Jurnalistlər marşurt probleminə görə dövlət qurumlarına müraciət ediblər

29/11/2019 [10:34] - Gündəm (197)



Paytaxtın Bibiheybət məscidi yaxınlığından keçən magistral yolun çökməsi həmin istiqamətdə yaşayan sakinləri marşrutsuz qoyub. Artıq 4 gündür ictimai nəqliyyatdan istifadə edə bilməyən jurnalist binalarının sakinləri mətbuat vasitəsilə Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət ünvanlayıblar.

Məlumata görə, müraciətdə bildirilir ki, Səbail rayonu Yeni Salyan yolu 22-də yaşayan 410 mənzildən ibarət “Jurnalist binaları”nın, həmçinin həmin küçədə Yeni Azərbaycan Partiyasının əməkdaşlarının da yaşadıqları “Kristal Abşeron” binalarının sakinləri Bibiheybət yolundakı sürüşmə və aşınmadan sonra, yaşadıqları ərazidən keçən yeganə marşrut olan 125 saylı avtobusdan istifadə edə bilmirlər:

“Adı çəkilən binaların sakinləri adından Bakı Nəqliyyat Agentliyinə müraciət edərək bildirmək istəyirik ki, aramızda yaşayanların çoxluğunun şəxsi avtomoili yoxdur. Bina sakinlərinin övladları buradakı dayanacaqdan istifadə etməklə məktəbə gedib-gəlirdilər. Bundan başqa həm də sakinlərin arasında yaşlı adamlar var ki, onlar da daim avtobus xidmətindən istifadə edirlər.

6 ay bundan əvvəl çəkilən Bayıl yamacındakı yolun uçması səbəbindən bizim ərazidə yaşayan sakinlər yenə də əlacsız vəziyyətdə qalıblar. Hər səhər işə gedən insanlar 20-ci sahədən yola çıxmalı olurlar. Marşrutların sıxlığı səbəbindən iş yerlərinə vaxtında çatmırlar. Bununla da işlədikləri yerdə əmək haqqlarında azalma olur. Səhər işə gedib, axşam evə qayıdanda isə havanın qaranlıq olması səbəbindən, eləcə də 20-ci sahədə yay aylarından başlanan qazıntı və su kanalizasiya işlərinin bu günə qədər uzadılması səbəbindən yollarda keçilməz xəndəklər əmələ gəlib. Gecələr görmə qabiliyyəti zəif olanların bu yolda ayaqları büdrəyərək yıxılmaq ehtimalı böyükdür. Həmin yolların palçığı, gecənin qaranlığında yollardakı sahibsiz itlərin gəzişməsi, naməlum insanların təhlükəsi baxımından da qaranlıq küçələrlə böyük bir yolu “Jurnalist binaları”na qədər qət etmək təhlükə yaradır. Hamıya məlumdur ki, 20-ci sahədə də kriminala meyilli insanlar yox deyillər. Onların hücümuna məruz qalmamaq üçün, “Jurnalist binaları”nın sakinləri BNA-ya müraciət edərək, xahiş edir ki, təcili surətdə bizim yaşadığımız əraziyə marşrut təyin edilsin. Həmin marşrut Ali Neft Məktəbinin yanına gedib, arxa yol ilə 20-ci sahədən dönə bilər”.

Jurnalistlərin müraciətində o da qeyd olunub ki, təkcə 125 saylı marşrutla bina sakinlərinin yol problemi həll olunmur:

“Buraya ən azı 2 marşrut xətti buraxılmalıdır. Bu ilin yayında Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov məhhəllə sakinləri ilə keçirdiyi görüşdə, bizim bir çox həlli mümkün problemlərimizi həll etməyə söz versə də, onlar öz həllini tapmamış qaldı. Həmin problemlərin içərisində “Jurnalist binaları”nın qarşısındakı işiqforun yaşıl işığın yanması vaxtının 15 saniyədən 30 saniyəyə qaldırılmaq məsələsi, dayanacaqda avtobus kartlarına pul yükləmək üçün “BAKI KART” və “Million” aparatı quraşdırılması məsələləri də var idi. Biz Bakı Şəhər İcra hakimiyyətindən və BNA-dan xahiş edirik ki, bu kiçik məsələləri təcili surətdə həll etsinlər”.
İlham Əliyev: İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
Oktyabrın 27-ə hava proqnozu
İlham Əliyev: “Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”
Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını elan etdi
Xəbər lenti
26/10/2020 [20:57]:
Qığızıstanın keçmiş prezidenti aclıq elan edib
26/10/2020 [20:04]:
Şamaxıda zəlzələ olub
26/10/2020 [19:27]:
“Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” - Lavrov - Lavrov - Lavrov
26/10/2020 [18:34]:
Dövlət torpaq kadastrı fondunun məlumatlarından istifadə edənlərin sayına artım edilib
26/10/2020 [18:16]:
Azərbaycanda günün COVİD-19 statistikası
26/10/2020 [17:38]:
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır
26/10/2020 [16:49]:
Azərbaycan cüdoçuları reytinq siyahısında irəliləyiblər
26/10/2020 [16:03]:
İlham Əliyev: İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
26/10/2020 [15:56]:
41 ölkə “Eurovision-2021”də iştirakını təsdiqləyib
26/10/2020 [14:21]:
Oktyabrın 27-ə hava proqnozu
26/10/2020 [13:51]:
İlham Əliyev: “Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”
26/10/2020 [13:32]:
Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”
26/10/2020 [13:28]:
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını elan etdi
26/10/2020 [12:14]:
Ermənistan atəşkəs rejimini pozmaqda davam edir
26/10/2020 [11:20]:
Baş Prokurorluq ermənilərin mülki əhaliyə hücumları ilə bağlı yeni məlumat yayıb
26/10/2020 [10:03]:
Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır”
26/10/2020 [09:11]:
Cəbhədə son vəziyyət: Düşmən Laçın istiqamətindən bölmələrimizi artilleriya atəşinə tutub
26/10/2020 [00:43]:
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
25/10/2020 [23:37]:
Göygöl rayonunda zəlzələ olub
25/10/2020 [23:19]:
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
25/10/2020 [22:56]:
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
25/10/2020 [22:45]:
“Fənərbaxça” “Trabzonspor"a qalib gəlib
25/10/2020 [22:43]:
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
25/10/2020 [22:39]:
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
25/10/2020 [21:47]:
Ombudsman: "Beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları müharibəyə cəlb edir"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Düşmən 26 günə 8 uşağı öldürüb, 32-sini yaralayıb - rəsmi
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub - rəsmi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Prezident: Füzulinin 3, Cəbrayılın 4 kəndin işğaldan azad edilib
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
ABŞ-ın Azərbaycandakı Səfirliyi terror xəbərdarlığı edib
Ərdoğan Fransa prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin