Milli Məclisin növbəti plenar iclasında Azərbaycan Respublikasının yeni Ombudsmanının seçilməsi ilə bağlı məsələ müzakirə olunub.
İstiqlal.az xəbər verir ki, Səbinə Əliyeva Azərbaycan Respublikasının yeni Ombudsmanı seçilib.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin aparat rəhbərinin müavini vəzifəsini daşıyan Səbinə Əliyeva 3-cü dərəcəli Dövlət müşaviridir.
İxtisasca hüquqşunas olan S.Əliyeva eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur. O, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Xatırlqadaq ki, yeni Ombudsmana 104 deputat səs verib.