-infeksion xəstəliklərin idarəolunması mövzusunda təlimlər yekunlaşıb
06/12/2019 [16:32]:
Sərbəst güləş üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
06/12/2019 [15:51]:
Dünyanın ən ucqar nöqtəsində yaşayan, yaşlarını belə, bilməyən qəbilə haqda ilginc faktlar - FOTOLAR
06/12/2019 [15:22]:
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
06/12/2019 [15:03]:
Nəsimi rayonunda ağacəkmə aksiyası keçirilib
06/12/2019 [14:58]:
"Bakcell" şirkəti "Bakutel 2019"da son nailiyyətlərini nümayiş etdirir
06/12/2019 [14:50]:
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
06/12/2019 [14:20]:
IOC-un İcraiyyə Komitəsi FIFA prezidentinin quruma üzv olmasını tövsiyə edib
06/12/2019 [13:50]:
Qaz tranzitinə dair Ukrayna-Rusiya danışıqları baş tutmayıb
06/12/2019 [13:23]:
Futbol matçları zamanı stadionlarda pivə satışına icazə veriləcək
06/12/2019 [12:48]:
Azərbaycanda ilk dəfə klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək
06/12/2019 [12:35]:
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda ağac əkdilər - AKSİYA
06/12/2019 [12:22]:
Heydər Əliyev Fondu xüsusi mükafata layiq görülüb
06/12/2019 [12:20]:
Prezident və xanımı Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
06/12/2019 [11:51]:
Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüşüb
06/12/2019 [11:17]:
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
06/12/2019 [10:49]:
2021-2022-ci illərdə ATƏT-ə sədrlik edəcək ölkələr müəyyənləşib
06/12/2019 [10:00]:
Parisdə etirazlar zamanı 71 nəfər saxlanılıb
05/12/2019 [23:59]:
İçki sexinin fəaliyyəti məhdudlaşdırılıb
05/12/2019 [22:46]:
İpoteka və Kredit Zəmanət Fondunun gələn il üçün büdcəsi təsdiqlənib
05/12/2019 [21:20]:
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
05/12/2019 [20:52]:
AFFA-nın baş katibi UEFA-ya hesabat verib
05/12/2019 [19:44]:
Prezident Şamaxıda yeni inşa edilmiş binada yaradılan şəraitlə tanış olub
05/12/2019 [19:40]:
Fransada miqrantların hüquqlarının pozulmasına etiraz olaraq nümayiş keçirilib
05/12/2019 [19:19]:
Prezident İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Parlament seçkiləri – 2020-Cİ İLİN FEVRALIN AYININ 2-DƏ KEÇİRİLƏCƏK?!
Əli Həsənov öz xahişi ilə azad edilib?
“Azəriqaz”da yeni təyinat olub
İş və istirahət günlərinin yeri dəyişdirilib
Səfir: “BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur”
Dizel qaçaqmalçılığı: Azərbaycana yüz milyonlarla ziyan vuran şəbəkə
Səfir: “Qazaxıstan və Azərbaycanı çoxəsrlik dostluq əlaqələri birləşdirir”
Azərbaycanda turizm əhəmiyyətli daha bir yol yenidən qurulur
Qazaxıstan səfiri: “İki ölkə arasında sıx dostluq münasibətləri mövcuddur”
Anar Ələkbərov Prezidentin köməkçisi təyin edilib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin