Səfir: “Biz bir-birimiz üçün etibarlı, hörmət bəsləyən tərəfdaş olmuşuq və olaraq qalırıq”

29/11/2019 [11:36] - Siyasət (468)



Rumıniyanın Milli Günü münasibəti ilə bu ölkənin Azərbaycandakı Səfirliyi rəsmi qəbul təşkil edib. 

İstiqlal.az xəbər verir ki, çıxışına Azərbaycan dilində başlayan səfir Dan Yanku ölkə tarixindən bəhs edib. Deyib ki, 1918-ci il 1dekabrda Rumıniya müasir dövlətinin öz birliyinə qovuşduğu tarixi anla əlamətdardır: “Bu, bizə həmrəylik və ümid fəzilətlərini – əsas məqsəd uğrunda həmrəyliyi və bütün arzuların heç nəyə baxmayaraq qələbə çalacağı ümidini xatırladan bir gündür. Həm Rumıniya, həm də Azərbaycan üçün bu il keçmişi və bu günü birləşdirən rəmzi il olub”.  Səfir qeyd edib ki, 2019-cu ilin birinci yarısında Rumıniya, ilk dəfə olaraq, Avropa İttifaqı Şurasına Sədrlik edib. Bu, çətin bir öhdəlik idi, amma bu, eyni zamanda, Rumıniyanın son onilliklər ərzində hərtərəfli dəyişməsinin bir göstəricisidir. 

Azərbaycanla əlaqələrə toxunan diplomat deyib ki, bu il ölkələrimiz arasında ikitərəfli münasibətlər baxımından əlamətdar il olub: “Ölkələrimiz arasındakı Strateji Tərəfdaşlığın on ili tamam olub. Bu illər ərzində Rumıniya ilə Azərbaycan arasındakı əlaqələr daha da möhkəmlənib. Bu gün biz bütün sahələrdə - nəqliyyat, enerji, ticarət, təhsil, mədəniyyət və insanlararası mübadilələr sahəsində əməkdaşlıq gündəmimizi genişləndirmək üçün birlikdə sıx çalışırıq. Beynəlxalq səviyyədə bir-birimizin əsas diplomatik təşəbbüslərini və öncəlik mövqelərini dəstəkləyirik. Biz bir-birimiz üçün etibarlı, güvənilir və bir-birimizə hörmət bəsləyən tərəfdaş olmuşuq və olaraq qalırıq. Rumıniya ilə Azərbaycan arasındakı daha yaxın dostluq və tərəfdaşlığa ümid və inamla baxıram. Bu günə qədər qazandıqlarımıza görə Azərbaycanın rəsmi qurumlarında, şirkətlərində, universitetlərindəki tərəfdaşlarımıza, analitik mərkəzlərə çox şey borcluyuq”. 

Azərbaycan hökuməti adından rumın xalqını təbrik edən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Cənab Sahil Babayev deyib ki, ölkələrimiz arasında əlaqələr bütün sahələrdə yüksək səviyyədə inkişaf edir: Diplomatik münasibətlərin 27 ili, strateji tərəfdaşlığımızın 10 ili ərzində böyük uğurlara nail olmuşuq. Ölkələrimiz arasındakı münasibətlər dövlət başçılarının iradəsi ilə daha da inkişaf edib”.  Nazirin sözlərinə görə, Azərbaycanla Rumıniya arasındakı qarşılıqlı sərmayələrin həcmi 120 milyon dollardan artıqdır. Hökumətlərarası birgə komissiyanın 5 iclası keçirilib, gələn il sayca altıncısının Azərbaycanda keçirilməsi gözlənilir. S.Babayev Rumıniya dövlətinin Dağlıq Qarabağ münaqişəsində  Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini, ölkəmizin suverenliyini və ərazi bütövlüyünə hörmətlə yanaşdığını xüsusi qeyd edib. 

Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Bəzi adamlar ekstremal vəziyyətlərə hazır deyil - Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli Sülhəddin Əkbərə cavab verdi - İttihamlar sağlam məntiqə və vaxtilə tutduğu posta uyğun gəlmir
Küçəyə çıxmaq qadağası Türkiyədə çoxdan tətbiq edilir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
14/07/2020 [18:00]:
Ermənistan özünün təcavüzkar və terrorçu mahiyyətini növbəti dəfə nümayiş etdirdi
14/07/2020 [17:38]:
Səhiyyə naziri maska taxmadığına görə üzr istəyib
14/07/2020 [17:35]:
Azərbaycan xalqı və dövləti növbəti erməni məkrinə qarşı
14/07/2020 [17:35]:
“Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa davam edəcəyik”-” Türkiyənin Müdafiə naziri
14/07/2020 [17:26]:
Ukraynalı deputatlar Azərbaycanı dəstəkləyən bəyanat qəbul ediblər
14/07/2020 [17:10]:
Milli Ordumuzun yenilməzliyinə inanıram
14/07/2020 [16:50]:
“Semaşko”nun direktoru vəzifədən getdi- Yeni təyinat
14/07/2020 [16:37]:
Moldova XİN Azərbaycana dəstək bəyanatı yaydı
14/07/2020 [16:35]:
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
14/07/2020 [16:26]:
Dövlət Xidməti: Səfərbərliklə bağlı yayılan SMS-lər həqiqətə uyğun deyil
14/07/2020 [16:26]:
"Zirə" daha 3 futbolçusu ilə yollarını ayırıb
14/07/2020 [16:25]:
"Sərhəddə yaranan gərginlik Ermənistanda vətəndaşların diqqətini daxili problemlərdən yayındırmaq cəhdidir"
14/07/2020 [16:13]:
"FlyDubai" Bakıya uçuşlar həyata keçirməyə başladı
14/07/2020 [16:12]:
Ermənistan Ukraynaya etiraz bildirib - Azərbaycanı müdafiə etdiyi üçün
14/07/2020 [16:01]:
MN: Düşmənə məxsus PUA vurulub və artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib
14/07/2020 [15:43]:
Rusiyanın xarici borcu 20 milyard dollara yaxın artıb
14/07/2020 [14:50]:
C vitaminini təbii olaraq hansı qidalardan alaq?- SİYAHI
14/07/2020 [14:41]:
Azərbaycanın Tovuz rayonu sahəsində atəşkəsin pozulması Ermənistanın növbəti təxribatıdır
14/07/2020 [14:00]:
"BMT-nin Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamələri yerinə yetirilməlidir"
14/07/2020 [13:47]:
Dünyanın əksər ölkələri Azərbaycanın təşəbbüsünü dəstəkləyir
14/07/2020 [13:33]:
Gürcüstan xarici dövlətlərə olan borcunun həcmini açıqlayıb
14/07/2020 [13:28]:
Düşmənin növbəti uğursuzluğu
14/07/2020 [13:27]:
Daha 7 şəhidimiz var olub SİYAHI
14/07/2020 [13:19]:
YA BATAQLIQDA GÜL AÇIB, YA DA DÜNYA DƏYİŞİB?
14/07/2020 [13:15]:
Dünya dövlətləri pandemiyaya qarşı birgə mübarizə aparmalıdırlar
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: "Qanunun sərt üzü yalnız adi vətəndaşlar üçün deyil"
İyulun 20-dən sonra karantin rejimi uzadılacaq? - RƏSMİ
Hikmət Hacıyev: "Çox köklü səhiyyə islahatlarının aparılması nəzərdə tutulurdu"
Koronavirus xəstəliyinin ağırlıq dərəcəsi açıqlandı
Kukla Teatrı “Çəkməli pişik” tamaşasını onlayn nümayiş etdirəcək
Müslüm Maqomayev adına müsabiqə gələn ilin aprelində keçiriləcək
Kukla Teatrı “Qızıl balıq” tamaşasını onlayn nümayiş etdirəcək
David Silva "Mançester Siti" ilə vidalaşdı
Notr-Dam kilsəsinin dam örtüyü bərpa olunacaq
Qüdsdəki Müqəddəs Məzar Kilsəsi yenidən bağlanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin